Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-779/2022 25.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi "xxxx" MMC-nin baş direktoru Burhan Sevahilin nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X12 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından Burhan Sevahil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Burhan Sevahil şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, 07.12.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DƏMX-nin Bakı şəhər İdarəsinin rəisi X2 Vəzir qızı Hüseynlinin, X6, X4 və X3 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsini əsas götürərək, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, barəsində 1900 (bir min doqquz yüz) AZN məbləğində cərimə tətbiq etmişdir. Aşağıdakı hallara görə hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında Qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyindən həmin Qərar ləğv edilməlidir. Belə ki, qərarda adıçəkilən şəxslərin əmək müqavilələrinə xitam verilməsi əsasları "xxxx" MMC müvafiq şöbələri tərəfindən araşdırılmış, sözügedən işçilərin izahatları alınaraq, MMC-nin Həmkarlar İttifaqı Komitəsinin Ümumi yığıncağı tərəfindən tərtib edilmiş protokollara və qanunvericiliyin tələblərinə əsaslanaraq əmək müqavilələrinə xitam verilmişdir. İşçilərlə bağlı rəsmi sənədlər X11 Xidmətinin sorğularına əsasən təqdim edilmişdir. Lakin inzibati xəta haqqında Protokolu və Qərarı tərtib edən vəzifəli şəxslər həmin sənədləri və dəlilləri kifayət qədər araşdırmadan və qanunvericiliyin tələblərini pozaraq tərtib etmişdir. Protokolda adları qeyd edilən şəxslərdən X14 ilə 01.10.20219-cu il tarixində bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-də kassir vəzifəsində işə başlamışdır. 15.10.2021-ci il tarixində sistemdə **********127287 və **********178202 nömrəli bonus kartları ilə bağlı uyğunsuzluqlar nəticəsində, həmçinin müştəri şikayətləri əsasında müəyyən olundu ki, X14 dəfələrlə pozuntulara yol verərək, yuxarıda qeyd edilən kartlara fərqli-fərqli müştərilərin etdiyi alış-veriş məbləğlərindən bonuslar toplamış və xərclənməsinə şərait yaratmışdır. 18.10.2021 -ci il tarixində həmin işçi özü də bununla bağlı etiraf edərək, izahatında Bazarstore MMC-nin müştərilərə təqdim etdiyi bonus kartlarının başqa müştərilənin alış-veriş zamanı istifadə edərək, həmin kartlara bonuslar topladığını, daha sonra isə xərclənməsinə səbəb olduğunu qeyd etmişdir. 22.10.2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması) ilə əmək müqaviləsinə xitam verilmişdir. X9 01.09.2021-ci il tarixində bağlanmış əmək müqaviləsi ilə "xxxx" MMC-də kassir vəzifəsində işə başlamışdır. 22.09.2021-ci il tarixində sistemdə **********357414 və **********193302 nömrəli bonus kartları ilə bağlı uyğunsuzluqlar aşkar edilmiş, həmçinin müştəri şikayətləri əsasında müəyyən olundu ki, X9 dəfələrlə pozuntulara yol verərək, yuxarıda qeyd edilən kartlara fərqli-fərqli müştərilərin etdiyi alış-veriş məbləğlərindən bonuslar toplamış və xərcləmişdir. 23.09.2021 -ci ildə həmin işçi özü də bununla bağlı etiraf edərək, izahatında bildirir ki, "xxxx" MMC-də işlədiyi bir həftə müddətində tanımadığı müştərinin kart hesabına davamlı olaraq bonus məbləğləri toplamışdır. 24.09.2021-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) ilə əmək müqaviləsinə xitam verilmişdir. X8 ilə 03.09.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən “Bazarstore’ MMC-də kassir vəzifəsində işə başlamışdır. 04.10.2021-ci il tarixində sistemdə **********314111 nömrəli bonus kart ilə bağlı uyğunsuzluqlar aşkar edilmiş, həmçinin müştəri şikayəti əsasında müəyyən olundu ki, X8 dəfələrlə bu cür pozuntulara yol verərək, yuxarıda qeyd edilən karta müxtəlif müştərilərin alış-veriş məbləğlərindən bonuslar toplamış və xərcləmişdir. 05.10.2021-ci ildə yazdığı izahatında həmin işçi özü də bununla bağlı etiraf edərək, "xxxx" MMC-də işlədiyi 15.09.2021-ci il tarixindən 03.10.2021-ci il tarixinədək mütəmadi olaraq, bonus topladığını və həmin bonus məbləğlərindən özü üçün istifadə etdiyini qeyd etmişdir. 08.10.2021-ci il tarixində X1 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) ilə xitam verilmişdir. X10 ilə 04.08.2020-ci il tarixində bağlanmış əmək müqaviləsi əsasında "xxxx" MMC-də kassir mağazasında işə başlamışdır. İşlədiyi müddət ərzində dəfələrlə intizam qaydalarını pozduğuna görə mağaza müdiri və bölgə müdiri tərəfindən şifahi şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, qayda pozuntuları törətməkdə davam etmişdir. Belə ki, 12.01.2021-ci il tarixli 2T nömrəli əmrlə X15ma əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. 19.05.2021-ci il tarixində 40T nömrəli əmrlə X15ma əmək intizamını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla növbəti şiddətli töhmət verilmişdir. 08.10.2021- ci il tarixində sistemdə **********110075 və **********243574 nömrəli bonus kart ilə bağlı uyğunsuzluqlar aşkar edilmiş, həmçinin müştəri şikayətləri əsasında müəyyən olundu ki, X10 dəfələrlə pozuntulara yol verərək, yuxarıda qeyd edilən kartlara bonuslar toplamış və xərcləmişdir. 12.10.2021-ci ildə həmin işçi özü də bununla bağlı etiraf edərək, izahatında "xxxx" MMC-də bir neçə müştərinin bonus kartını digər müştərilərin alış-verişi zamanı istifadə edərək, bonusların toplanmasına səbəb olduğunu qeyd etmişdir. 15.10.2021-ci il tarixində X5 əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsinin f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) ilə xitam verilmişdir. "xxxx" MMC-nin mağazalarında işləyən, adları qeyd edilən kassirlər dəfələrlə öz vəzifələrinin icrası ilə əlaqədar təlimatlandırılmalarına baxmayaraq, pozuntuları törətməkdə davam etmişdir. Belə ki, kassirlərə bir müştərinin bonus kartından başqa müştərinin və ya öz xeyrinə istifadə edilməsinə yol verilməməsi, bonus kartı olmayan müştəriyə ilk növbədə kartının olub-olmamasının soruşulması, müştəridə kart olmadığı halda isə yeni müşrəti kartının verilməsinin təklif edilməsi qaydaları dəfələrlə izah edilmiş, bütün işçilər bu barədə təlimatlandırılmışdırlar. Həmin pozuntular öz növbəsində bir müştərinin qazanacağı bonus məbləğinin başqa bir müştərinin kartına daxil edilməsi, kartı olmayan müştərilərə kart açmayaraq, onların bonus məbləğlərinin kassirlərin öz kartlarına və ya öz yaxın qohumlarının, tanışlarının bonus kartlarına vurulması və sonradan istifadəsi kimi bir çox halları ehtiva edir. Həmin hallar da bəzi şəxslərin (müştərilərin, kassirlərin və s.) əsassız varlanmasına, müştərilərin haqlı etirazlarına səbəb olaraq, onlara birbaşa olaraq maddi ziyan vurulmasına, həmçinin müəssisəmizin iş ahənginin pozulmasına və nəticədə MMC-nin Parakəndə satış sektorunda nüfuzunun azalmasına səbəb olur. Bonusları başqa şəxslərin bonus kartlarına yüklənmiş müştərilər zaman-zaman bu halları aşkar etdikdə haqlı olaraq birbaşa "xxxx" MMC-dən onlara dəymiş zərərin kompensasiya edilməsini, başqa sözlə, etdikləri alış-verişlərin məbləğlərinə uyğun bonuslarm onlara geri qaytarılmasını tələb edirlər. Müştərilərin tələbləri əsasında isə "xxxx" MMC onlara dəymiş ziyanı kompensasiya edir. Beləliklə, kassirlərin etdiyi uyğunsuzluqlar yekunda "xxxx" MMC-yə həm maddi, həm də mənəvi ziyan dəyməsinə səbəb olur. Bundan başqa, kassirlərin müştəri bonuslarını mənimsəməsi halı özlüyündə inzibati xəta tərkibi yaratmaqdadır. Lakin "xxxx" MMC olaraq, işçilər üçün əlavə inzibati məsuliyyət yaratmamaq üçün humanizm mövqeyindən çıxış edərək faktlarla bağlı hüquqmühafizə orqanlarına müraciət olunmamışdır. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Burhan Sevahilin nümayəndəsi və vəkili Nümayəndə ərizənin mahiyyətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X18 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 26.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən X7, X6, X4 və X3 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilmişdir. Bununla da Burhan Sevahil Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən X7, X6, X4 və X3 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilmişdir. Ona görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1900 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" MMC-nin baş direktoru Burhan Sevahil tərəfindən X7, X6, X4 və X3 əmək müqavilələrinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilmişdir, bu səbəbdən də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1900 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən Burhan Sevahilə istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə prosesində Burhan Sevahilə istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs Burhan Sevahil isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə Burhan Sevahilə istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Burhan Sevahilin təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi Burhan Sevahilin əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Burhan Sevahilin şikayəti təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 07.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №3(004)-779/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-779/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver