Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-765/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İHakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxxx 1990-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-ixtisas təhsilli, fərdi qaydada bərbər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 27-ci PŞ tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində işiqforun qadağanedici işiğında hərəkətini davam etdirən “VAZ 2115” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq sürücüyə özlərini təqdim etdikdən sonra ona qayda pozuntusunu və nəqliyyat vasitəsinə yazılmış mövcud cərimələr ətraflı şəkildə izah edilmişdir. Sənədləri təqdim etmədiyi üçün sürücünün şəxsiyyəti bort kompüter vasitəsilə təyin edilmişdir. Sürücü qayda pozuntusuna və nəqliyyat vasitəsini dayanacağa qoymaq tələbini yerinə yetirməyərək hadisə yerindən qaçmağa cəhd etmişdir. Lakin Bakı şəhər DYPİ-nin əməkdaşları cəld tərpənərək onu yaxınlıqda xidmət aparan Yasamal RPİ-nin PPXB-nin əməkdaşlarının köməkliyi ilə Yasamal RPİ-nin 27-ci PŞ-yə gətirilməsini təmin etmişlər. Bununla da, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə 02 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində işiqforun qadağanedici işiğında hərəkətini davam etdirən “VAZ 2115” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış, Bakı şəhər DYPİ-nin əməkdaşları özlərini ona təqdim etmişlər. Daha sonra özünü təqdim etməsini, nəqliyyat vasitəsinin üzərində həbs olduğundan dayanacağa qoymağı tələb etsələr də, o tələsdiyini bildirərək qaçmağa cəhd göstərmişdir. Bundan sonra o, ərazi aidiyyəti üzrə Yasamal RPİnin PPXB-nin əməkdaşlarının köməkliyi ilə 27-ci PŞ-nə gətirilmişdir. Araşdırma zamanı Şəxs əməlində İXM-nin 535.1-ci maddənin tərkib əlamətləri müəyyən edildiyindən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, o, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğuldur, xx.xx.2024-cü il tarixdə günorta saatlarında Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində işiqforun qırmızı işığında müştəri onu gözlədiyi, buna görə də tələsdiyi üçün nəqliyyat vasitəsini idarə etməyə davam etmişdir. Bu zaman yol polis əməkdaşları onu saxlamış, kimliyini müəyyən edən zaman həm də onun idarə etdiyi avtomobilin üstündə həbs olduğunu görmüşlər. Bakı şəhər DYPİ-nin əməkdaşları nəqliyyat vasitəsini dayanacağa qoymasını tələb etmişlər. Bu zaman o, nəqliyyat vasitəsinin açarını nəqliyyat vasitəsinin üzərində saxlayaraq, yəni təhvil verib avtomobildən əl çantasını götürmüş və bir az kənara getmişdir. Bakı şəhər DYPİ-nin əməkdaşları onun qaçdığını zənn edərək PPXB-nin əməkdaşlarını köməyə çağırmışlar və onu 27-ci PŞ-nə gətirmişlər. Şəxs əməlindən peşman olmasını qeyd edərək, ona yüngül inzibati tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin əməkdaşı X3, Yasamal RPİ-nin PPXBnin polis nəfərləri Məmmədhəsənov Fuad və Mirzəyev Vüsal tərəfindən tərtib edilmiş 01 fevral 2024-cü il tarixli raportlardan müəyyən edilir ki, həmin tarixdə Bakı şəhəri, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində işiqforun qadağanedici işiğında hərəkətini davam etdirən “VAZ 2115” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq sürücüyə özlərini təqdim etdikdən sonra ona qayda pozuntusunu ətraflı şəkildə izah edilmişdir. Sənədləri təqdim etmədiyi üçün sürücünün şəxsiyyəti bort kompüter vasitəsilə təyin edilmişdir. Sürücü qayda pozuntusuna və nəqliyyat vasitəsini dayanacağa qoymaq tələbini yerinə yetirməyərək hadisə yerindən qaçmağa cəhd etmişdir. Lakin o, saxlanılaraq Yasamal RPİnin 27-ci PŞ-ya gətirilmişdir. Bununla da, onun barəsində 02 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli, AZA seriyalı, 003842 nömrəli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən həmin tarixdə saat 16:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 01 fevral 2024-cü il tarixdə saat 16 radələrində Şəxs Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ilə Ş.Mehdiyev küçəsinin kəsişməsində polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclası zamanı Şəxsnın əməlində səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, eyni zamanda məhkəmə araşdırması zamanı onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin qeyd edilir ki, İXM-nin 31.4-1-ci maddəyə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Odur ki, məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs şəxsiyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləği müəyyən edilərkən İXM-nin 31.4-1-ci maddəsinin tələbləri, yəni Şəxs inzibati qaydada tutulması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-765/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-765/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver