Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-759/2021 11.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonu, Mican kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İsmayıllı rayonu, Mican kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2021-ci il tarixdə saat 11:00 radələrində M.Müşfiq küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində Şəxs idarə etdiyi “Vaz 21014” markalı H449TH05 dövlət qeydiyyat nişanlı avtomaşın ərazidə xidmət aparan yol DYP əməkdaşı tərəfindən saxlanmışdır. DYP əməkdaşı ona bildirmişdir ki, onun avtomobilinin üzərində çox sayda cərimələr olduğundan avtomobil üzərinə həbs qoyulmuş və bu səbəbdən avtomobil duracağa təmin edilməlidir. Şəxs isə onun avtomobilini heç kimin apara bilməyəcəyini bildirmişdir. Bu zaman ərazidə xidmət aparan PPX əməkdaşlarına məlumat verilmiş, onlar tərəfindən Şəxs polis bölməsinə dəvət edilmiş və onun barəsində raport tərtib edilmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni təqbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, idarə etdiyi “Vaz 21014” markalı H449TH05 dövlət qeydiyyat nişanlı avtomaşın ərazidə xidmət aparan DYP əməkdaşı tərəfindən saxlanmışdır. Bundan sonra DYP əməkdaşı ona bildirmişdir ki, onun avtomobilinin üzərində çox sayda cərimələr olduğundan avtomobil üzərinə həbs qoyulmuş və bu səbəbdən avtomobil duracağa təmin edilməlidir. DYP əməkşının bu tələbinə cavab olaraq o bildirmişdir ki, bundan əvvəl həmin avtomobili başqa şəxs idarə edib və cərimələr həmin şəxsə məxsus oluğu üçün avtomobili duracağa təmin etməyəcəkdir. Yekun olaraq o əməlindən peşiman olduğunu və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində ona təhkim olunmuş “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobil ilə M.Müşviq küçəsində xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “Vaz 21014” markalı H449TH05 dövlət qeydiyyat nişanlı avtomobili çoxlu sayda ödənilməyən cərimələrə görə tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücü şəxsiyyəti sonradan məlum olan Şəxs dəfələrlə sürücüyə hüquq və vəzifələri izah olunsada sürücü bilərəkdən onların qanuni tələbinə tabe olmayaraq avtomobili dayanacağa təmin etməkdən imtina etmişdir. “Onun maşınını heç kim apara bilməz” kimi ifadələr işlətmişdir. Bundan sonra ərazidən keçən PPX (ÇPA) əməkdaşlarını dəvət etmişdir. Sürücünü 28-ci PB-ə dəvət etmişlər. Sürücü barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının MEB İİİ tağımının YPX inspektoru X1 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəhbərliyinə ünvanladığı raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində ona təhkim olunmuş “BMW” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobil ilə M.Müşviq küçəsində xidmətdə olarkən həmin ərazidə hərəkətdə olan “Vaz 21014” markalı H449TH05 dövlət qeydiyyat nişanlı avtomobili çoxlu sayda ödənilməyən cərimələrə görə tərəfindən saxlanılmışdır. Yoxlama zamanı sürücü şəxsiyyəti sonradan məlum olan Şəxs heç bir sənət təqdim etmədən qanuni tələbinə tabe olmamışdır. Dəfələrlə sürücüyə hüquq və vəzifələri izah olunsada sürücü bilərəkdən onların qanuni tələbinə tabe olmayaraq avtomobili dayanacağa təmin etməkdən imtina etmişdir. “Onun maşınını heç kim apara bilməz” kimi ifadələr işlətmişdir. Xidmət vaxtı olduğu üçün ərazidən keçən PPX (ÇPA) əməkdaşlarını dəvət etmişdir. Sürücünü 28-ci PBə dəvət etmişlər. Sürücü barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedtici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Yasamal rayonu M.Müşfiq küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-759/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-759/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver