Məhkəmə qərarları › İş №3(004)-7595/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7595/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7595/2025 03.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Z.R.Abdullayev bildirmişdir ki, elektron məhkəmə kabinetinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X4 şöbəsi tərəfindən “Embawood" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixdə, saat 10:52-də Şəxs MMC-yə məxsus Toyota Corolla minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydasını pozmuş, qeyd olunan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində cavab verilməmiş və Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd edilmişdir. Bildirir ki, tərtib edilmiş protokol ilə qətiyyən razı deyil. Belə ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X4 şöbəsinin Şəxs MMC-nin mülkiyyətində olan Toyota Corolla minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci il tarixdə, saat 20:30-da (Binə qəsəbəsi, Ə.İsazadə küçəsi) İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə inzibati xəta törəmiş və inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) verilməsi barədə sorğusu xx.xx.2025-ci il tarixdə poçt şöbəsi tərəfindən Şəxs MMC-yə rəsmi qaydada çatdırılmışdır. Sorğuda, həmçinin sorğunun rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində tələb olunan məlumatın verilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyət daşıması qeyd edilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən sorğudan başqa, Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X4 şöbəsi tərəfindən “Embawood" MMC-yə xx.xx.2025-ci il tarixdə digər nəqliyyat vasitələrinin sürücüləri barədə məlumatın verilməsi barədə sorğularda daxil olmuşdur. Tələb edilən sürücü barədə məlumatlar qeyd edilməklə cavab məktubu tərtib edildi və xx.xx.2025-ci il tarixdə, saat 16:00-da Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi X4 şöbəsinə kuryer vasitəsilə göndərilməsi üçün zərfə qoyuldu (sorğulara cavab məktubunun göndərilməsini təsdiq edən qaimənin surətini əlavə edirik) və xx.xx.2024-cü il tarixdə, saat 16:00-da kuryerə təhvil verildi. Sorğuya cavab məktubu Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsi X4 şöbəsinə xx.xx.2024-cü il tarixdə, saat 12:04-də çatdırılıb (sorğulara cavab məktubunun ünvana çatdırılmasını təsdiq edən qaimənin surətini əlavə edirik, Əhmədov soyadlı şəxs tərəfindən qəbul edilib). İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi üzrə nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumatı (adı, soyadı, atasının adı, sürücülük vəsiqəsinin seriya və nömrəsi) sorğu daxil olduğu vaxtdan 5 gün müddətində cavab vermişik. xx.xx.2025-ci il tarixli, 518 nömrəli sorğuya cavab məktubunun və məktubun çatdırılmasını təsdiq edən sənədin surətini əlavə edirik. Əminliklə bildirir ki, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi və tərkibi yoxdur. Əsas nüanslardan birini qeyd edir ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X4 şöbəsi tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında Protokolun surəti Şəxs MMC-yə göndərilməyib. Protokolun surətini aldım qrafada Şəxs” sözü qeyd ediblər. Həmin protokolun surətinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsi inzibati Xətalar Məcəlləsinin tələbidir. Qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilməyərək, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib olunmuş protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin-hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış, protokolun qeyd hissəsində göstərilən qeydə uyğun olaraq protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərməmiş, izahatları və mülahizələri protokola əlavə olunmamış və protokolun surəti hüquqi şəxsə göndərilməmiş və ya hüquqi şəxsin nümayəndəsinə təqdim edilməmişdir. Əlavə olaraq bildirir ki, Daxili İşlər Nazirliyi Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsi X4 şöbəsi tərəfindən “Embawood" MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında Protokol baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(002)-2045/2025 nömrəli qərardadı ilə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitələrini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə məlumat verməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ RPİ-nin Şəxs MMC-nin rəhbərliyinə ünvanladığı sorğudan görünür ki, həmin MMC-dən mülkiyyətində olan “Toyota Corolla minik” markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə, saat 20:30-da idarə edən sürücü barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nə məlumat verilməsi xahiş edilmiş, eyni zamanda həmin məlumatların 5 gün müddətində verilməməsinə görə hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin sorğusu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin məsul şəxsi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Şəxs MMC-nin Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli, 518 saylı məktubdan görünür ki, həmin MMC mülkiyyətində olan Toyota Corolla minik markalı, ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə, saat 20:30-da idarə edən sürücü barədə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə məlumat vermişdir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Lakin məhkəmə iclasında isə müəyyən edilmişdir ki, Şəxs MMC-nin məsul şəxsi məktubu rəsmi şəkildə aldıqdan sonra qanunla müəyyən edilmiş müddətdə nəqliyyat vasitəsini idarə etmiş sürücü barədə məlumatlar Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-117, 128-130 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar