Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-776/2021 16.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsindən daxil olmuş “xxxx” MMC-nin (indiki adı ilə “xxxx” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞ-nin inspektoru Səlim Abbasov tərəfindən “xxxx” MMC-nin (indiki adı ilə “xxxx” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə xx xxxxxx 2020ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Yasamal rayonu, Y.Yasamal 2, ev 3, mənzil 42 ünvanında yerləşən “xxxx” MMC-nin (indiki adı ilə “xxxx” MMC) tərəfindən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını araşdıraraq hesab edir ki, protokol yanlış tərtib olunduğundan və ərazi aidiyyəti pozulduğundan təqdim edilmiş materiallar onu tərtib etmiş orqana qaytarılmalıdır. Belə ki, İnternet Vergi İdarəsinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışdan görünür ki, “xxxx” MMC-nin ünvanı AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, X1, ev 121/5, mənzil 26 ünvanıdır. Lakin Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN Yasamal RPİ DYPŞnin inspektoru Səlim Abbasov tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli AP ******* saylı protokolda yanlışlığa yol verilərək “xxxx” MMC-nin (indiki adı ilə “xxxx” MMC) ünvanı Yasamal rayonu, Y.Yasamal 2, ev 3, mənzil 42 kimi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin (indiki adı ilə “xxxx” MMC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikası DİN Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-776/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-776/2021
16.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver