Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-790/2025 14.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, X3, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “X12” MMC-nin baş direktoru X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsinin şöbə rəisi X4 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN1819566 nömrəli qərarından göründüyü kimi X7 tərəfindən iş icazəsi alınmadan Qırğızıstan Respublikası vətəndaşı Nasirov Vagifin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü ilədək rəsmi əmək müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən “Black Lounge” restoranında aşpaz vəzifəsinə işə cəlb edilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Bildirir ki, o, “Black Lounge” restoranının sahibi olmuşdur. xx.xx.2023-cü ildə Qırğızıstan Respublikasının vətəndaşı Nasirov Vagif ona müraciət edərək aşpaz vəzifəsində işləmək istədiyini bildirdi və o da V.Nəsirovu işə götürmək qərarına gəldi. Bunun üçün ondan müvafiq sənədləri təqdim etməyini istədi, o da müvəqqəti yaşayış icazəsini təqdim etdi. Həmin müvəqqəti yaşayış icazəsində şəxsin qohumluq münasibəti ilə əlaqədar olaraq gəldiyi qeyd edilmişdi. Bundan əlavə, həmin şəxsin əmək müqaviləsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS sisteminə əlavə edərkən də, heç bir problem yaşanmadı və sistem müvəqqəti yaşayış icazəsi ilə şəxsin işə götürülməsini qəbul etdi. Həmçinin, mühasiblərim tərəfindən rüblük vergi hesabatı verilən zaman da xarici vətəndaşı işə cəlb etdiyi üçün iş icazəsinin olmaması ilə bağlı heç bir problem yaşanmamış və Dövlət Vergi Xidməti tərəfindən heç bir əlavə vergi tələb olunmamışdır. Qeyd olunanlar onu göstərir ki, Nasirov Vagif qanuni şəkildə işə götürülmüşdür. Nasirov Vagif ilə əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır. İşə cəlb edilmə dedikdə şəxslə əmək müqaviləsinin bağlanması nəzərdə tutulur, Nasirov Vagif isə qeyd olunan tarixdə işə cəlb edilmişdir. Həmin vaxtdan isə artıq bir il keçmişdir. Yəni hətta Nasirov Vagif iş icazəsi olmadan qanunsuz olaraq işə cəlb edilsə idi belə, miqrasiya orqanı tərəfindən müddətin keçməsi ilə əlaqədar olaraq qərar qəbul oluna bilməz idi. Belə çıxır ki, miqrasiya orqanı inzibati xətanı uzanan xəta kimi qəbul etmiş və müddətin axımın başlanmasını tarixi kimi şəxsin işdən ayrılma tarixini qəbul etmişdir. Lakin məlum olduğu kimi İXM-nin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Hazırkı halda törədilməsi bildirilən inzibati xəta aşkar inzibati xətadır. Belə ki, Qırğızıstan Respublikası vətəndaşı Vagif Nasirov ən azından özü iş icazəsi almadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini bilmiş və bununla da, ona inzibati xəta törədilməsi artıq məlum olmuşdur. Beləliklə, Bakı şəhəri Regional Miqrasiya Baş İdarəsi tərəfindən inzibati xəta haqqında qərarın qəbul olunması üçün heç bir əsas olmamışdır. Buna görə də, hesab edir ki, xx.xx.2025-ci il tarixli, MN1819566 nömrəli qərar qanunsuz və əsassız olaraq qəbul olunduğuna görə ləğv edilməli və inzibati xəta barədə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarın İəğv edilməsi və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X5 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, şəxs tərəfindən iş icazəsi alınmadan Qırğızıstan Respublikası vətəndaşı Nasirov Vaqif ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək rəsmi əmək müqaviləsi əsasında “Black Launch” restoranında aşpaz vəzifəsinə işə cəlb olunduğu üçün X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək DMX tərəfindən 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X7 iş icazəsi alınmadan Qırğızıstan Respublikası vətəndaşı Nasirov Vaqif ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024cü il tarixədək rəsmi əmək müqaviləsi əsasında “Black Launch” restoranında aşpaz vəzifəsinə işə cəlb olunmuş və bu barədə işəgötürən tərəfindən DMX-dan müvafiq iş icazəsi alınmamışdır. Bundan sonra 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi X4 tərəfindən X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək DMX tərəfindən 3000 (üç min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, əcnəbi vətəndaş olan Vaqif Nasirovla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan sonra 05 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şöbə rəisi R.R.İbrahimov tərəfindən X7 barəsində həmin Məcəllənin 38-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq inzibati xətanın törədildiyi gündən 04 aydan çox keçdikdən sonra inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və Z.H.Dadaşov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi “X12” MMC-nin baş direktoru X3 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və H.Z.Dadaşovun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və X7 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-790/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-790/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver