Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-780/2025 17.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci il Bakı şəhərində anadan olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 50/52, mənzil 19-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 17 fevral 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu qəbirstanlığında olan qəbirlərin üzərində olan nərgiz və qərənfil güllərini talamaqla, həm də narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru E.Yusifli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, təxminən bir aydır “Yasamal qəbiristanlığın” da məzarların üzərində olan gülləri oğurlayaraq həmin gülləri işıqforda sataraq dolanışığını təmin edir. Arada narkotik vasitə və psixatrop maddələrdən istifadə edir. Sonda özünü təqsirli bilərək əməlindən peşman olmasını, bir daha narkotik vasitə qəbul etməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, 16 fevral 2025-ci il tarixdə saat 18.45-də saxlanılmış, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, A.A.Babayevin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 17 fevral 2025-ci il il tarixli, 899 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator Məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, A.A.Babayev yoxlanılarkən onun sidiyində MET (+), THC (+), MOP (+) aşkar edilmişdir. Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi halları olub. Lakin hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2a yaşayan X4 xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə saat 09:30-da Yasamal qəbiristanlığında 4-cü sektorda dəfn olunmuş anası Aynur Heybətovanın məzarı üzərinə dəyəri 65 manat olan gül dəstəsi qoymuş, həmin gün saat 13 radələrində təkrar məzarı ziyarət edən zaman gül dəstəsinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. İzahatı alınmış E.Çələbov bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da Yasamal qəbiristanlığında 4-cü sektorda dəfn olunmuş anası Aynur Heybətovanın məzarı üzərinə dəyəri 65 manat olan gül dəstəsi qoymuş, həmin gün saat 13 radələrində təkrar məzarı ziyarət edən zaman gül dəstəsinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Onu da qeyd etmişdir ki, təxminən son 40 gün ərzində anasının məzarını həftədə 2 gün ziyarət edir və hər dəfəsində anasının məzarı üzərinə qoyduğum gül dəstələri naməlum şəxslər tərəfindən oğurlanır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi Şəxs izahatında bildirmişdir ki, təxminən bir aydır “Yasamal qəbiristanlığın” da məzarların üzərində olan gülləri oğurlayaraq həmin gülləri işıqforda sataraq dolanışığını təmin edir. Həmçinin o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. X1 ərizəsi əsasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, əməldə cinayət tərkibi yoxdur və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş X3 anasının məzarı üzərindən 65 manat dəyərində güllərini oğurlurlayaraq ələ keçirən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi üzrə inzibati tədbir görülməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı Nihad İbrahimov raport verməklə bildirdi ki, X3 xx.xx.2025-ci il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nə ünvanladığı müraciət PŞ-nin 1 saylı cinayət tərkibli ərizə və məlumatların qeydiyyatı kitabında 334 sayı ilə qeydə alınaraq icraatına daxil olmuşdur. İzahatı alınmış vətəndaş X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 09:30-da Yasamal qəbiristanlığında 4-cü sektorda dəfn olunmuş anası Aynur Heybətovanın məzarı üzərinə dəyəri 65 manat olan gül dəstəsi qoymuş, həmin gün saat 13 radələrində təkrar məzarı ziyarət edən zaman gül dəstəsinin naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Onu da qeyd etmişdir ki, təxminən son 40 gün ərzində anasının məzarını həftədə 2 gün ziyarət edir və hər dəfəsində anasının məzarı üzərinə qoyduğu gül dəstələri naməlum şəxslər tərəfindən oğurlanır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi Şəxs izahatında bildirmişdir ki, təxminən bir aydır “Yasamal qəbiristanlığın” da məzarların üzərində olan gülləri oğurlayaraq həmin gülləri işıqforda sataraq dolanışığını təmin edir. Həmçinin o, narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Odur ki, Şəxs barəsində müvafiq tədbiq görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş edir İş materiallarında olan inzibati qaydada tutma haqqında 16 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18.45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə A.A.Babayevin törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə təqsirli bilinməli, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin azadlığı faktiki məhdudlaşdırılan vaxtdan, yəni 16 fevral 2025ci il tarixdən saat 18.45-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən izibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130, 206 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 16 fevral 2025-ci il tarixdən saat 18.45dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-780/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-780/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver