Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-782/2023 14.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMC-nin direktoru X2 iştirakı ilə, «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 483-cü maddəsilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: «X1» MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla əlaqədar Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 00100-00236/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X1” MMC kommersiya fəaliyyəti ilə əlaqədar Qazaxıstanda fəaliyyət göstərən ”TOO MMC TRADE COMPANY” şirkəti ilə BR003-EXP-2020 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlayıb həmin müqaviləyə əsasən **********0616 saylı xx.xx.2021-ci il tarixli və **********1335 saylı xx.xx.2021-ci il tarixli Gömrük bəyannamələri ilə hazır souslar yükünü ixrac etmişdir. “X1” MMC kommersiya fəaliyyəti ilə əlaqədar Belarusiyada fəaliyyət göstərən OO”DORADUS” şirkəti ilə 03/05 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb həmin müqaviləyə əsasən **********8357 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Közləmə badımcan kürüsü - 600 ədəd, közləmə badımcan, kürüsü acılı - 120 ədəd, borçalı leçosu - 360 ədəd, borçalı leçosu acılı - 120 ədəd yükünü ixrac etmişdir. Bakı Baş Gömrük İdarəsində **********0616, **********1335, **********8357 sorğu nömrəli Gömrük bəyannamələri ilə rəsmiləşdirməklə, Gömrük bəyannamələrinin 37-ci grafasında malların “konsignasiya sazişləri üçün keçirilən mallar” keçirilmə xüsusiyyətində bəyan edərək Azərbaycan Respublikasından Qazaxıstanda fəaliyyət göstərən "TOO MMC TRADE COMPANY” şirkətinə və Belarusiyada fəaliyyət göstərən “OO”DQRADUS” şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdig edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsignasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) mügabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********0616 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 1153.19 ABŞ dolları, **********1335 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 2279.85 ABŞ dolları, **********8357 sorğu nömrəli Gömrük bəyannaməsi üzrə 8114.88 ABŞ dolları üumilikdə 3(üç) Gömrük bəyannamələri üzrə milli valyutaya nisbətdə 19631.47 manat təşkil edən 11547,92 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X1» MMCnin direktoru X3 protokola etiraz edərək, şirkətin meyvə tərəvəzlərdən hazırlanan konserv məhsullarının istehsalı, topdan satışı və ixracı ilə məşğul olduğunu, Qazaxıstanda fəaliyyət göstərən ”TQQ MMC TRADE COMPANY” şirkəti ilə BR003- EXP-2020 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə bağlayıb həmin müqaviləyə əsasən **********0616 saylı xx.xx.2021-ci il tarixli və **********1335 saylı xx.xx.2021-ci il tarixli Gömrük bəyannamələri ilə hazır souslar yükünü ixrac etdiyini bildirmişdir.Həmin müqavilələr əsasında göndərilmiş malların dəyərinin bi hissəs qayıdmadığını buna səbəb müqaviləyə əsasən istehsalçı göndərilən məhsulların Qazaxıstan bazarında tanıdılması məqsədi ilə,marketinq aksiyaların keçirilməsində maliyyə cəhətdən iştirak etməli olduğunu bildirmişdir.Yəni göndərilən məhsulların bir hissəsi pulsuz olarag supermarketlərdə yerli istehlakçılara dadırılmalıdır və bu məgsədlə istifadə olunan banka sayı və dəyəri istehsalçı tərəfindən ödənilir.Buna görədə həmin aksiyalarda istifadə olunan bankaların dəyəri ümumi invoice dəyərindən çıxılmışdır və buna görədə həmin galıg pular gayıtmadığını bildirmişdir.İstifadə olunan bankalara görə hesablanmış dəyəri sübut edən aktları izahatıma əlavə etmək üçün təqdim etmişdir.Şirkətin Belorusiya Respublikasında geydiyyatdan keçən və orada topdansatış ticarəti fəaliyyəti ilə məşğul olan QOQ Doradus şirkəti ilə məhsullarımızın Belorusiya Respublikasına ixracına dair xx.xx.2021 tarixli 03/05 saylı mügavilə imzalanmışdır. Həmin mügavilədə yerli treyder şirkəti olan AA Trading MMC isə garant olarag üçüncü tərəf qismində çıxış etmişdir. Mügavilənin 2,1.2 bəndinə əsasən məhsulun dəyəri yükün ünvana çatmasından sonra 30 (otuz) kalendar günü ərzində şirkətinin Azərbaycan Beynəlxalq Bankının Səbail filialında olan ABŞ Dolları hesabına ödənilməli idi. Lakin çoxsaylı müraciətlərimizə və tələblərinə baxmayarag, QOQ Doradus şirkəti yükün dəyərini ödəməkdən heç bir hügugu əsas olmadan imtina etmişdir (200 ABŞ Dolları xaric, sözügedən məbləğ xx.xx.2021 tarixində valyuta hesaba daxil olmuşdur). Bununla bağlı, şirkət Belorusiya Respublikasının müvafig organlarını məlumatlandırmış və aidiyyatı organlardan alınan cavablara əsasən bu məsələ araşdırılmaqda olduğu bildirilmişdir. Mügavilə üzrə üçüncü qarant tərəf qismində iştirak edən və Azərbaycan Respublikasında geydiyyatdan keçərək yerli treyding şirkəti qismində fəaliyyət göstərən AA Trading MMC şirkəti xx.xx.2021 tarixdə isə sözügedən yükün onalara çatacaq hissəsini 11830 (on bir min səkkiz yüz otuz) AZN (konvertasiyada 6958.82, altı min doqguz yüz əlli səkkiz ABŞ Dolları səksən iki sent ekvivalenti) şirkətin AZN hesabına ödənmişdir. Yerdə qalan 956.06 (dogguz yüz əlli altı ABŞ Dolları altı sent) AA Trading MMC şirkətinin komissiyasını təşkil edir.000 Doradus şirkətinin cinayət tərkibli fəaliyyəti ilə əlaqədar maliyyə vəsaiti QOQ Doradus şirkətinin deyil, müqavilə üzrə qarant qismində çıxış edən AA Trading MMC şirkətinin hesabından onların hesabına daxil olmuşdur. BR003-EXP-2020 nömrəli xx.xx.2020-ci il tarixli və 03/05 nömrəli xx.xx.2021-ci il tarixli müqavilələrin “X1” MMC-nin direktoru kimi onun tərəfindən imzalandığını, tərəflər arasında olan müqavilələrin qarşılıqlı razılaşma əsasında hazırlandığını, elektron poçt vasitəsilə mügavilə ilə tanış oldugdan sonra mügavilənin imzalandığını bildirmişlər. Qeyd etmişdir ki, mövcud məsələ ilə əlaqədar xx.xx.2022-ci il tarixində Bakı Baş Gömrük İdarəsinin ümumi şöbəsinə rəsmi müraiət formasında məktub göndərmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük idarəsi tərəfindən “X1” MMC haqqında tərtib edilmiş 00100-00236/23 saylı, 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolu ləğv etməklə, inzibati xəta haqqında başlanılmış məhkəmə işinə xitam verilməsini xahiş edir. Protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 62.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə zərərçəkmiş şəxsin iştirakı ilə baxılır. Həmin şəxsin iştirakı olmadan işə yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X1» MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığı üçün hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, “X1” MMC kommersiya fəaliyyəti ilə əlaqədar Belarusiyada fəaliyyət göstərən OO”DORADUS” şirkəti ilə 03/05 nömrəli xx.xx.2021-ci il tarixli müqavilə bağlayıb həmin müqaviləyə əsasən **********8357 saylı xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə Közləmə badımcan kürüsü - 600 ədəd, közləmə badımcan, kürüsü acılı - 120 ədəd, borçalı leçosu - 360 ədəd, borçalı leçosu acılı - 120 ədəd yükünü ixrac etmişdir və “Valyuta tənzimi haqqında” Qanuna əsasən göndərilmiş mala dair vəsait 180 gün (6 ay) ərzində yəni 14 dekabr 2021-ci il tarixədək müvəkkil banka köçürülməli olduğu halda bu baş verməmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin baş verdiyi (törədildiyi) 14 dekabr 2021-ci il tarixdən hazıradək bir ildən artıq bir müddət keçmişdir. Halbu ki, Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilər. Göründüyü kimi həmin maddəyə əsasən inzibati xətalar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti maksimum 01 il müəyyən edilmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 31, 53, 105.1, 109.2. 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: «X1» MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-782/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-782/2023
14.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver