Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7614/2022 29.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov Şəxs barəsində tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqında protokola və iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin DYPŞ-si tərəfindən xx.xx.2022-ci il tarixdə, İXP ******* saylı tərtib edilən inzibati xəta haqqında protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Aşağıdakılara əsasən protokol, ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ona görə ki, protokolda şəxsin Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olduğu və yaşadığı göstərilmişdir. Həmin kənd Yasamal rayon ərazisində yerləşmir. İəxsin ünvanı düzgün müəyyən edilməli, həmin ünvana inzibati cərimə qərarı göndərilməli, qərarın şəxsə rəsmi qaydada çatdırılması təsdiq edilməli, qərarı qüvvəyə mindiyi vaxtdan sonra 3 ay ərzində cərimə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilmədikdə, həmin şəxs barədə İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilib, həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə göndərilməlidir. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Belə olduğu təqdirdə qərarda göstərilən yol verilmiş pozuntuların aradan qaldırılması üçün inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: İnzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Yasamal Rayon Polis İdarəsinin DYPŞ-yə geri qaytarılsın. İnzibati xəta haqqında protokol tərtib edilərkən və məhkəməyə göndərilərkən ərazi aidiyyəti qaydalarına əməl edilməsi və həmin ərazi üzrə rayon məhkəməsinə göndərilməli olması protokol tərtib edən səlahiyyətli orqanın (vəzifəli şəxsin) diqqətinə çatdırılır. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-7614/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7614/2022
29.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver