Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-77/2023 17.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında material, o cümlədən inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" ASC tərəfindən xx.xx.2014-cü il tarixli **********1614, **********1613, **********1612, **********1621, **********1620, **********1622, **********1619, **********1615, **********1617 sorğu nömrəli, xx.xx.2014-cü il tarixli **********2695, **********2699, **********2696, **********2697, **********2694 sorğu nömrəli, xx.xx.2014-cü il tarixli **********2813, **********2814, **********2809 sorğu nömrəli və 26,04.2014-cü il tarixli **********3268, **********3272, **********3269 sorğu nömrəli gömrük, bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin xx.xx.2019-cu il tarixində bitməsinə baxmayaraq malların geriyə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar “X3 “Evrascon’’ ASC tərəfindən heç bir tədbir görülməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasindaki Nümayəndəliyi barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələblərinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökümət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əlehinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökmət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec bir il keçənədək verilə bilər. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi’’ (VAİS) informasiya resursundan çıxarışdan görünür кi, 28.02.2 014-cü il tarixli **********1614, **********1613, **********1612, **********1621, 001 00142001 620, **********1622, **********1619, **********1615, **********1617 sorğu nömrəli, xx.xx.2014-cü il tarixli **********2695 **********2699, 001 **********6, **********2697, **********2694 sorğu nömrəli, xx.xx.2014-cü il tarixli **********2813, **********2814 **********2809 sorğu nömrəli və xx.xx.2014-cü il tarixli **********3268, **********3272, **********3269 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərinin müvəqqəti ixrac müddətinin son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 31 dekabr 2019-cu il tarixdən hazıradək üç ildən artıq bir müddət keçmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Qanunvericiliyin yuxarıda qeyd olunun normasının məzmunundan da göründüyü kimi inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən törədilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə əhatə olunan hüquqazidd əməli gömrük qaydaları əleyhinə olan inzibati xətalara aiddir və törədilən inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Hazırda müəyyən olunur ki, inzibati xəta hadisəsi 31 dekabr 2019-cu il tarixdə törənmişdir ki, bu isə öz növbəsində qərar qəbul edilən ana qədər inzibati tənbeh vermə müddətinin başa çatdığına dəlalət edir. Digər tərəfdən məhkəmə inzibati orqanın protokolda törədilmiş inzibati xətanın uzanan inzibati xətalara aid olması ilə bağlı dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, uzanan inzibati xətanın əsas əlaməti onun fasiləsizliyində, kəsilməzliyində ifadə olunur ki, hazırkı halda da "xxxx" ASC tərəfindən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların təkrar idxal edilməli və ya əvvəllər aparılmış həmin malın Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmalı olduğu halda, qəti olaraq öhdəlik müddətinin (müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti ixrac müddətinin son tarixi) son tarixi, yəni 31 dekabr 2019-cu il tarixədək bunu etməyib inzibati xətanı törətdiyi aydın olur və belə olan halda inzibati xətanın kəsilmədən davam etməsi halı müəyyən olunmur. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 38, 43, 53, 114-115 və 117 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində EP seriyalı ******* nömrəli 14 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-77/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-77/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver