Məhkəmə qərarları › İş №3(004)-7676/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7676/2025

06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7676/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Protokol tərtib etmiş şəxs - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1986-cı il tarixdə Laçın rayonu, Çıraqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Kamallı ərazi dairəsi, Çıraqlı kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 262.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Məhkəmənin icraatına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində İXM-nin 262.3-cü maddəsi ilə tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Şəxs məxsus obyekt (meyvə-tərəvəz, ət) su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Şəxs məxsus obyekt (meyvə-tərəvəz, ət) su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmuşdur. Odur ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, dəfələrlə sayğac quraşdırılması üçün müraciət etdiyini, lakin sayğacın quraşdırılmadığını, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20 oktyabr 2025-ci il tarixli, 059 nömrəli Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin sərəncamından görünür ki, Yasamal, Xəzər, Sabunçu, Suraxanı rayonu ərazisində 5 gün müddətində monitorinq və nəzarət tədbirləri aparılması müvafiq əməkdaşlara tapşırılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş 20 oktyabr 2025-ci il tarixli 000324 nömrəli Aktdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 saylı Bakı Regional Bölməsinin inzibati ərazi dairəsi üzrə su və su təchizatı obyektlərindən istifadə və onların mühafizə qaydalarının, həmçinin Azərbaycan Respublikası su qanunvericiliyinin digər tələblərinin yoxlanılması ilə əlaqədar 20 oktyabr 2025-ci il tarixli, 059 nömrəli sərəncamına əsasən Yasamal rayonu ərazisində monitorinq-nəzarət tədbirləri həyata keçirilmişdir. Monitorinq zamanı Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən obyekt (meyvətərəvəz, ət) müqavilə bağlamadan və su sayğacı quraşdırmadan su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması, sudan qeyri-qanuni istifadə halı aşkar edilmişdir. Qeyd olunan obyekt Şəxs məxsusdur. Vətəndaş Şəxs qanun pozuntusu izah edilmiş, vətəndaş həmin pozuntunu təsdiq etmişdir. Müqavilə bağlanılması və sayğac quraşdırılması üçün müraciət edəcəyini bildirdi. Şəxs özü və obyekt barəsində sənədləri təqdim etdi. Yazılı izahat verməkdən imtina etdi. Nəticədə Şəxs Azərbaycan Respublikasının Su Məcəlləsinin 40, 45, 78, 79, 103-cü maddələrinin, Azərbaycan Respublikasının Su Təchizatı və Tullantı Suları haqqında qanununun 24, 30, 58, 67-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” tələblərini pozulmuşdur. Ərazidən çəkilmiş foto və videoçəkilişlər, həmçinin digər sənədlər akta əlavə olunmuşdur. 20 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən Şəxs məxsus obyekt (meyvə-tərəvəz, ət) su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Fakt üzrə tərtib edilmiş aktı və inzibati xəta haqqında protokolu imzalamaqdan imtina barədə xx.xx.2025-ci il tarixli, 16/29 nömrəli aktdan görünür ki, Şəxs 20 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu və 20 oktyabr 2025-ci il tarixli 000324 nömrəli aktı imzalamaqdan imtina etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 20 oktyabr 2025-ci il tarixli 603560 nömrəli aktından görünür ki, ünvan 1 ünvanında yerləşən obyektdə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, Əsəd Əhmədov küçəsi 31 ünvanında yerləşən “meyvə-tərəvəz” mağazası müqaviləsiz olaraq su və kanalizasiya şəbəkəsinə qoşulmuş, istifadə edir, su xəttinin iç diametri d=15 mm-dir. Yasamal rayon Sukanal İdarəsinin fakturasından görünür ki, dəymiş maddi ziyanın məbləği 2196 manat təşkil etmişdir. İş materiallarında olan diskə baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən obyektdə (meyvə-tərəvəz, ət) su şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 262.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır və o, qeyd edilən əməli törətmişdir. Belə ki, Şəxs İXM-in 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaların”ın 1-ci bəndinə əsasən hər bir istehlakçının su təchizatı və tullantı sularının axıdılması sistemlərindən (bundan sonra – STTSAS) istifadə etmək hüququ vardır. İstehlakçıların STTSAS-a qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada tənzimlənir. Su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaların”ın 8.6-cı maddəsinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətləri istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilməlidir. Həmin müqavilə olmadan sudan istifadə su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma hesab edilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də izahatında müqavilə olmadan sudan istifadə etdiyini bildirmişdir. Odur ki, Alyarov X4 rayonu, Əsəd Əhmədov küçəsində yerləşən obyektdə (meyvə-tərəvəz, ət) sudan istifadə barədə müqavilə bağlamadan su təchizatı sisteminə qanunsuz olaraq qoşulmaqla suyu talayaraq az miqdarda ziyan vurmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən verilmiş izahatda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar Şəxs məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, Şəxs suyun çəkilməsi və sayğacın qoyulması ilə əlaqədar rəsmi müraciət etmiş və bununla bağlı imtina cavabı almışdırsa, imtina ilə bağlı aktı aldıqdan sonra müvafiq məhkəməyə inzibati mübahisə ilə bağlı iddia ərizəsi ilə müraciət edə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddində tənbeh edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 73, 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar