Məhkəmə qərarları › İş №3(004)-7719/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7719/2025

21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7719/2025 21.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidmətinin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər idarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş İnzibati xəta haqqında 15 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına əsas kimi, vətəndaş X10 xx.xx.2025-ci il tarixdən 01 ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 89 ünvanında yerləşən Şəxs MMC-də qanunvericiliyin tələbləri pozularaq qablaşdırıcı vəzifəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda T.Abbasovun müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-71979/2025 məktubda qeyd edilən sənədlər 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının ƏƏSMN yanında X12 Xidmətinin nümayəndəsi X13 inzibati xəta haqqında protokolu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəməyə təqdim edilmiş istər hüquqi şəxsin rəhbərinin, istərsə də şikayətçi T.Abbasovun izahatların açıq-aşkar müəyyən edilir ki, həmin şəxs Şəxs MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X6 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, T.Abbasovun Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi halını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Sadəcə olaraq mülahizələrə əsaslanaraq belə qənaətə gəlinir ki, şəxs Şəxs MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Halbuki, X2 fərdi sahibkar VÖEN-ni də mövcuddur və sözügedən ərazidə yerləşən obyektdə fərdi sahibkar kimi fəaliyyət göstərmişdir. Bu faktı həmin obyektin icarə müqaviləsi də bir daha təsdiq edir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, obyektin mülkiyyət sənədlərini əldə etmək mümkün olmamışdır, praktikada adətən yazılı formada bağlanılır icarə müqaviləsi və tərəflərin imzaları ilə təsdiqlənir. İnzibati orqan sadəcə olaraq T.Abbasovun ifadəsində yola çıxaraq belə qənaətə gəlir ki, şəxs Şəxs MMC-də işlərin görülməsinə cəlb edilmişdir. Halbuki eyni fəaliyyəti fərdi sahibkar olaraq da həyata keçirir. İnzibati orqanın əlində bunu təsdiq edən heç bir mötəbər sübutu yoxdur. Məhkəmə proses iştirakçısını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X10 xx.xx.2025-ci il tarixdən 01 ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 89 ünvanında yerləşən Şəxs MMCdə qanunvericiliyin tələbləri pozularaq qablaşdırıcı vəzifəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda T.Abbasovun müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli 3-17- 5/2-71979/2025 məktubda qeyd edilən sənədlər 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Buna görə Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş X3 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, Bakı şəhərində iş axtaran zaman, qarşısına qutuların hazırlanması ilə məşğul olan fabrik çıxdı və o, həmin fabrikə CV göndərdi. Daha sonra onu Yasamal rayonu ərazisində yerləşən həmin fabrikdən çağırdılar. xx.xx.2025-ci il tarixdə o, fabrikə getdikdə Nicat adlı şəxs onu qarşıladı və özünü fabrikin direktoru kimi təqdim etdi. Daha sonra ondan əvvəl haralarda işlədiyini soruşduqdan sonra bildirdi ki, sabahdan işə başlasın. Şifahi danışıqları isə belə oldu ki, o, əvvəlki aylarda hər ay 400 manat əmək haqqı və bundan əlavə satılmış qutulardan gələn gəlirdən də müəyyən faiz almalı idi. Bir müddət sonra isə aylıq əmək haqqı 500 manat olacaqdı. xx.xx.2025-ci il tarixdə artıq işə başladı. İşi ona Nicat özü izah edirdi. xx.xx.2025-ci il tarixdə sonuncu dəfə işə getdi. Həmin ərəfələrdə Nicat ilə əmək haqqının verilməsi barədə söhbətlər etsələr də Nicat müxtəlif bəhanələrlə əmək haqqını verməkdən boyun qaçırırdı. Buna səbəb kimi isə, satışların olmadığını deyirdi. Qısası sonda o, nə əmək haqqını ala bildi, nə də satışlardan faiz eldə edə bildi. Xahişi ondan ibarətdir ki, Nicat adlı şəxs onun əmək haqqı olan 400 manat pulu ona versin. İş materiallarına əlavə edilmiş X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2020ci il tarixindən hüquqi şəxs yaradaraq qablaşdırma şirkəti yaratdı. Çətinliklərlə həmin şirkəti bugün də daxil olmaqla ayaqda saxlamağa çalışır. İstehsalatı spesifik sahə olduğundan həmin sahə üzrə mütəxəssis tapmaq çətindir. Bu səbəbdən gənc işçiləri işə götürərək bir müddət onlara istehsalat işini öyrətməyə, daha sonra işlərə cəlb etməyə məcbur olur. Həmin şəxslərdən biri də X10 olmuşdur. Onu işə qəbul etdikdə o bildirmişdir ki, işsizliyə görə sosial müdafiə nazirliyində qeydiyyatdadır, bu səbəbdən ondan xahiş etdi ki, adını işə rəsmiləşdirəsin. Bundan əlavə o xahiş etdi ki, yarım gün işləməyə icazə versin, çünki o, ƏƏSMN-nin təşkilatçılığı ilə işsizliyinin aradan qaldırılması məqsədilə proqramçılıq kurslarına gedir. Çünki, Tural Abbasov hələ də, özünü işsiz göstərməyə davam etmək istəyirdi ki, işsizlər üçün nəzərdə tutulan imtiyazlardan istifadə edə bilsin. Bundan sonra o, təxminən 1 aya yaxın yarım iş günü olmaqla gəlib-getdi. Daha sonra isə bildirdi ki, ümumiyyətlə işləmək istəmir. Əmək haqqını isə dərhal verməyini istədi. O, isə ona bildirdi ki, bir qədər maliyyə sıxıntıları yaşayırlar, əmək haqqını avqust ayının sonunda verəcək. O bundan sonra bir neçə gün ardıcıl olaraq əmək haqqını tələb etdi, hər dəfəsində ona dedi ki, əmək haqqını avqustun sonu verəcək. O isə bundan sonra gedib şikayət yazıb. İş materiallarında olan Şəxs MMC-yə ünvanlanmış sorğu məktubundan görünür ki, vətəndaş X3 əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 4 saylı Bakı DOST Mərkəzinə yanında ünvanladığı müraciətə Nazirlik yanında X12 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. X3 müraciətinə münasibət bildirilməsi üçün vətəndaşa aid əmək müqaviləsinin surətinin, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələrin (olduğu təqdirdə) surətinin, əmək haqlarının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surətinin (son üç ay), eləcə də vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun 7 iş günü ərzində X12 Xidmətinin Bakı şəhər İdarəsinə (ünvanı AZ1114 ünvan 5riallarında olan “poçt göndərişlərinin izlənməsi” elektron sistemindən əldə edilmiş çıxarışdan görünür ki, SS967162035AZ kodlu məktub xx.xx.2025-ci il tarixdə saat 12:31-də “Bakı Qutu” tərəfindən təhvil alınmışdır. Məhkəmə ilk öncə onu qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, vətəndaş X10 xx.xx.2025-ci il tarixdən 01 ay müddətində X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən qablaşdırıcı vəzifəsi üzrə işlərinin görülməsinə cəlb edilmişdir. Şikayətçi T.Abbasov inzibati orqana etdiyi şikayətində bildirmişdir ki, fabrikdə həmin fabrikin direktoru Nicat adlı şəxsə tərəfindən işə götürülmüş və işlərin görülməsinə cəlb edilmiş lakin ona əmək haqqısı ödənilmədən işdən kənarlaşdırılmışdır. Eyni zamanda X7 izahatında bildirmişdir ki, 2020-ci il tarixindən hüquqi şəxs yaradaraq qablaşdırma şirkəti yaratmış, X8 da sonradan ora işə götürmüşdür. T.Abbasov 1 aya yaxın yarım iş günü olmaqla ora gəlib-getmiş lakin sonradan işdən ayrılmışdır. Bu zaman əmək haqqını tələb etmiş, o isə hazırda əmək haqqını verə bilmədiyini, avqust ayında verəcəyini bildirmişdir. Halbuki məhkəmə iclasında hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi bildirmişdir ki, X7 eyni işi həm hüquqi şəxs yaratmaqla, həm də hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirir. X9 da məhz fərdi sahibkar kimi işlərin görülməsinə cəlb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən ifadə müdafiə xarakteri daşımaqla inzibati məsuliyyətdən yayınmaq niyyəti ilə uydurulmuş, qeyri-səmimi ifadədir. Belə ki, hüquqi şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasında verdiyi ifadəsini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sadəcə olaraq məhkəməyə fərdi sahibkar X11 ilə fərdi sahibkar X7 arasında ünvan 6 ünvanında yerləşən 118 kv.m qeyri yaşayış sahəsinin icarəsinə dair yazılı müqavilə təqdim etmişdir. Lakin sözügedən qeyri yaşayış sahəsinin həqiqətən fərdi sahibkar X4 mülkiyyətində olmasını, həmin obyekti icarəyə vermək səlahiyyətinin olmasına, həminmüqavilə üzrə icarə haqlarının ödənilməsi və sairələr dair hər hansı mötəbər rəsmi sənəd məhkəməyə təqdim edilə bilməmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin səlahiyyətli nümayənədəsinin məhkəmə iclasında dediklərini əsaslı hesab edə bilməz. Bununla yanaşı X3 müraciətinə münasibət bildirilməsi üçün vətəndaşa aid əmək müqaviləsinin surətinin, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələrin (olduğu təqdirdə) surətinin, əmək haqlarının hesablanmasını və ödənilməsini təsdiq edən sənədlərin surətinin (son üç ay), eləcə də vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubunun DƏMX Bakı şəhər idarəsinə təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli 3-17-5/2-71979/2025 məktubda qeyd edilən sənədlər 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən iş materiallarından və işin faktiki hallarından göründüyü kimi vətəndaş X10 xx.xx.2025-ci il tarixdən 01 ay müddətinə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani 89 ünvanında yerləşən Şəxs MMC-də qanunvericiliyin tələbləri pozularaq qablaşdırıcı vəzifəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Eyni zamanda T.Abbasovun müraciəti ilə əlaqədar sənədlərin təqdim edilməsi məqsədilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-71979/2025 məktubda qeyd edilən sənədlər 07 iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən “Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.” Həmin Məcəllənin 7-ci maddəsinin 2.3-4-cü hissəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda həmin münasibətlər əmək münasibətləri hesab edilir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü hissəsinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən “Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.” Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 539.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar