Məhkəmə qərarları › İş №3(004)-773/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-773/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-773/2022 18.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və X4 MN seriyalı ******* saylı 14 sentyabr 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarlarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və X4 MN seriyalı ******* saylı 14 sentyabr 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarlarından şikayət verərək, həmin qərarların ləğv olunması və başlanmış inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı ilə X1 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı *******saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və MN seriyalı ******* saylı 14 sentyabr 2020- ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarlarından verdiyi şikayət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərarı ilə X1 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən onun fiziki şəxs kimi fəaliyyət göstərdiyi, ünvan 1 ünvanda yerləşən, obyektdə iki dəfə epidemiya əleyhinə rejimin tələblərinə əməl ediməsi vəziyyəti ilə əlaqədar nəzarət yoxlaması həyata keçrilmiş və nəzarət tədbirləri nəticəsində calışdığı ünvan 2 ünvanda yerləşən obyektdə İXM-nin 211-ci maddəsinin tələblərinin pozulması faktı guya müəyyən edilmişdir. Bunun nəticəsi olaraq barəsində 22.08.202-ci il tarixində və 14.09.2020-ci il tarixində MN ******* nömrəli və MN -0255439 nömrəli “X4” protokolar tərtib olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə çərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslərbeş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən: Epidemiya əleyhinə rejim, sanitariyagigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Bildirmişdir ki, həmin protokolar qanunsuz və əsasız olduğundan o, etirazını bildirərək imzalamaqdan imtina etmişdir. Sonradan həmin protokollara əsasən qeyd etdiyi kimi barəsində MN0240872 saylı və MN ******* saylı qərarlar qəbul edilmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin əməkdaşları MN ******* nömrəli və MN ******* nömrəli “X4” protokolun surətini ona verməmiş və barəsində sonradan qəbul edilmiş qərarların (MN0240872 saylı və MN ******* saylı Qərarlar) surətini rəsmi olaraq ona göndərməmişlər. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən: Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən: Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İcra Məmurunun çağırışından sonra ona məlum olmuşdur ki, barəsində sözügedən protokollar və qərarlar qəbul edilmişdir. Bununla əlaqədar o, cavabdehə rəsmi ərizə ilə müraciət edərək barəsində qəbul edilmiş protokolların (MN ******* nömrəli və MN -0255439) surətinin rəsmi olaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh uzun süründürməçilikdən və dəfələrlə müraciətlərindən sonra həmin qərarların kserosurətini cavab məktubuna əlavə edərək ona vermişdir. Hesab edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin MN ******* nömrəli və MN -0255439 nömrəli “X4” protokolllar və həmin protokollar əsasında qəbul edilmiş MN0240872 saylı və MN ******* saylı qərarlar qanunsuz və əsasız olduğundan məhkəmə qaydasında ləğv olunmalı, barəsində başlanmış inzibati işə xitam verilməlidir. Yuxarıda qeyd etdiklərini, Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarını, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini və qanunun digər tələblərini rəhbər tutaraq, məhkəmədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş İdarəsinin MN ******* nömrəli və MN ******* nömrəli “X4” protokolarının və həmin protokollar əsasında barəsində qəbul edilmiş MN0240872 saylı və MN ******* saylı qərarların ləğv olunması və barəsində başlanmış inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iş materialında olan Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli qərarına əsasən X3 22 avqust 2020-ci ildə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena, karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmiş, yəni Yasamal rayonu Əhməd Cəmil 2B-da olan “Papaq” çay evində masalar ətrafında müştərilər arasında ara məsafəsinə əməl etmədiyindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 25 sentyabr 2020-ci il tarixli qərarına əsasən, X3 14 sentyabr 2020-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına dair inzibati xəta törətmiş, yəni Bakı şəhəri Yasamal rayonu Əhməd Cəmil 2B ünvanında olan “Papaq” çay evində masalar ətrafında müştərilər arasındakı ara məsafəsinə əməl etmədiyindən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Göstərilən protokolllardan, 22 avqust 2020-ci il və 14 sentyabr 2020-ci il tarixli aktlardan və aklara əlavə edilmiş fotoşəkillərdən görünür ki, şikayətçinin sahibkar kimi fəaliyyət göstərdiyi (şikayətçinin sahibkarlıq fəaliyyəti göstərməsi və vəzifəli şəxs olması mübahisə edilməmiş) həmin çay evində həqiqətən də müştərilər arasında ara məsafəsi ilə bağlı tələblərə əməl edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” 189 saylı 29 may 2020-ci il tarixli Qərarının 1- ci bəndinə əsasən, Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmanın qarşısının alınması məqsədi ilə aşağıda göstərilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s) istifadə edilməli və 1.2-bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 3-cü bəndinə əsasən, qeyd olunan Qərarının 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” 160 nömrəli 01 may 2020-ci il tarixli Qərarına görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün elan edilmiş xüsusi karantin rejimində aşağıdakı sahə və istiqamətlərdə xüsusi sanitar rejim tətbiq edilmiş:1.1.-qida məhsulun ticarəti üzrə fəaliyyət; 1.2.-ictimai-iaşə müəssisə- lərin fəaliyyəti; 1.3.- turizm və hotelçilik fəaliyyəti; 1.4.-ictimai nəqliyyatın fəaliyyəti; 1.5.-vətəndaşların qəbulunu həyata keçirən qurumların fəaliyyəti; 1.6. müxtəlif ticarət və xidmət sahələrinin, ofislərin fəaliyyəti. Sanitariya-epidemioloji salamatlıq barədə Azərbaycan Respublikası Qanunun 11-ci mad- dəsinə əsasən, dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar: təsdiq edilmiş sanitariya normalarına, qaydalarına, gigiyena normativlərinə əməl etməli; sanitariya-epidemioloji salamatlığı təmin edilməsi, xəstələnmə halların qarşısının alınması və azaldılması, ətraf mühitin sağlamlaşdırılması və epidemiya əleyhinə tədbirlər görməli; nəzarəti keçirən vəzifəli şəxslərin tələbinə əməl etməli; nəzarətini keçirən orqan və idarələrə sanitariya- epidemioloji vəziyyət, radiasiya şəraiti və qəzalara dair dəqiq və dolğun məlumat verməlidirlər. Həmin Qanunun 25-ci maddəsinə əsasən dövlət orqanları və ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəlikləri və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə xəstəliklərin əmələ gəlməsi və yayılmasının qarşısını almaq, belə xəstəliklər olduqda, ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidir. Göstərilən Qanununun 38-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədəki sanitariya normaları və qaydalarına, gigiyena normativ- lərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, dövlət sanitariya-epidemio-loji xidməti orqanları və idarələri vəzifəli şəxslərin rəyləri, qərarları və göstərişlərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı vətəndaşların hüquqları və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət bu sahədə hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol verən vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilər. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, inzibati xəta törətmiş şəxs və başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, X1 barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, şikayətçi X2 ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 04 sentyabr 2020-ci ildə və 25 sentyabr 2020-ci il tarixdə barənizdə keçirilmiş yoxlamaların qeydiyyatı ilə əlaqədar müraciətinizə baxılmışdır. Bildirilir ki, 2020-ci ildə “Sahibkarlıq sahəsində aparılan yoxlamalarının vahid məlumat reyestrində” Sizin barənizdə hər hansı bir yoxlamanın qeydiyyatı aparılmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama dedikdə - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirilməsi üzrə tədbirlər məcmusu nəzərdə tutulur. Yoxlama əldə edilən nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, həmin qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən aparılmış yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Belə yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunların və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların pozulması faktları ilə əlaqədar məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qeyd edilən Qanunun 34.1-ci maddəsinə əsasən yoxlama aparılarkən yoxlayıcı orqanların qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticəsindən razı qalmadığı halda inzibati və məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Göründüyü kimi Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş “aparılmış yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi” olmaması barədə qanunun tələblərinə inzibati iş üzrə icraat aparılan zaman Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsi nəzərə almamış, nəticədə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan yekun nəticəyə gəlməklə MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarları qəbul etmişdir. Yuxarıda göstərilən səbəblərdən də, protokollar və qərarlar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X4 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X4 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, X4 hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində X4 iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, X4 protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və X4 MN seriyalı ******* saylı 14 sentyabr 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarlar qəbul edilərkən yuxarıda qeyd edilən çoxsaylı kobud prosessual pozuntulara yol verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən X4 iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən X4 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və X4 işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması X4 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və X4 MN seriyalı ******* saylı 14 sentyabr 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarları ləğv edilməli və qeyd olunan X4 iş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinin X4 MN seriyalı ******* saylı 22 avqust 2020-ci il tarixli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN seriyalı ******* saylı 04 sentyabr 2020-ci il tarixli və X4 MN seriyalı ******* saylı 14 sentyabr 2020-ci il tarixli protokol əsasında çıxarılmış inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 25 sentyabr 2020-ci il tarixli qərarları ləğv edilsin və qeyd olunan X4 iş baxılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla iş üzrə Baş idarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar