Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-789/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə, X1 və onun vəkili Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, X1 Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Ağsu RMİ-nin rəisi v.m.i.e X14 qərarı xx.xx.2024-cü il tarixli qərarı ilə Məmmədova Sevda Azərbaycan Respublikası İXM-nin 575.1.4-cü maddəsi ilə təsilri bilinərək 400 manat cərimə edilmişdir. Bu qərarın nəticəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyəti haqqında inzibati işin icraatına xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-2450/2024 xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, "xxxx" MMC-nun hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5265/2024 saylı. xx.xx.2024-cü iİ tarixli qərarı ləğv edilmişdir. Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15000 manat (on beş min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Ağsu RMİ-nin rəisi v.m.i.e X6 xx.xx.2024cü il tarixli qərarı Məmmədova Sevdanın haqqında olmasına baxmayaraq bu qərar "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətin maraqlarına bir başa toxunduğundan həmin qərardan şikayət vermək hüququ yaranmışdır. Sevda Məmmədovanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 08 avqust 2024-cü il tarixli kənar şəxs tərəfindən yazılmışsaxtalaşdırılmış izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bundan bir müddət sonra "20 Yanvar" metrostansiyası yaxınlığında yerləşən "xxxx" kafesində qabyuyan və fəhlə işləmişdir. Həmin işə görə gündəlik 15-20 manat əmək haqqı almışdır. Ağsu RMİ-nin rəisi v.m.i.e X6 xx.xx.2024-cii il tarixli qərarı qanunvericilyin tələblərinin posulması ilə kənar şəxs tərəfindən yazılmış saxta izahata əsaslanan protokola istinad etmişdir. Belə ki, 08 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli qərardan görünür ki, Mamedova Sevda Bakı şəhərində xx.xx.2024cü iİ tarixdən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan qanunsuz əmək fəaliyyəti ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. X10 və Uçotu Təşkili Baş İdarəsi tərəfindən verilmiş məlumatdan görünür ki, "xxxx" adlı kafe "xxxx" MMC-yə məxsusdur. Dövlət Mirqrasiya Xidmətinin Sərhədkeçmə məlumatına əsasən Mamedova Sevda xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etməklə Gürcüstan Respublikasına getmişdir. Əslində isə S.Məmmədova Bakı şəhərində yaşamaqda davam edir və növbəti iş adamlarını şərləmək üçün istifadə edilir. Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərə uyğun izahat verərək Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Abşeron Rayon Vəkil Bürosunun vəkili Vəkil Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Bakı şəhərində xx.xx.2024-cü il tarixdən iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan qanunsuz əmək fəaliyyəti ilə məşğul olmuşdur. X11 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-5265/2024 nömrəli qərarına əsasən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-2450/2024 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. "xxxx" MMC-nun hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən tərtib olunmuş 04 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5265/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Hüquqi şəxs "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15000 manat (on beş min) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, X10 və Uçotu Təşkili Baş İdarəsi tərəfindən verilmiş məlumata əsasən "xxxx" adlı kafe "xxxx" MMC-yə məxsusdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1i X5r. Sevda Məmmədovanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə 08 avqust 2024-cü il tarixli izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Bundan bir müddət sonra "20 Yanvar" metrostansiyası yaxınlığında yerləşən "xxxx" kafesində qabyuyan və fəhlə işləmişdir. Həmin işə görə gündəlik 15-20 manat əməkhaqqı almışdır. Dövlət Miqrasiya Xidmətinin Sərhəd keçmə məlumatına əsasən Mamedova Sevda xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etməklə Gürcüstan Respublikasına getmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı xx.xx.1976-cı il təvəllüdlü Sevda Məmmədovanın iş icazəsi olmadan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Məhsul kafesi" adlı təsərrüfat obyektində xx.xx.2024-cü il tarixdən haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 575.1.4-cü maddəsinə əsasən Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni iş icazəsi tələb olunduğu hallarda bu icazə olmadan Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmasınaəcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Ağsu Rayon Miqrasiya İdarəsinin 08 avqust 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verilmiş şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-789/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-789/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver