Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-774/2022 08.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdəFüzuli rayonunun, Mahmudlu 2 kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Əhmədbəyli ərazi dairəsi, İkinci Mahmudlu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 fevral 2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 08.02.2022-ci il tarixdə saat 10:10 radələrində Yasamal rayonu, Moskva prospektində BDYPİ-nin inspektoru X2 tabesizlik göstərərək, ünvansız küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4 protokolu müdafiə edərək bildirmişdir ki, 08 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, “20 Yanvar” dairəsində Şəxs idarə etdiyi **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobillə işıqforun qadağanedici işığında hərəkətini davam etdirdiyi üçün BPİ DYPİ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Şəxs törətdiyi qayda pozuntusu izah edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə etiraz edərək səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmişdir. DYP əməkdaşı dəfələrlə Şəxs nizam-intizama dəvət edilsədə o, buna məhəl qoymayaraq aqressiv şəkildə öz qanuna zidd hərəkətlərinə davam edərək polisin qanuni tələbini yerinə yetirməmişdir. Bundan sonra 29-cu polis şöbəsinin əməkdaşları dəvət edilərək Şəxs polis şöbəsinə təmin edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, 08.02.2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” dairəsindən keçən zaman X15 əməkdaşı onun avtomobilinə saxla əmri vermişdir. Bu zaman avtomobili saxlamış və polis əməkdaşı ona yaxınlaşaraq yol nişanlama xəttinin tələbini pozduğunu bildirmişdir. O isə öz növbəsində inzibati xəta törətmişsə bununla bağlı videogörüntünün ona təqdim edilməli olduğunu bildirmişdir. Polis əməkdaşı isə yanlış videogörüntü təqdim etmiş və aralarında mübahisə başlamışdır. Onun maddi vəziyyəti cox pis olduğu üçün o cərimənin məbləğini eşib həyacan keçirtmiş və bu səbəbdən ünvansız nalayiq ifadələr işlətmişdir. Yekun olaraq əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, “20 Yanvar” dairəsində xidmətdə olarkən **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin svetoforun qadağanedici işığında hərəkətini davam etdirdiyinin şahidi olmuşdur. Bundan sonra həmin avtomobilə saxla əmri verilmişdir. Sürücüyə yaxınlaşaraq törətdiyi qayda pozuntusu izah edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi bildirilmişdir. Bu zaman sürücü aqressiv şəkildə etirazını bildirərək səs-küy salmağa başlamışdır. Onu nizam-intizama dəvət etsələrdə buna məhəl qoymamış ünvansız nalayiq ifadələr və küçə söyüşləri işlətmişdir. O həmin vətəndaşı nizam intizama dəvət etməsinə baxmayaraq, həmin şəxs onun qanuni tələbinə tabe olmayaraq öz hərəkətlərinə davam etmişdir. Bundan sonra onun qanuni tələbinə tabe olmamasını və ictimai əsayişi pozmaqla xuliqanlıq eməsini nəzərə alaraq 29-cu polis şöbəsinin əməkdaşlarını köməyə dəvət etmişdir. Sürücü polis şöbəsinə təmin edilmiş və orada müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. İş materiallarında olan: Bakı şəhər BPİ-nin X15 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yolpatrul xidməti inspektoru X5 tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış 08.02.2022-ci il tarixli raportdan görünür ki, 08.02.2022-ci il tarixdə saat təxminən 10:10 radələrində “20 Yanvar” dairəsində **-KC-*** dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomaşının dairədə yerləşən svetoforun qadağanedici işığında keçdiyi üçün saxlanılmışdır. Həmin sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, hüquq və vəzifələri izah edilmiş, sürücü isə özünü çox kobud şəkildə müraciət edərək “məni tanımırsan” deyərək nalayiq küçə söyüşləri ilə Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin mütamadi olaraq qəbulunda olduğunu və müəyyən əməkdaşların barəsində tədbirlər görüldüyünü bildirmişdir. Nalayiq sözlər ifadə etdiyindən ona öz növbəsində xəbərdarlıq etmiş lakin o yenədə həmin ifadələri istifadə etmişdir. O həmin şəxsə protokol tərtib olunacağını söylədikdə sürücü nalayiq küçə söyüşləri ilə təhqir edib “mənə heç kim heç nə edə bilməz” deyərək və əgər o həmin şəxs barəsində tədbir görərsə onu hədələmişdir. Həmin sürücünün şəxsiyyətini xüsusi texniki vasitə ilə müəyyən edərək həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X11 6-cı patrul bölüyünün polis nəfərləri X6 və X7 tərəfindən 29-cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış 08.02.2022-ci il tarixli raportdan görünür ki, 08.02.2022-ci il tarixdə inzibati ərazidə 2468 saylı çağırışlı avtopatrulla xidmət apararkən təxminən saat 10:30 radələrində Şəfəqin məlumatına əsasən “20 Yanvar” metrostansiyası yaxınlığında DYPX-nin 354 çağırışlı avtomobilə köməklik etməyi onlara bildirmişlər. Onlar deyilən ünvana yaxınlaşdıq həmən şəxsə özləri təqdim etmiş həmin şəxsi 29-cu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx.xx.1986-cı il təvəllüdlü Şəxsdur. İnzibati qaydada tutma haqqında 08.02.2022-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:45-də inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, 06.04.2015-ci il təvəllüdlü X3 atası Şəxsdur. İş materiallarında olan CD diskdən görünür ki, Şəxs ünvansız nalayiq ifadələr işlədərək, polis əməkdaşının qanuni tələbinə tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən yol polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını və xırda xuliqanlıq etməməsini özü qismən etiraf etsə də, şahid izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 08.02.2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, “20 Yanvar” dairəsi yaxınlığında BPİ DYPİ-nin əməkdaşı onu saxlayarka o ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və onun qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halı, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı 03 may 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin İXM-nin 34.3-cü maddəsinə əsasən, 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Vəkil göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabı - "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-774/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-774/2022
08.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver