Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7583/2025 17.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 oktyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 17 oktyabr 2025-ci il tarixdə saat 03:30 radələrində ünvan 1 ünvanında nalayiq ifadələr işlədərək ictimai asayişi pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin polis sahə inspektoru X2 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03 radələrində ƏÇPA-nın polis əməkdaşları ərazidə xidmət apararkən dörd nəfər şəxsin ucadan nalayiq ifadələr işlədərək bir-biri ilə mübahisə etdiklərini görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq onları nizamintizama dəvət etmişlər. Onlardan üç nəfər polisin tələbinə riayət etsədə Şəxs daha da aqressivləşərək polis əməkdaşlarına ona heç nə edə bilməyəcəklərini demişdir. Bundan sonra polis şöbəsinə dəvət edilmiş lakin bununla razılaşmayaraq imtina etmişdir. ƏÇPAnın polis əməkdaşları Şəxs 28-ci polis şöbəsinə təmin etmişlər. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsində olan zaman özünü nizam-intizamlı aparaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, onun qardaşı şəhid olmuş və hər iki valideyini vəfat etmişdir. Hazırda fəhləlik edərək gözdən əlil babasına baxır. xx.xx.2025ci il tarixdə əsəbi olduğundan polis əməkdaşlarına tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşlarından öz səhvinə görə üzr istəmiş və onlar barışmışlar. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati ətnbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona zor tədbiq edilmiş və hazırda bədəni üzərində xəsarətlərin izləri vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 03:45 radələrində 2466 çağırış nömrəli avtopatrulda Alışov Rəşad və Heydərzadə Allahverdi ilə inzibati ərazidə xidmət apardıqları zaman Şəfəq-3 məlumatına əsasən Z.Xəlilov küçəsinə yaxınlaşmışlar və həmin küçədə 4 nəfərin bir-biri ilə münaqişə etdiyini bir-birinin yaxasından tutmaqla nalayiq ifadələr işlətdiyini aşkarlamışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Onlar polis əməkdaşlarının tələbləri ilə razılaşsalarda onlardan biri adı bölmədə Şəxs olduğu məlum olan öz işləri ilə məşğul olmalarını demiş və şəhid ailəsinin üzvü olduğuna görə ona bu qanunsuz əməllərinin müqabilində heç nə edə bilməyəcəklərini demişdir. Polis əməkdaşları onu nizam intizama dəvət edərək onlarla 28-ci polis şöbəsinə yaxınlaşmasını tələb etmişlər. Şəxs tebasizlik göstərdiyi üçün fiziki qüvvə tətbiq edərək onu avtopatrula əyləşdirmişlər. Bu zaman avtomobilə əyləşdirdikdə onun burun nahiyəsində yüngül çapıq xəsarəti olmuşdur. Şöbədə zəruri sənədləşmələr aparıldıqdan sonra Şəxs bölmənin həyətində avtopatrula əyləşdirmək istəyərkən o yenidən onları ifadələr işlərmiş və müavimət göstərməyə çalışmışdır. Bundan sonra onun qoluna qandal vuraraq onu avtopatrula əyləşdirmək istəyərkən o Daxili İşlər Nazirliyinin balansında olan patrul avtomobilinin qapısına təpiklə zərbələr endirərək bilərəkdən dövlət əmlakına ziyan vurmuşdur. Şəxs onlara davamlı olaraq şəhid ailəsinin yaxını olduğunu və heç bir dövlət qurumunun onlara heç nə edə bilmədiyini demişdir. Hazırda patrul avtomobilinin şəkillərini təqdim edə bilmir. Yekun olaraq o Şəxs etdiyi əməllərdən peşiman olaraq onlardan üzr istədiyini bildirmişdir. İş materiallarında olan: ƏÇPA-nın 6-cı PB-nin polis nəfəri X3 tərəfindən Yasamal RPİ-nin 28-ci polis şöbəsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 03:45 radələrində 2466 çağırış nömrəli avtopatrulda Alışov Rəşad və Heydərzadə Allahverdi ilə inzibati ərazidə xidmət apardıqları zaman Şəfəq-3 məlumatına əsasən Z.Xəlilov küçəsinə yaxınlaşmışlar və həmin küçədə 4 nəfərin bir-biri ilə münaqişə etdiyini bir-birinin yaxasından tutmaqla nalayiq ifadələr işlətdiyini aşkarlamışlar. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və onları nizam-intizama dəvət etmişlər. Onlar polis əməkdaşlarının tələbləri ilə razılaşsalarda onlardan biri adı bölmədə Şəxs olduğu məlum olan nalayiq ifadələrlə təhqir edib öz işləri ilə məşğul olmalarını demiş və şəhid ailəsinin üzvü olduğuna görə ona bu qanunsuz əməllərinin müqabilində heç nə edə bilməyəcəklərini demişdir. Polis əməkdaşları onu nizam intizama dəvət edərək onlarla 28ci polis şöbəsinə yaxınlaşmasını tələb etmişlər. Şəxs onlara müqavimət göstərərək yumruq zərbələri endirmişdir. Tabesizlik göstərən vətəndaşa fiziki qüvvə tətbiq edərək onu avtopatrula əyləşdirmişlər. Həmin vətəndaşı avtomobilə əyləşdirdikdə onun burun nahiyəsində yüngül çapıq xəsarəti olmuşdur. Polis əməkdaşları ona sual verərək səbəbini soruşduqda həmin xəsarəti münaqişə zamanın yetirildiyini bildirmişdir. Adıçəkilən vətəndaşı və digər üç şəxsi 28-ci Pş-nə gətirmişlər. Şöbədə zəruri sənədləşmələr aparıldıqdan sonra növbətçinin tələbi ilə həmin vətəndaşları sərxoşluq müayinəsinə aparmağa köməklik göstərmişlər. Şəxs bölmənin həyətində avtopatrula əyləşdirmək istəyərkən o yenidən onları nalayiq ifadələrlə təhqir emiş və müavimət göstərməyə çalışmışdır. Həmin vətəndaşın qoluna qandal vuraraq onu avtopatrula əyləşdirmək istəyərkən o Daxili İşlər Nazirliyinin balansında olan patrul avtomobilinin qapısına təpiklə zərbələr endirərək bilərəkdən dövlət əmlakına ziyan vurmuş və qapını sındıraraq yarasız hala salmışdır. Şəxs onlara davamlı olaraq şəhid ailəsinin yaxını olduğunu və heç bir dövlət qurumunun onlara heç nə edə bilmədiyini deyərək və digər qaziləri və şəhid ailələrini yığaraq aksiya təşkil etməklə hədələmişdir. Onlar həmin şəxsləri sərxoşluq müayinəsindən keçirməyə köməklik göstərmiş və 28-ci PŞ-nə təhvil vermişlər. İnzibati qaydada tutma haqqında 17 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai yerdə xırda xuliqanlıq etməsi və xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici ifasəi ilə yanaşı məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 17 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində səs-küy salıb xırda xuliqanlıq etmiş və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halların olmaması, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində həmin Məcəllənin İXM-nin 34.3 və 31.4-1-ci maddələri nəzərə alınmaqla 100 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7583/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7583/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver