Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7582/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X7, X1 vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş (Əmək qanunvericiliyinə amal olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Macallanin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə) inzibati xətanı törətdiyi "müəyyən edilmişdir". Həmin qərarın "müəyyən edildi" hissəsində qeyd edilir ki, "vətəndaş X5 şikayəti əsasında AR ƏM-nin 15-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 62974/2025 nömrəli sorğu məktubu göndərilərək 7 iş günü ərzində sənədlərin təqdim edilməsi tələb edilsə də, xx.xx.2025-ci il tarixə qədər təqdim edilmədiyi müyyən edilmişdir". Bu qərar əsassızdır və ləğv edilməlidir. DƏMX-nin BŞİ tərəfindən göndərilən sorğuya əsasən X6r DOMX-a etdiyi müraciətlə əlaqədar olaraq "xxxx" MMC-dən müvafiq sənədlər tələb edilmişdir. Səlahiyyətli orqanın sorğusu onlar tərəfindən əldə edilən kimi tələb edilən sənədlər toplanılmış, müşayiət məktubu hazırlanmış və DƏMX-nin Şi-na xx.xx.2025-ci il tarixdə təcili kuryerlə göndərilmişdir. Göndərilməni təsdiq edən qəbzə əsasən göndərdikləri sənədlər elə həmin tarixdə, yəni xx.xx.2025-ci il tarixdə Abdullayeva soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin inzibati tənbeh verma haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixə qədər sənədlər təqdim edilməmişdir. Buradan aydın olur ki, DƏMX tərəfindən məsələ araşdırılmamış, sənədlər 1 ay əvvəldən çatsa da, xx.xx.2025-ci il tarixə qədər çatmadığını bildirmişdirlər. Bu hal ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə isə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin məlum məsələdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib edilməmişdən əvvəl mütləq həmin sənədlərin tərtib edilməsi ilə bağlı şəxsə bildiriş göndərilməli, həmin bildirişlə müvafiq görüşə dəvət edilməlidir. Görüşdə barəsində protokol və ya qərar tərtib edilən şəxsin izahatı alınmalı, işin halları ilə bağlı o, mütləq dinlənilməlidir. Lakin səlahiyyətli orqan tərəfindən buna riayət edilməmiş, protokolun tərtib edilməsi ilə bağlı heç bir bildiriş göndərilməmiş və ümumiyyətlə, sənədlərin onlara çatıb-çatmamasını dəqiqləşdirmədən protokol tortib edilmişdir. Halbuki, hal-hazırda barəsində danışılan və səlahiyyətli orqan tərəfindən göndərilmədiyi iddia edilən sənədlər, artıq, çoxdan həmin orqana çatmışdır. Əlbəttə ki, DƏMX tərəfindən daha sonra qorar tartib edilmə prosesinə keçilmişdir. Bu prosesdə müvafiq bildiriş, yəni qərardan əvvəl görüş üçün göndərilməli olan bildiriş (xx.xx.2025-ci il tarixli, 3-17-3/2-81910/2025 nömrəli ünvanlarına göndərilmişdir. Həmin bildirişə yuxarıda barəsində danışılan protokol əlavə edilmişdir, odur ki, həmin protokoldan yalnız bu zaman məlumatları olmuşdur. Əlavə olaraq bildirişdə inzibati tənbeh vermə haqqında qərar üçün xx.xx.2025-ci il tarixdə saat 10:00-a təyin edilmiş görüşə dəvət edildiyimiz göstərilmişdir, lakin göründüyü kimi tarixdə səhvlik olduğundan (müddəti keçmiş tarix qeyd edilmişdir) görüş tarixini dəqiqləşdirmək üçün 142 çağrı mərkəzinə onlar tərəfindən zəng edilmişdir (bildirişdə əlaqələndirici şəxsin əlaqə nömrəsi qeyd edilməmişdir). Operator bildirmişdir ki, yalnız onların müraciətini qeydiyyata alıb gün sonra cavab verə bilərlər, həmçinin operator tərəfindən bildirildi ki, hər ehtimal növbəti gün üçün passcode və meeting İD nömrəsi ilə görüşə qoşulmağa çalışaq. Bu hali nəzərə alaraq növbəti günü, yəni xx.xx.2025 tarixdə ZOOM görüşünə qoşulmağa çalışdıq, bu zaman ZOOM proqramından məlum oldu ki, görüş həqiqətən xx.xx.2025-ci il tarixdə saat 10:00 üçün təyin edilmişdir, lakin tarix bildirişdə səhv yazılmışdı, ancaq ümumiyyətlə, onlara göndərilən bildirişdəki meeting İD va kodu daxil etmaya çalışsaq da, işləmədi və sistemdə həmin İD və kodun xotalı oldması qeydi göründü. Bu barədə bildirişdə qeyd edilən e-mail adresinə məlumat yazıldı ki, yeni İD ve kod göndərilsin, buna baxmayaraq həmin e-mail üzərindən də onlara cavab verilmədi. Natico olaraq yenə də izahatımız alınmadan, məsələ araşdırılmadan, zang va elektron poçt üzərindən edilən müraciətlərimizə cavab verilmədən, məhz "qarar tartib etməklə vəzifəli şəxsi cərimələmək" niyyəti ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib edildi. Müvafiq səlahiyyətli orqanının bu yanaşması vəzifəli şəxsin, hüquqi şəxsin, habelə, vətəndaşın vəziyyətini ağırlaşdır, həll edilməli olan məsələnin isə həll edilmədən kənarda qalmasına, bu cür şəkildə araşdırılmadan, dəqiqləşdirilmədən qəbul edilmiş inzibati tənbeh verma haqqında qorara əsassız olaraq vaxt sərf edilməsinə gətirib çıxarır. Bu hal ila bağlı hüquqi şəxs barəsində də protokol tərtib edilmiş və qərar qəbul edilməs üçün müvafiq məhkəməyə göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol əsassız hesab edilərək Bakı şəhəri Yasamal rayon Mahkamasinin 3(004)-6873/2015 saylı qərardadına əsasən geri qaytarılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 vəkili Vəkil Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş və cərimə şərti hesab edilmişdir. Həmin pozuntunun aradan qaldarılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. "xxxx" MMC-nin çıxarışından görünür ki, SS929366047AZ saylı göndəriş üzrə məktub xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-yə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 117542 qaimə nömrəli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən göndərilən müvafiq sənədlər xx.xx.2025-ci il tarixdə Abdullayeva soyadlı şəxs tərəfindən imza etdirilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən Əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının və göstərişlərinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 539.3-cü maddəsinə əsasən Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Belə ki, X8 ilə vətəndaş X5 müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən "xxxx" MMC-yə 3-17-5/2-62974/2025 nömrəli məktub xx.xx.2025-ci il tarixdə göndərilərək müraciətə dair sənədlərin 7 (yeddi) iş günü müddətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinə verilməsi tələb edilmiş lakin sənədlər həmin müddət ərzində deyil 7 (yeddi) iş günündən gec olaraq 11 avqust 2025-ci il tarixdə təqdim edilmişdir. Bununla da, X8 qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla inzibati xətaya da yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 29 avqust 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X8 barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmiş və cərimə şərti hesab edilmişdir. Həmin pozuntunun aradan qaldarılması üçün 10 (on) gün müddət müəyyən edilmişdir. X8 eyni inzibati xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətdiyindən onun barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin sorğusu 7 (yeddi) iş günü müddətində cavablandırılmamışdır. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 539.3-cü maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X8in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 24 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7582/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7582/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver