Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7863/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X1 vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, X6 Bakı Şəhər İdarəsinin Əmək müfəttişi X9 tərəfindən barəsində 10 oktyabr 2025-ci il tarixli, MN № 24007910 saylı İnzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin həmin qərar bugünki tarixə qədər onlara təqdim edilməmişdir. Protokol ona görə tərtib edilmişdir ki, guya X3 müraciəti ilə bağlı olan sənədləri AR Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən DƏMX-in BŞİ-nə təqdim olunması barədə tərtib olunmuş 3-17-5/2-57852/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubuna əsasən sənədlər araşdırılmaya mənim tərəfimdən təqdim edilməmişdir. Halbuki, həmin bildiriş bizə poçt vasitəsi ilə xx.xx.2025- ci il tarixdə təqdim edilmişdir. Həmin protokol əsasında Bakı şəhəri, X6 Bakı Şəhər İdarəsinin Əmək müfəttişi X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vennə haqqında qərar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə 1500 manat məbləğində cərimə edilmişdir. Cərimə edilməyinə səbəb kimi qərarda qeyd edilir ki, X3 müraciəti ilə bağlı ona aid sənədlər DƏMX-in BŞİ-nə təqdim olunması barədə tərtib olunmuş 3-17-5/2-57852/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubuna əsasən sənədlər araşdırılmaya təqdim edilməmişdir. Sözügedən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Nəzərinizə çatdırıram ki, "xxxx" MMCnin direktoru kimi fəaliyyət göstərirəm. MMC vətəndaşlar tərəfindən verdimiş sifariş əsasında xaricdən həmin sifarişə uyğun olaraq malların Azərbaycan Respublikasına gətirilməsi xidmətini həyata keçiririk. Həmçinin qeyd olunmalıdır ki, X5 "xxxx" MMC tərəfindən qəbul olunan 14/25 nömrəli, xx.xx.2025-ci il tarixli Əmrə əsasən, xx.xx.2025-ci ildən etibarən işdən azad edilmişdir. Əmrin əsasını isə əməkdaşın xx.xx.2025-ci il tarixli ərizəsi təşkil etmişdir (Əmək Məcəlləsinin 69-cu maddəsinin 2-ci hissəsinin “a” bəndi). X5 işdən azad olunduqdan dərhal sonra ona olan sonuncu ödənişlər onun əmək haqqı kartına köçürülmüşdür. Bununla bağlı bank arayışı mövcuddur. Qeyd edilən protokolda inzibati xətanın törədilməsinin sübutu olaraq ASİS vasitəsilə işəgötürənin şəxsi kabinetinə elektron formada göndərilmiş məktubun olması qeyd edilsə də, sözü gedən məktub onun şəxsi kabinetində həmin tarixdə göndərilməmişdir. Məhkəmə iclasında barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi X1 vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun Nümayəndə1 şikayətdə göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, X7 Xidməti tərəfindən X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Şikayətdə qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə2 verilmiş şikayətə etiraz edərək bildirmişdir ki, eyni iş üzrə hüquqi şəxs barəsində tərtib edilmiş protokola Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmış və hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi üzrə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmiş və həmin qərar qanuni qüvvəsini almışdır. Məhkəmə proses iştirakçısını dinləyib iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-57852/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə sorğu edilən X3 müraciəti ilə bağlı ona aid sənədlər DƏMX BŞİ-yə təqdim edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-7554/2025 tarixli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, eyni inzibati xəta üzrə hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş və qərar qanuni qüvvəsini alaraq icra edilməsi üçün göndərilmişdir. Belə ki, İXM-nin 539.3-cü maddəsində Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi ilə bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən 3-17-5/2-57852/2025 nömrəli xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə sorğu edilən X3 müraciəti ilə bağlı ona aid sənədlər DƏMX BŞİyə təqdim edilmədiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və həmin maddə üzrə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. eyni inzibati xəta üzrə hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmiş və qərar qanuni qüvvəsini alaraq icra edilməsi üçün göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" MMC-nin direktoru X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7863/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7863/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver