Məhkəmə qərarları › İş №3(004)-7584/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7584/2022

27.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7584/2022 27.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlu, X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmə X2 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, X1 şikayəti aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyi yer M 1, E 119, AH 8, Bakı-Quba-Rusiya yolunun 131 kilometrliyidir, şikayətçi X1 qeydiyyat ünvanı isə Şirvan şəhəri, ünvan 2si Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh edilməsinə dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 10.1-ci maddəsində müəyyən olunmuş qaydada uyğun olaraq inzibati xətanın törədildiyi yer üzrə və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4-cü maddəsinə əsasən şikayətin və protestin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və protest üç gün müddətində aidyyəti üzrə göndərilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim tərəfindən şikayətin və ya protestin baxılması onun səlahiyyətinə aid olmadıqda, şikayəti və ya protesti bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Şikayətdən və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, inzibati xətanın törədildiyi yer Quba rayonunun ərazisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 qeydiyyat ünvanı Şirvan şəhəri, ünvan 3 Quba rayonu ərazisi olduğundan X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.4 və 132.2-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ seriyalı ******* nömrəli qərarından şikayəti aidiyyəti üzrə baxılması üçün Quba rayon Məhkəməsinə göndərilsin. Hakim:Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar