Məhkəmə qərarları › İş №3(004)-7572/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7572/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7572/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından gəmi ilə "xxxx" MMC-nin ünvanına göndərilən yükə xx.xx.2025-ci il tarixində keçirilən yoxlama zamanı, şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********9727 sorğu nömrəli qısa idxal bəyannaməsində və digər mal müsaiyət sənədlərində, həmçinin xx.xx.2025-ci il tarixli **********0668 sorğu nömrəli gömrük bəyannaməsində 9 yer, 854 m2 “Kafel 60*60” adlı yük qeyd edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 11 yer 1036 m2 “Kafel 60*60”-dən ibarət olduğu müəyyən olunmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 2548,0 manat dəyərində “kafel 60*60” yükü Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməyərək keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib edən orqan xəbərdar olunmasına baxmayaraq həmin orqan öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Şəxs MMC və inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallaını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, EP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İran İslam Respublikasından gəmi ilə "xxxx" MMCnin ünvanına göndərilən yükə xx.xx.2025-ci il tarixində keçirilən yoxlama zamanı, şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********9727 sorğu nömrəli qısa idxal bəyannaməsində və digər mal müsaiyət sənədlərində, həmçinin xx.xx.2025-ci il tarixli **********0668 sorğu nömrəli gömrük bəyannaməsində 9 yer, 854 m2 “Kafel 60*60” adlı yük qeyd edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 11 ver 1036 m2 “Kafel 60*60”-dən ibarət olduğu müəyyən olunmuşdur. İş materiallarında olan “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli 208 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədgigatına təgdim edilmiş “kafel 60*60” yükünün xx.xx.2025-ci il tarixinə 1 m2-nin dəyəri 14,0 manat, 1036 m2-nin dəyəri isə 14504,0 manat təşkil edir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, İran islam Respublikasında yerləşən “Javaher Tile CO” şirkəti ilə bağlanılan müqavilə əsasında həmin şirkət Şəxs MMC-yə ümumilikdə 5559 m2 “Kafel 60*60” adlı yük göndərməli idi. Yükün bir hissəsinə şirkət tərəfindən xx.xx.2025-ci il tarixində **********9727 sorğu nömrəli qısa idxal bəyannaməsi tərtib edilərək yükün 9 ver, 854 m2 olduğu bəyan edilmişdir. Sözügedən yük xx.xx.2025-ci il tarixində “Hövsan Beynəlxalq Ticarət Dəniz Limam”ndan ölkəyə daxil olmuş və şirkət tərəfindən həmin yükə dair xx.xx.2025-ci il tarixli **********0668 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək, yükün 9 yer, 854 m2 olduğu bəyan olunmuşdur. Gömrük əməkdaşları tərəfindən yük saxlanılaraq, gömrük bəyannaməsi ilə faktiki yük arasında uyğunsuzluq olduğunu bildirildikdən sonra, bəyannaməyə dəyişiklik edilərək yükün 11 ver, 1140 m2 “kafel 60*60” olduğu bəyan edilmişdir. Daha sonra gömrük əməkdaşları tərədindən yükə yoxlama keçirilmiş və yükün 11 ver 1036 m2 “kafel 60*60" yükündən ibarət olduğu aşkar olunmuşdur. H.H.Hacıyev həmçinin izahatında göndərən şirkətin nümayəndəsinin göndərdiyi mal-müsaiyət sənədlərində yükün 854 m2 -dan ibarət olduğu geyd olunduğundan, həmin sənədlər əsasında gısa idxal bəyannaməsinin və gömrük bəyannaməsinin tərtib edildiyini bildirmişdir. Hünər Hacıyev gömrük bəyannaməsini vaxtında təgdim edilməməsini eyni gəmidə bu yükdən əlavə, başga yüklər də olması, bu səbəbdən çatdıra bilməmələri ilə izah etmişdir. İş materiallarında olan Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Rəsmiləşdirmə Mərkəzindən daxil olan xx.xx.2025-ci il tarixli 3-33-3200/012/003379 nömrəli raportdan görünür ki, İran İslam Respublikasından qəmi ilə "xxxx" MMC-nin ünvanına göndərilən yükə xx.xx.2025-ci il tarixində keçirilən yoxlama zamanı, şirkət tərəfindən xx.xx.2025-ci il tarixli **********9727 sorğu nömrəli qısa idxal bəyannaməsində və digər mal müsaiyət sənədlərində, həmçinin xx.xx.2025-ci il tarixli **********0668 sorğu nömrəli gömrük bəyannaməsində 9 ver, 854 m2 “Kafel 60*60” adlı yük qeyd edildiyi halda, keçirilən yoxlama zamanı yükün faktiki olaraq 11 ver 1036 m2 “Kafel 60*60”-dən ibarət olduğu müəyyən olunmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 30 faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115, 128-130 və 482.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri olan 2548,0 (iki min beş yüz qırx səkkiz) manat məbləğinin 30 faizi, yəni 764,40 (yeddi yüz altmış dörd manat 40 qəpik) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar