Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-77/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X7 iclas katibliyi ilə qərarından şikayət verilən orqanın nümayəndəsi – Azərbaycan Respublikası Qida X2 Hüquq, kadr və icraya nəzarət şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi X4, X12 vəkili X6 iştirakları ilə, X12 Azərbaycan Respublikası Qida X3 Regional Bölməsinin xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yakup Kazdal şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2020-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən o Azərbaycan Respublikası İXM-nin 211.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinərək, barəsində 3000 (üç min) manat cərimə tətbiq edilmişdir. Həmin qərar ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Qeyd edilən qərar qanunvericilik müddəalarına zidd və əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, xx.xx.2020-ci il tarixində gündüz saatlarında, tanımadığı bir neçə nəfər şəxs ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi, “Kaya” kafesinə gəlmiş, 6 nəfərlik masada 2 böyük və 2 azyaşlı uşaqdan ibarət 1 ailə olan müştərilərimizin düzgün formada oturmadıqları həmin şəxslər tərəfindən ona bildirilmiş, onun karantin qaydalarını pozduğunu və ona cərimə tətbiq ediləcəyini söyləmiş, daha sonra onunla əlaqə saxlayacaqlarını deyərək getmişlər. Bu hadisədən xeyli müddət sonra xx.xx.2020-ci il tarixdə kafenin yerləşdiyi ünvana poçt vasitəsilə göndərilmiş Qida X3 Regional Bölməsinin xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı protokolunu oxuduqdan sonra ona aydın olmuşdur ki, xx.xx.2020-ci il tarixində kafeyə gəlmiş həmin şəxslər Qida X3 Regional Bölməsinin əməkdaşlarıdır. O Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməktə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinin xx.xx.2020-ci il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X12 vəkili X11 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Azərbaycan Respublikası Qida X2 Hüquq, kadr və icraya nəzarət şöbəsinin Hüquqi təminat sektorunun aparıcı məsləhətçisi X8 protokolun dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, inzibati xəta hadisəsini əks etdirən foto və video görüntüləri təqdim edə bilmir. Buna səbəb isə regional bölmələrdə çalışan əməkdaşların texniki vasitələr və qurğularla təmin olunmasıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə vəzifəli şəxs Yakup Kazdal barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X14 əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan aktdan görünür ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin Qida Təhlükəsizliyinə nəzarət sektorunun böyük məsləhətçiləri X9, Allahverdiyev Yunis Möhləty oğlu və məsləhətçi X10 iştirakı ilə tərtib edilmiş akta əsasən Covid-19 ilə mübarizə çərçivəsində fiziki şəxs Kazdal Yakup (VÖEN: **********) məxsus “Kaya” kafesinə baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında əks olunan sıxlıq normalarının pozulması faktı aşkarlanmışdır. Balə ki, eyni masa ətrafında oturacaqlar arası məsafə pozulmuşdur. Aktın doğruluğu protokolu tərtib etmiş şəxslərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş videoya baxış keçirilən zaman müəyən edilmişdir ki, 6 nəfərlik masa arxasıda iki qadın iki uşaq olmaqla dörd nəfər əyləşmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında inzibati iş materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Yakup Kazdal barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində qərar qəbul edilərək 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X18 törətdiyi inzibati xətanı sübuta yetirəcək mötəbər sübutlar inzibati xəta haqqında qərarı qəbul etmiş orqan tərəfindən təqdim edilməmişdir. Bununlada şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 211.1 Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki işdə müəyyən edilmiş bütün şübhələr barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş sürücü Yakup Kazdalın xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci il tarixli 189 nömrəli qərarından görünür ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
2. Tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD- 19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir.
3. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariyaepidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. İctimai iaşə müəssisələrinin açıq hava sahələrində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair Metodiki Göstərişlərin 2.5-ci bəndinə əsasən açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalar arası məsafənin isə 2 metrdən az olmaması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ :
Yakup Kazdalın şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Qida X3 Regional Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov