Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-7859/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, X2 iclas katibliyi ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin EQ seriyalı 31117178 nömrəli, 05 oktyabr 2025-ci il tarixli qərarından şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 31117178 nömrəli, 05 oktyabr 2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən şikayətçi X5 Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığını və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim edəcəyini bildirmişdir. Qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və şikayət vermiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi adiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə Sistemindən görünür ki, X1 rayonu, Masallı şəhəri, Məşədi Əzizbəyov küçəsi 38 ünvanında qeydiyyatdadır. X5 06 dekabr 2025-ci il tarixdə, saat 17:00-a keçirilmiş məhkəmə iclasında Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşamasını təsdiq edən sənədlər təqdim etmək məqsədi ilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin bununla bağlı məhkəməyə heç bir sənəd edilmədiyindən onun tərəfindən verilmiş vəsatət rədd edilməli və şikayət aidiyyatı üzrə Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. Həmin Məcəllənin 129.4-cü maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 118 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı 31117178 nömrəli, 05 oktyabr 2025-ci il tarixli qərarından şikayəti və ona əlavə edilmiş sənədlər baxılması üçün ərazi aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-7859/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-7859/2025
14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver