Məhkəmə qərarları › İş №3(004)-780/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-780/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-780/2024 12.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2-ci, maddəsində nəzərdə tutulan əməli törətməklə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokol və ona əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6237150 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək ona maddədə qeyd edilən əməli törətdiyinə görə cərimə edilmişdir. Maddənin tələblərinə görə o nəqliyyat vasitəsinin normativ tələblərini pozmaqda təqsirli bilinir. DYP əməkdaşı tərəfindən idarə etdiyi avtonəqliyyat vasitəsi saxlanılaraq işıq cihazlarında uyğunsuzluq olması əsas gətirilmiş və avtomobili cərimə meydançasına aparılmışdır. Yerindəcə etirazını və cərimənin qanunsuz olaraq tərtib edildiyini bildirsə də şikayətləri nəzərə alınmayaraq ona məhkəməyə müraciət edə biləcəyi tövsiyyə edilmişdir. Tərəfindən qayda pozuntusu baş verməmiş, normativ tələblərdən kənar hər hansısa avadanlıq quraşdırılmamışdır. DYP əməkdaşı tərəfindən led lampalara görə irad bildirilsə də o led lampa ilə bağlı hər hansısa məhdudiyyətin olmamasını, yayıcılıq qabiliyyətinin yoxlanılması üçün xüsusi texniki vasitələrdən istifadə edilməsini ona bildirsə də polis əməkdaşı ona etiraz edərək fiziki şəkildə-gözlə guya müəyyən etmişdir ki, normativ tələbi pozmuşdur. Halbuki bunu normativ tələblərə əsasən müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə edərək müəyyən etməli idi. Belə ki, “Yol hərəkəti haqqında” qanunun İ saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Azərbaycan “Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında” beynəlxalq Müqaviləyə qoşulub. Həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilib. Həmin tip işıqlar quraşdırılarkon, maşının elektrik gücü nəzərə alınmalıdır. Həmin led lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması nəzərə alınmalıdır. İşığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürüclərinə nə qədər maneə törətməsi – bunlar hamısı mütləq nəzərə alınmalıdır”. “Qanunvericiliyimizdə led işıqlarla bağlı istinad olunası bir məqam yoxdur. Avropa İqtisadi Komissiyasının qərarlarında isə pərdə, plyonka, led işıqlarla bağlı məsələlər öz əksini tapıb. Göründüyü kimi qanunvericilikdə konkret olaraq led işıqla bağlı qadağa yoxdur. Normativ tələblərə uyğun olmayan işıq cihazları ilə bağlı qadağa var ki, burada da, led, bi led, xenon, diod və sair formada işıq cihazlarından söz getmir. Yalnızca normativ tələbərə uyğun olmayan cihazlardan söz gedir. Normativ tələbləri də müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə edilərək müəyyən edilə bilinər. DYP əməkdaşı qanunun tələblərini kobud şəkildə pozaraq buna əməl etməmiş və göz ilə müəyyən edib normativ tələblərə uyğun olmaması qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin tərtib etdiyi 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan “Kia Pride” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilində “led” işıqlar quraşdırılmışdır. Həmin “led” işiqların rəngi fərqli olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X6 bildirdi ki, X4 idarə etdiyi “Kia Pride” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobildə “led” işıqların quraşdırıldığı müəyyən edilmiş və bu səbəbdən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 “Kia Pride” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 18 yanvar 2024-cü il tarixdə saat 18:52-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X6 tərəfindən təqdim edilmiş videogörüntüyə əsasən “Kia Pride” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırılmış led işığın rəngi qanunvericiliyə əsasən normativ tələblərin pozulması avadanlığın dəyişdirilməsi hesab edilməlidir. “Yol hərəkəti haqqında” qanunun İ saylı Əlavəsinin İİİ hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin 22 yanvar 2024-cü il tarixli TP seriyalı ******* nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar