Məhkəmə qərarları › İş №3(004)-7633/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7633/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7633/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Zərərçəkmiş şəxs (tələbkar) – X2 nümayəndəsi, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə2 iştirakı ilə xx xxxxxxxx 1982-ci il tarixdə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33, 45 nömrəli mənzildə təmir işlərinin aparılmasına borclu "xxxx" MMC tərəfindən maneələr yaradılmışdır. Bu fakt icra sənədində olan tələbin yerinə yetirilməməsi ilə təsdiq olunmuşdur. Beləliklə göstərilənlərə əsasən "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X15 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33, 45 nömrəli mənzildə təmir işlərinin aparılmasına borclu "xxxx" MMC tərəfindən maneələr yaradılmışdır, ancaq "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını tam təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Beləliklə o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə1 barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X2 nümayəndəsi, Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə2 bildirmişdir ki, borclu qəsdən öhdəliyindən boyun qaçırır, belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33, 45 nömrəli mənzildə təmir işlərinin aparılmasına "xxxx" MMC tərəfindən manelər yaradılır. Odur ki, göstərilənləri nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33, 45 nömrəli mənzildə təmir işlərinin aparılmasına borclu "xxxx" MMC tərəfindən maneələr yaradılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı X5 ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin iddiaçı X4 təhvil verilməsi iddiaçı X2 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin iddiaçı X5 tərəfindən təmir edilməsinə "xxxx" MMC tərəfindən maneə yaradılmasının qadağan edilməsi, "xxxx" MMCdən hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1017/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. 06 dekabr 2024-cü il tarixli aktdan görünür ki, Yasamal rayon icra şöbəsinin icra məmuru X12, hal şahidləri X1 və X6, "xxxx" MMC-nin nümayəndəsi X10, tələbkar X2 nümayəndəsi Nümayəndə2 Marif oğlu bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024-020 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə bağlı, Yasamal rayonu, Şərifzadə küçəsi 33, bina 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 45 nömrəli mənzildə olmuş, belə ki, icra sənədinin tələbinə uyğun olaraq sözü gedən mənzil tələbkar Nümayəndə2 Marif oğlunun vəkil qismində iştirak etdiyindən ona təhvil verilmiş, icra prosesində həmin mənzilin giriş qapısı təmamilə olmadığından tələbkarın dəvət etdiyi, X3 və X11 adlı ustalar tərəfindən həmin mənzilə qapı qoyuldu, qapının giriş açarları vəkil Nümayəndə2 Marif oğluna təhvil verildi. Eyni zamanda icra sənədinin tələbinə uyğun olaraq həmin mənzildə təmir işlərinin aparılması üçün maneələrin yaradılmaması üçün borclunun nümayəndəsinə izah edildi. 20 oktyabr 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X15, X8, tələbkarın vəkili Nümayəndə2 Marif oğlu, hal şahidləri X6, X9, bu aktı tərtib etmişlər ondan ötrü ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024-020 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin tələbinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə, mənzil 45-də təmir işlərinin aparılmasına maneçilik törədilir, belə ki, mənzilə daxil olan kommunal xətlərinin verilməsi dayandırılmış, təmir işləri üçün müəyyən edilmiş yük liftinin istifadəsinə maneə törədilmişdir. Bununla da həmin mənzildə təmir işləri aparan ustaların işləri yarımçıq qalmışdır. Bununla bağlı həmin binanın rəhbərliyinə xəbərdarlıq etmələrinə baxmayaraq onlar məhkəmə qərarına hörmətsizliklə yanaşmış, icra sənədinin icrasını qərəzli olaraq maneələr yaratmışlar. Bundan başqa həmin binada komendant kimi işləyən (özünü təqdim edən) Filman adlı şəxslə telefon əlaqəsi yaradılmış, o, rəhbərliyin tapşırığına əsasən həmin mənzilin kommunal xətlərinin dayandırılmasını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1017/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X5 ilə "xxxx" MMC arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin iddiaçı X4 təhvil verilməsi iddiaçı X2 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin iddiaçı X5 tərəfindən təmir edilməsinə "xxxx" MMC tərəfindən maneə yaradılmasının qadağan edilməsi, "xxxx" MMC-dən hüquqi yardıma görə ödənilmiş 500 manat və ödənilmiş 100 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata müvafiq olaraq 20 avqust 2024-cü il tarixli qərarla başlanılmışdır. Borclu təşkilatın vəzifəli şəxsi tərəfindən isə icra müddəti ərzində öhdəlik (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 33 küçəsində inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138.9 kv.m olan 45 nömrəli mənzilin iddiaçı X5 tərəfindən təmir edilməsinə "xxxx" MMC tərəfindən maneə yaradılmasının qadağan edilməsi) icra edilməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 rəhbərlik etdiyi MMC-nin bu günədək öhdəliyini icra etməməsi, icra sənədinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Nümayəndə1 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə icra məmurunun və tələbkarın nümayəndəsinin izahatlarını, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-1017/2024 saylı icra vərəqəsini, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə olunmuş digər sənədləri, inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin rəhbəri Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1200 (min iki yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar