Məhkəmə qərarları › İş №3(004)-7798/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7798/2025

07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7798/2025 07.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-162396 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-162396 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-162396 saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə "KİA" markalı ** EP *** qeydiyyat nişanlı avtomaşınımla hərəkət edərkən, İXM-nin 327.1-1 maddəsi ilə inzibati tənbeh vermə haqqda cərimə tətbiq edilmişdir. Yasamal rayon məhkəməsinə şikayət verilmiş, və şikayət onunla əsaslanmisdir ki, "KİA" 10EP035 qeydiyyat nişanlı avtomaşınımla hərəkət edərkən heç bir qanun pozulmamışdır. Belə ki, həmin vaxt Bakı şəhəri, Z.Bunyadov pr, ilə Dərnəgül 1 kəsişməsinin kəsişmə 20 yanvar metro istiqaməti ilə hərəkət edərkən müəyyən edilmiş vaxta sağ zolağla hərəkət edilməmişdir. Belə kı, hörmətli məhkəmənin nəzərinə çatdırıram ki, 07:00 dan 10:00 və 17:00 dan 20:00 da dək, sağ zolağa giriş qadağandır. Lakin o həmin vaxt həmin san yəni saat 16:39-da 53.54 saniyədə keçmişdir. Bu barədə BDYPİ-nin görüntü kamerasında var. Həmin görüntü kamerasında avtomaşın masa inzibati cərimə birbaşa saat vaxtı gün və ay vaxtı qeyd edilmişdir. Yasamal məhkəməsi siakyətini təmin edərək BDYPİ-nin EQ28330539 nömrəli inzibati tənbeh vermə haqqda elektron qərarın ləğv edilməsi, və həmin inzibati xəta haqqda işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar Bakı şəhəri, Yasamal rayon məhkəməsində hörmətli sədirlik edən hakim X1 ilə 3(004)-4782/2025 saylı xx.xx.2025-ci il tarixli qərar çıxarılmışdır. həmin qərar BDYPİ-i tərəfindən düzgün yoxlanılmamışdır. Belə ki, BDYPİ -nin xx.xx.2025-ci il tarixli qərarı tam əsassız və ədalətsiz hesab edilərək, iş üzrə inzibati icraata xitam verilməlidir. Belə ki, Yasamal rayon məhkəməsinin, qərarına əsasən BDYPİ sikayetinin məzmunu ondan ibarət olmuşdur ki, "KiA" markalı avtomaşını ilə hərəkət edilmiş, lakin həmin zolağda 07:00 dan 10:00 və 17:00 dan 20:00 da dək, giriş qadağandır. Halbuki, o, sağ zolağa giriş qadağandır həmin vaxta görülməmişdir. Saat 16:39 53.54 saniyədə keçmişdir. BDYPİ tərəfindən məhkəmənin qərarına düzgün qiymət verilməmiş aldadıcı formada qeyd edilmişdir ki, görüntü də sağ zolağa girib. Başqa heçnə, halbuki, saat 16:39 olan vaxt barədə məlumat verməmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixdə verilmiş mənə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə çatmışdır. Bununla da məcbur olaraq məhkəməyə yenidən müraciət etmişdir. Ən əsası isə BDYP idarəsinin Yasamal rayon məhkəməsinin qərarını baxaraq yenidən araşdıraraq xx.xx.2025-ci il tarixli qərarında da, hüquqlarını pozaraq hansı küçədə hansı kesimədə sağ zolağa giriş qadağandır yazmamışdır. Ona görə ki, həmin Bakı şəhəri Z.Bunyadov pr, ilə Dərnəgül 1 kəsişməsinin kəsişmə 20 yanvar metro istiqaməti həmin vaxt hazırda 07:00 10:00 və 17:00 dan 20:00 dək giriş qadağandır. BDYP idarəsi tərəfindən düzgün qiymət verilməmişdir. BDYPİ nin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə inzibati icraata xitam verilməlidir. Həmin vaxt yeni 16:39 da sağ zolağa giriş qadağası yoxdur. Giriş qadağa yalnız 07:00 dan 10:00 və 17:00 dan 20:00 dəkdir. Barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X4 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sözügedən ərazidə (Bakı şəhəri Z.Bunyadov pr, ilə Dərnəgül 1 kəsişməsinin kəsişmə 20 yanvar metro istiqaməti) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında digər nəqliyyat vasitələrinin hərəkəti 07:00-10:00 və 17:00-20:00 intervalından qadağan edilmişdir. Halbuki iş materiallarına əlavə edilmiş EQ 28330539 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2025ci il tarixdə saat 16:39:55-də Bakı şəhəri Z.Bunyadov pr, ilə Dərnəgül 1 kəsişməsinin kəsişmə 20 yanvar metro istiqamətində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə İXM-nin müvafiq maddəsinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəməyə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli 16/1- 162396 saylı inzibati xəta haqqında iş üzrə qərarın əsaslı olmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Əksinə məhkəmə araşdırması zamanı inzibati xəta hadisəsini istisna edən hallar müəyyən edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-162396 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 16/1-162396 saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar