Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7791/2025 05.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru Ucar Abdulbakinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru Ucar Abdulbakinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, həmin vaxt direktoru olduğu "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarix i, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş hüquqi şəxs "xxxx" MMCnin barəsində inzibati xəta haqqında protokolu, tərəfin çıxışını, iş materiallannda olan sübutlarm məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibat xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu jlə öz təsdiqini tapmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü İl tarixli, 3(004)- 3694/2024, xx.xx.2024-cü il tarixli, 3 (004)-4966/2024 və xx.xx.2024-cü il tarixli, 3(004)-6010/2024 saylı qərardadlarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 05 iyul 2024- cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılmışdır. Göründüyü kimi protokol tərtib etmiş orqan tərəfindən yuxarıda adı çəkilən qərardadda qeyd olunan hallar araşdırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, X8, X2 və X6 həqiqətən də "xxxx" MMC-də əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edəcək heç bir sənəd məhkəməyə təqdim edə bilməmişdir. 3(004)- 133/2025 saylı, xx.xx.2025-ci il tarixli Yasamal Rayon Məhkəməsinin qərarına əsasən Hüquqi şəxs "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-556/2025 saylı, xx.xx.2025-ci il tarixli Qəran ilə X9 Xidmətinin şikayəti təmin edilməmişdir. Sonradan mənə məlum olmuşdur ki, hüquq şəxsə cərimə yazıldığı üçün vəzifəli şəxs olaraq ona da cərimə yazılmışdır inzibati qaydada. X9 Xidməti hüquqi şəxsə yazılan cərimənin əsassız olduğunu bilə-bilə vəzifəli şəxs olaraq ona yazılan qərarı və protokolu ləğv etməmiş saxlamışdır. Bu bəs etməmiş hələ bir cərimənin ödənilmədiyi əsas gətirərək Yasamal Rayon Məhkəməsinə müraciət edərək Qərarı icra etmədiyi üçün direktoru olduğu AzDeniz MMC-nin cərimə edilməsi üçün müraciət edilmiş və buna dair qərar qəbul edilmişdir. Belə bir qərarın qəbul edildiyi bildirilən zaman araşdırma nəticəsində yuxarıda qeyd edilən hallar ona məlum olmuş və barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərarın qəbul edildiyini bildirilmişdir. Dərhal X9 Xidmətinə müraciət edərək Qərarın surətinin təqdim edilməsini xahiş edib. Hesab edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsassız olduğu kimi hazırkı xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərar və bu qərarın qəbul edilməsinin əsasını təşkil edən protokol və əsasları da əsasssızdır. X9 Xidməti tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında barəmdə tərtib edilən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Qərarın ləğv edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında bildirdi ki, şikayət əsassızdır və təmin olunmamalıdır. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Şikayətin dəlilləri üzrə məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən Ucar Abdulbaki tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Lakin şikayətə əlavə edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-133/2025 saylı qərarına əsasən barəsində inzibati tənbeh tətbiq edilmiş "xxxx" MMC-nin hazırkı iş üzrə təqsirli bilindiyi əməl üzrə inzibati xətanın törədilib-törədilməməsinə qiymət verilmişdir. Həmin işin hazırkı iş üzrə əhəmiyyəti bundan ibarətdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən "xxxx" MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilmədən əmək müqaviləsi bağlanmamış və X4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Həmin protokol hüquqi şəxs barəsində işə baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin işə məhkəmədə baxılmış və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-133/2025 saylı qərarına əsasən "xxxx" MMC barəsində barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-556/2025 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-133/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır . Həmin qərarda müəyyən edilmişdir ki, X4, X1 və X6 "xxxx" MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) qüvvəyə minmədən işəgötürən Ucar Abdulbaki tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi iş üzrə preyudisial əhəmiyyətli yuxarıda qeyd edilən məhkəmə qərarına görə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin X4, X1 və X6 müqavilə qanuni qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri sübuta yetirilmir. MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunun, MMC-nin inzibati xəta törətməsində təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud olmamışdır. Həmin qərar qanuni qüvvəsini almışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Lakin hazırkı iş üzrə preyudisial əhəmiyyətli qərarla hazırkı protokolda göstərilən eyni fakt üzrə inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmamışdır. İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şikayətçi "xxxx" MMC-nin direktoru Ucar Abdulbakinin barəsində İXM-nin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-7791/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7791/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver