Məhkəmə qərarları › İş №3(004)-7585/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7585/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7585/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil, Nizami rayon Prokurorunun köməkçisi Günel Bayramovanın iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nizami rayon Prokuroru tərəfindən tərtib edilmiş 13 oktyabr 2025 il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərar və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlanması haqqında qərardan görünür ki, Hüquqi şəxs ""xxxx"xxxx" tərəfindən həmin MMC-də əmək müqaviləsi əsasında həkim köməkçisi vəzifəsində işləyən X5 “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarının “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısı” na əsasən “Dermatologiya” tibb xidmətinin “kosmetoloji” təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifıkasiyadan keçmədiyi halda 2025ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılmış bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifıkasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. Qeyd olunanlar X5, Nümayəndə izahatları, sertifikasiya şəhadətnaməsi, əmək müqaviləsi, baxış protokolu sənədlər sübut olunur.Araşdırma zamanı izahatı alınmış X5 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən "xxxx" müəssisəsində dermatoloq köməkçisi vəzifəsində işləyir.Araşdırma zamanı izahatı alınmış "xxxx" MMC-nin direktoru Nümayəndə izahatında bildirmişdir ki, X5 3 ilə yaxın müddətdir ki, Şəxs MMC-də işə başlamışdır. Əvvəlcə kosmetoloq vəzifəsi üzrə işə başlamışdır. Hal- hazırda isə rəsmi olaraq həkim köməkçisi vəzifəsində işləyir. Samirə Mehrəli hal-hazırda da faktiki kosmetoloji fəaliyyətlə məşğul olur. Şəxs MMC-nin dermotoloji fəaliyyətlə məşğul olması üçün lisenziyası vardır. Şəxs MMC-nin dermatoloji fəaliyyətlə məşğul olması üçün lisenziyası olduğundan Samirə Mehrəli də hazırda həmin lisenziya əsasında Şəxs MMC-də kosmetoloji fəaliyyətlə məşğul olur. Kosmetoloq kimi Samirə üz, bədən nahiyələrinə dolğu, botoks və s. edir. Bundan başqa Samirə Mehrəli “Müalicə işi, tibb” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmiş və bununla əlaqədar 11 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya şəhadətnaməsi verilmişdir. Samirə Mehrəli hazırda həmin sertifikasiya şəhadətnaməsi əsasında fəaliyyət göstərir. Materiala əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdən "Esthederm Medical” MMC-də işləyir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli, AH 063808 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X3 "Müalicə işi (tibb)" ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq hüququ verilmişdir.Baxış protokolundan görünür ki, X2 istifadəsində olan “dr.samiramehrali” instaqram səhifəsinə baxış keçirilərkən X5 tərəfindən gözaltı işıq dolğusu, dodaq dolğusu, çənə ucu dolğusu və digər kosmetoloji proseduralar edilməsi ilə əlaqədar videogörüntü və şəkillərin olması müəyyən edilmişdir. Həmin səhifədə “Butun nov kosmetoloji prosedurlar”, “Əlaqə: +99*** *** ** **”, “Esthederm Clinic, Əhməd Cəmil 29, Baku Azerbaijan” sözlərinin yazılması müəyyən edilmişdir. Nizami rayon Prokurorunun köməkçisi Günel Bayramova məhkəmə iclasında qərarda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Vəkil inzibati xəta haqqında protokolla bağlı verilən ittihamlarla razılaşmadı və bildirdi ki, qərarda qeyd olunan halları təsdiq edən heç bir sübut mövcud deyil, klinikanın direktoru izahat verərkən aldadılmış və oxumadan izahatı imzalamışdır, ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru məhkəmədə bildirmişdir ki, o, qeyd olunan izahatı verməmişdir, Samirə mehrəli klinikada işlədiyi dövrdə kosmetoloq kimi fəaliyyət göstərməmişdir, prokurorluqda verilən izahatı o, oxumadan imzalamışdır Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 29 olmaqla qanuni təmsilçisi Nümayəndədır. İş materiallarında olan Nizami rayon Prokurorluğunun müstəntiqi İİİ dərəcəli hüquqşünas X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Nizami rayon prokurorluğunda X4 xx.xx.2023-cü il tarixdə “HTC Cliniva Hospitalda həkim plastik estetik rekonstruktiv cərrah X11 tərəfindən düzgün “rinoplastika və bulhom” əməliyyatı olunmaması barədə müraciəti əsasında araşdırma aparılmışdır.Araşdırma zamanı X9 izahatında bildirmişdir ki, 2023-cü ilin mart ayının əvvəllərində bumunun xarici görünüşündə olan qüsurlar və burnundakı çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılmış, sonuncunun qəbulunda olan zaman Elnur Mehrəli onun bumunun xarici görünüşünə baxış keçirərək bumunun anatomik quruluşunun rinoplastika əməliyyatına uyğun olduğunu bildirmiş, o, həmin vaxt Elnur Mehrəliyə “bulhom” əməliyyatı da olunmaq istədiyini demiş, sonuncu da ona həmin əməliyyatı edə biləcəyini demişdir. O, Elnur Mehrəlini kosmetoloqu Samirə xanım vasitəsilə tanımış, X16 xanımın əridir. Samirə xanım ona Elnur Mehrəlini məsləhət görmüş, Samirə xanım Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “EstheDerm” klinikasında kosmetoloq kimi fəaliyyət göstərir. 2023-cü ilin mart ayının 20-nə əməliyyat günü təyin olunmuş, əməliyyatdan təxminən 2-3 gün əvvəl o, “HTC Cliniva” Hospitala yaxınlaşaraq əməliyyatönü müvafiq analizləri vermiş, analizləri verdikdən 2-3 gün sonra o, “HTC Cliniva” X10 tərəfindən rinoplastika əməliyyatı olunmuşdur. Əməliyyatdan öncə o, Elnur Mehrəlinin arvadı Samirə xanımla danışan zaman sonuncu əməliyyatda özünün də şəxsən iştirak edəcəyini bildirmiş, əməliyyatdan sonra onda keçirdiyi əməliyyatın ağırlıq dərəcəsinə uyğun ağrılar olmuş, əməliyyat zamanı üzərində Elnur Mehrəli tərəfindən “rinoplastika” əməliyyatı icra olunmuş, sonuncunun arvadı Samirə xanım isə üzərində “bulhom” əməliyyatını icra etmişdir. Əməliyyatdan sonra bumunun sağ hissəsində çöküntü əmələ gəlmiş və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olmuş, həm də ki əməliyyatdan sonra nəfəs almasında çox ciddi problemlər əmələ gəlmiş, zaman keçdikcə həmin problemlər daha da şiddətlənmiş, bu barədə əməliyyatdan sonra dəfələrlə Elnur Mehrəliyə bildirsə də, sonuncu hər dəfə “gələrsən, düzəldərik” deyə cavablar verib onu yola vermiş, Elnur Mehrəli onun şikayətlərinə məhəl qoymamış, əri də Elnur Mehrəliyə bu barədə mesajlar yazanda sonuncu onların şikayətlərinə əhəmiyyət verməmiş, yazışmaların fotoşəkillərini izahatına əlavə etmişdir. O, Elnur Mehrəlinin və arvadının üzərində icra etdiyi əməliyyatlardan sonra başqa bir yerdə əməliyyat olunmamış və üzərində hər hansı prosedur icra olunmamışdır. Qeyd etdiyi əməliyyatlara görə o, əməliyyat günü Elnur Mehrəliyə əlbəəl sonuncunun xidməti otağında 2600 manat pul vermiş, həmin pulu verən zaman otaqda yalnız o və Elnur Mehrəli olmuşdur. “HTC Cliniva” hospitaldan ona verilən epikrizin surətini araşdırmaya təqdim etmişdir. 2023-cü ilin mart ayında “HTC Cliniva” X10 tərəfindən əməliyyat olunan zaman əməliyyat prosesində Samirə xanımın iştirak etməsi barədə, təəssüflər olsun ki, hər hansı sübutu yoxdur. Onun köhnə mobil telefonunda bununla bağlı Samirə xanımla yazışmaları mövcud idi. Samirə xanım özü ona bu barədə həm yazışma zamanı, həm də üzbəüz olan zaman bildirmiş, lakin hazırda həmin yazışmalar silinmişdir. Əməliyyatdan sonra o, kosmetoloq kimi fəaliyyət göstərən Samirə xanımın yanına kosmetoloji prosedurlarla əlaqədar gedən zaman əri Elnur Mehrəlinin düzgün əməliyyat etmədiyini dedikdə Samirə xanım ona “əməliyyatda şəxsən özüm də iştirak etmişəm, heç bir problem yoxdur.” deyə bildirmişdir. Araşdırma zamanı X5 izahatında bildirmişdir ki, 2011-ci ildə Odlar Yurdu Universitetinin müalicə işi fakültəsini bitirmiş, 2012-2018-ci illərdə Zərdab RMXdə terapevt vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdən “Estederm Medical” müəssisəsində dermatoloq köməkçisi kimi fəaliyyət göstərir. X11 onun əridir. Elnur Mehrəli ilə 2011-ci ildə birgə nikaha daxil olmuş, sonuncu 2023-cü ildə “HTC Cliniva” Hospitalda işləmişdir. Nigar Kərimovu da işlədiyi yerdən tanımış, həmin şəxs onun yanına müştəri qismində gəlmiş və münasibətləri oradan yaranmışdır. Nigar Kərimova 2023-cü ildə “HTC Cliniva” X10 tərəfindən rinoplastika əməliyyatı olunmuş, əməliyatdan bir müddət sonra Nigar Kərimova onunla əlaqəyə girərək əməliyyatın nəticəsindən narazılığını bildirmişdir. Elnur Mehrəli tərəfindən dəfələrlə həmin şəxsə yenidən korreksiya əməliyyatı edilməsi təklif olunmuş, Nigar Kərimova isə Elnur Mehrəliyə başqa bir həkimdə əməliyyat olunmaq istədiyini, pulunu da Elnur Mehrəlinin verməli olduğunu dediyi üçün sonuncu bununla razılaşmamış, Elnur Mehrəli tərəfindən Nigar Kərimovanın üzərində icra olunmuş rinoplastika əməliyyatı ilə əlaqədar bildikləri bundan ibarətdir. Nigar Kərimovaya əməliyyatda şəxsən özünün iştirak edəcəyini deməmiş, Nigarın bu barədə izahatında bildirdikləri böhtan xarakterlidir, həqiqəti əks etdirmir. Nigar Kərimovanın izahatında qeyd etdikləri doğru deyil. O, ümumiyyətlə, əməliyyat zamanı əməliyyat prosesində iştirak etməmiş, belə bir şeyin baş verməsi, yəni onun başqa bir klinikada əməliyyatxanaya daxil olmağı mümkünsüzdür. Nigar Kərimovanın izahatında nə üçün elə qeydlər apardığını bilmir. O, hərdən işdən çıxdıqdan sonra uşaqları ilə birlikdə “HTC Cliniva” X19 Mehrəlini görmək üçün getmiş, lakin hər hansı bir əməliyyat proseduranda iştirak etməmiş, ümumiyyətlə, əməliyyatxanaya daxil olmamışdır. Araşdırma zamanı X1 izahatında bildirmişdir ki, 1998-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsini bitirmiş, 1999-cu il tarixdə universiteti bitirdikdən sonra müxtəlif klinikalarda həkim plastik cərrah kimi, 2022-ci ilin sentyabr ayından isə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 84 ünvanında yerləşən “HTC Cliniva” hospitalda baş həkim vəzifəsində işləyir. Baş həkim kimi vəzifələri tibbi xidmətə nəzarət etməkdən ibarətdir. X9 2023-cü ilin mart ayının 20-də həkim plastik estetik rekonstruktiv cərrah Elnur Mehrəli tərəfindən rinoplastika əməliyyatı olunmuş, əməliyyata görə klinikanın kassasına Elnur Mehrəli tərəfindən 375.70 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Nigar Kərimovanın izahatında bildirdikləri tamamilə böhtan xarakterlidir, Elnur Mehrəlinin həyat yoldaşı Samirə Mehrəli ilə birlikdə əməliyatxanada əməliyyat icra etməsi qeyri-mümkündür. Nigar Kərimova həmin vaxt anesteziyanın təsirində olmuş, sonuncunun üzərində “bulhom” əməliyyatı icra olunmamışdır. Nigar Kərimova, bəlkə də, sonradan başqa bir tibb müəssisəsində “bulhom” əməliyatı olunmuşdur. Materiala əlavə edilmiş “HTC Cliniva” Hospitalın 13 avqust 2025-ci il tarixli 505 nömrəli məktubundan görünür ki, 03,11.1988-cı il təvəllüdlü X9 xx.xx.2023cü il tarixdə klinikaya müraciət edib, əvvəlcədən danışıb razılaşdıqları estetik cərrah X11 tərəfindən müayinə olunmuş, ona “Xarici burun deformasiyası.Burun çəpər Əyriliyi” diaqnozu qoyularaq, həmin tarixdə planlı “Rinoseptoplastika" cərrahı əməliyyatı icra edilmişdir. Bu əməliyyatın müqabilində müalicə həkimi Mehrəli Elnur tərəfindən klinikanın kassasına 375.70 AZN (üç yüz yetmiş beş manat yetmiş qəpik) ödənilmişdir. xx.xx.2023-cü İl tarixdə xəstə kafi vəziyyətdə ambulator müşahidəyə göndərilmişdir. Materiala əlavə edilmiş Şəxs MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, müəssisədə əmək münasibətləri və fəaliyyət tam olaraq qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun aparılır. Praktik tibb və ya Əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X11 08 sentyabr 2020-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Praktik tibb və ya Əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X5 11 avqust 2025-ci il tarixdə həkimlərin sertifıkas iy asından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində müalicə işi (tibb) ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Materiala əlavə edilmiş əmək müqavilsəinin surətindən görünür ki, işəgötürən Şəxs MMC ilə işçi - X2 arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Toplanmış materialdan görünür ki, X4 üzərində həkim plastik estetik rekonstruktiv cərrah X11 tərəfindən xx.xx.2023-cü il tarixdə “HTC Cliniva Hospitalımda icra olunmuş “rinoseptoplastika” cərrahiyyə əməliyyatından sonra hazırda Nigar Kərimovanın burunun üst hissəsində şişkinliyin, burun dəliklərinin ölçülərində fərqliliyin olduğu müəyyən edilmiş, bu da cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Araşdırma zamanı X9 izahatında X2 Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsində yerləşən “EstheDerm” klinikasında kosmetoloq kimi fəaliyyət göstərdiyini bildirmişdir. Materiala əlavə edilmiş əmək müqavilsəinin surətindən görünür ki, işəgötürən Şəxs MMC ilə işçi - X2 arasında xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Praktik tibb və ya Əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifıkasiya şəhadətnaməsinin surətindən görünür ki, X5 11 avqust 2025ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində müalicə işi (tibb) ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. Qeyd edilənlərə əsasən, Şəxs MMC-nin və X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə toplanmış material inzibati xəta haqqında iş üzrə icraatların başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi, X4 əməliyyat günü həmin əməliyyatın icra edilməsi üçün həkim plastik estetik rekonstruktiv cərrah X8 2600 manat pul verməsi barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə həmin hissədə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi, Şəxs MMC-nin və X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətlərinin olub-olmamasının müəyyən edilməsi məqsədilə toplanmış material inzibati xəta haqqında iş üzrə icraatların başlanması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərar alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə müəyyən olunmuşdur ki, hüquqi şəxs ""xxxx"xxxx" tərəfindən həmin MMC-də əmək müqaviləsi əsasında həkim köməkçisi vəzifəsində işləyən X5 “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarının “Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısı” na əsasən “Dermatologiya” tibb xidmətinin “kosmetoloji” təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifıkasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılmış bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifıkasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar