Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7788/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Hüquqi şəxs Şəxs nümayəndəsi, Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamış və bu səbəbdən də MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi, Xırdalan şəhər vəkil bürosunun vəkili Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən qərar qəbul edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir və sözügedən iş üzrə 3(004)-7788/2025 saylı iş icraatdadır. Aşağıda qeyd edəcəyi nüanslara əsasən bildirir ki, Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş protokol əsassız və qanunsuzdur və inzibati xəta işi üzrə icraata xitam verilməlidir: AR Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən, “məhdud məsuliyyətli cəmiyyət (tnikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Qeyd edilən müddəada aydın şəkildə yazılmışdır ki, mikro və kiçik sahibkarlar nəzərdə tutulan audit yoxlamasından azaddırlar, onlar qeyd olunan müstəqil auditor cəlb etmək öhdəliyi yoxdur. Maliyyə Nazirliyi əsassız olaraq protokol tərtib etmişdir, belə ki, nəyə əsasən Şəxs MMC-ni orta və ya iri sahibkar hesab etdiyini əsaslandırmadan protokol tərtib etmişdir. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları’nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları aydın şəkildə qeyd edilmişdir. Mikro sahibkar - İşçilərinin orta siyahı sayı (nəfər) – 1-10, illik gəliri (ig) (min manat) - ig ≤ 200, Kiçik sahibkar - İşçilərinin orta siyahı sayı (nəfər) – 11-50, illik gəliri (ig) (min manat) – 200 < ig ≤ 3000, Orta sahibkar - İşçilərinin orta siyahı sayı (nəfər) – 51-250, illik gəliri (ig) (min manat) – 3000 < ig ≤ 30000, İri sahibkar - İşçilərinin orta siyahı sayı (nəfər) – 251 və ondan yuxarı, illik gəliri (ig) (min manat) – 30000 < ig. Göründüyü kimi hər hansı şirkətin orta sahibkar hesab edilməsi üçün ya 51 və daha çox işçisi, ya da 3 000 000-dan çox illik gəliri (dövriyyəsi) olmalıdır, (illik gəlir min manatla qeyd edildiyi üçün, 3 000*1 000=3 000 000dur.) Bu etirazın qoşmasında Şəxs MMC-in 2023-cü il üzrə mənfəət bəyannaməsi və Dövlət Vergi Xidmətindən alınmış rəsmi göstəricilər haqqında arayışı təqdim edilmişdir. Hansı ki həmin arayışda şirkətin illik gəlirinin 2921096.53 manat olduğu qeyd edilmişdir. Deməli, Şəxs MMC orta sahibkar hesab edilmək üçün nəzərdə tutulan illik gəlir meyarını ödəmir. İndi ikinci meyara - işçi sayına nəzər salaq. Bu etirazın qoşmasında hüquqi şəxsin rüblər üzrə işçi saylarını özündə əks etdirən ƏMAS elektron sistemindən çıxarış təqdim edilmişdir. Həmin sənədə də nəzər saldıqda görünür ki, Şəxs MMC-də 2023-cü ilin 1-ci rübü üzrə 25, 2-ci rübü üzrə-26, 3-cü rübü üzrə - 24, 4-cü rübü üzrə isə 18 işçisi olmuşdur. Göründüyü kimi qeyd etdiyi işçi sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilmiş işçi sayı meyarının - 50-in yaxınlığından belə keçmir, deməli, ikinci işçi sayı meyarını da şirkət ödəmədi. Nəticədə, Şəxs MMC “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə hüquqi şəxsin orta sahibkar hesab edilməsi üçün müəyyənləşdirilmiş meyarların heç birinə uyğun deyildir. Şəxs MMC tərəfindən heç bir inzibati xəta əməli törədilməmişdir. Belə olan halda Maliyyə Nazirliyi əsassız olaraq və kifayət qədər araşdırma aparmadan, sırf protokol tərtib etmək naminə əsassız və qanunsuz olaraq protokol tərtib etmişdir. Bundan başqa, Şəxs MMC barəsində protokol qanunsuz olaraq gecikdirilməklə tərtib edilmiş, protokolun tərtib edilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Belə ki, hüquqi şəxsin 2024-cü il üzrə auditin aparılmaması əsası ilə Şəxs MMC barəsində protokol xx.xx.2025-ci il tarixində tərtib edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, “İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir.” Məlumdur ki, şirkətin ötən il üzrə, yəni 2024-cü il üzrə auditi həyata keçirməməsi 2025-ci ilin ilk günü törədilmiş və aşkar olunmuş hesab olunur. Maliyyə Nazirliyi tərəfindən isə inzibati xətanın törədilməsinə dair protokol dərhal yox, 2024-cü ilin bitməsinin üzərindən 10 ay keçdikdən sonra tərtib edilmişdir ki, bu da müddətin çox uzun bir müddətə ötürülməsi deməkdir. Yuxarıda qeyd olunanlara əsasən, 3(004)-7788/2025 saylı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 08 oktyabr 2025-ci il tarixli, 3-23/2- 7472/2025 nömrəli bildirişindən görünür ki, Şəxs MMC 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 21 oktyabr 2025-ci il tarixdə, saat 11:40-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İnzibati xəta haqqında 21 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamış və bu səbəbdən də MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Şəxsnə ünvanladığı 21 oktyabr 2025-ci il tarixli, 3-23/2-8233/2025 saylı məktubundan görünür ki, səlahiyyətli orqan tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 21 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surəti hüquqi şəxs Şəxs MMC-yə göndərilmişdir. Şəxs nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş mənfəət vergisinin bəyannaməsindən və göstəricilər barədə arayış, ƏMAS-dan çıxarışdan görünür ki, Şəxs MMC-nin 2023-cü ildə işçi sayı 2023-cü ilin 1-ci rübü üzrə 25, 2-ci rübü üzrə-26, 3-cü rübü üzrə - 24, 4-cü rübü üzrə isə 18 olmuş, ümumi dövriyyəsi ******* manatdan az olmuşdur (2921096.53 manat). ƏMAS elektron sistemindən çıxarışdan görünür ki, Şəxs MMC-də işçi sayı 2023-cü ilin 1-ci rübü üzrə 25, 2-ci rübü üzrə-26, 3-cü rübü üzrə - 24, 4-cü rübü üzrə isə 18 nəfər olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 17 noyabr 2025-ci il tarixli, 3-17-5/2- 106128/2025 nömrəli məktubdan görünür ki, “Təhlil” altsisteminə baxış keçirilən zaman Şəxs MMC-nin xx.xx.2025-ci il tarixinə 4 (dörd) nəfərin adına qüvvədə olan əmək müqavilələrinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə-vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200000 manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro, işçilərinin siyahı sayı 11 nəfərdən 50 nəfərədək və ya illik gəliri 200000 manatdan ******* manatadək olan sahibkarlıq subyektləri kiçik, işçilərinin siyahı sayı 51 nəfərdən 250 nəfərədək və ya illik gəliri ******* manatdan 30000000 manatadək olan sahibkarlıq subyektləri orta, işçilərinin siyahı sayı 251 nəfər və ondan yuxarı və ya illik gəliri 30000000 manatdan yuxarı olan sahibkarlıq subyektləri iri sahibkarlıq subyektləri hesab edilir. Həmin Qərarın qeydlər hissəsində göstərilmişdir ki:
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektləri kimi müəyyənləşdirilməsi onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən həmin hesabat ilinin sonunadək olan dövr üzrə artan yekunla gəlir göstəricisi müəyyən edildiyi halda gəlir göstəricisi əsasında, gəlir göstəricisi müəyyən edilmədiyi halda isə işçi sayı əsas götürülməklə həyata keçirilir. Həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən ilk hesabat ilinin sonunadək olan dövrü əhatə edən təqvim ilinin nəticələri üzrə təqdim edilən hesabatlara əsasən gəlir və işçilərin orta siyahı sayı göstəriciləri dəqiqləşdirilir və onlardan daha yüksək olanı əsas götürülməklə vergi ödəyicisinin meyarlar üzrə bölgüsü təkrar müəyyən edilir.
4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən maliyyə qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, Şəxs MMC barəsində 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmaması barədə inzibati xəta haqqında protokol tərtib edilsə də, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş arayışlar və iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC-nin 2023-cü ilə aid olan fəaliyyət dövrü üzrə illik gəliri ******* manatdan az olmuş və şirkətdə 50 nəfərdən az işçi çalışmışdır. Bu isə Şəxs MMC-nin kiçik sahibkarlıq subyekti olmasına dəlalət edir ki, kiçik sahibkarlıq subyektlərində illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditorun cəlb edilməsi zəruri hesab edilmir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs MMC-nin kiçik sahibkarlıq subyekti olmasının müəyyən edilməsini, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər.
Hakim: Mirsadiq Seyidov