Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7901/2025 17.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-183379 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1-183379 nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində tarixində etibarnamə əsasında KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şabran rayonun Mollakamallı kəndi Bakı istiqamətində yüklə (Atçep) dolu hərəkətdə olarkən SMSRadar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.5. maddəsi ilə xx.xx.2025-ci il tarixində 1200 manat məbləğində olmaqla cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir qeyd edilərək DİN-nin Baş X9 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ30001410 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qərarın 3-cü bəndi X1 X6 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır:
1. Yük avtomobilləri ikioxlu avtomobil üçün 18 t üçoxlu avtomobil üçün 25 t aparıcı oxa malik olan üçoxlu, hava və ya ona ekvivalent asqı ilə təchiz 26 t olunmuş iki cüt təkərdən ibarət olan avtomobil üçün dördoxlu, iki oxu aparıcı olan, hər biri iki cüt təkərdən ibarət olan hava 32 t və ya ona ekvivalent asqıya malik olan avtomobil Şabran rayonunun Mollakamallı kəndi ərazisi Bakı istiqamətindəhərəkətdə olduğu zaman nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 31820 kq olmuşdur. Belə ki, KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 4 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 32000 kq çəkiyə qədər yük vurula bilər. (8000x4=32000+5%).(1600 kq), icazə verilən kütlə 33600 kq-dır. KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində brutto 31820 kq, tara 13730 kq, netto 18090 kq olmuşdur. KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı **- XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli EQ30001410 saylı elektron qərara görə guya 34440 kq yükləndiyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən də görünür ki, tara 13730 kq, netto 18090 kq ümumi brutto isə 31820 kq. olmuşdur. O yolda dayanmadan hərəkət edərək 90 km yol qət edərək, Bakı "xxxx" MMCnin Elektron avtomobil tərəzisində yüklə birlikdə maşını çəkdirmişdir. Həmin tərəzi qəbzində ümumi kütlə 32010 kq olmuşdur. O DİN-nin Baş X9 idarəsinin xx.xx.2025-ci il tarixli EQ30001410 saylı elektron qərarının ləğv olunması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)- 5482/2025 №-li qərarı ilə xx.xx.2025-ci il tarixli EQ30001410 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün AR DİN-nin BDYPİ-nə göndərilmişdir. DİN-nin BDYPİ-də işə yenidən baxılmış və inzibati xətanın törədilməsinə görə 16/1-183379 saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibarnamə ilə idarə edir. Azərbaycan Respublikası İXM-nin 353.2. maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 353.3. maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr və daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yüklənməsinə görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. DİN-nin Baş X9 İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə 1200 manat məbləğində cərimə növü tətbiq edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1- 183379 №-li qərarı qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-183379 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində xətanın tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-183379 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30001410 nömrəli qərardan görünür ki, M-1 129 km, ünvan 1ndə, xx.xx.2025-ci il tarixdə, saat 01:51:49-da “Kamaz 53229 Ş-də 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Karımov Vakhıd tərəfindən AR İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsi əsası ilə Karımov Vakhıdın AR İXM-nin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 1200 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli tərəzi qəbzindən görünür ki, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tara çəkisi 13730 kq, netto çəkisi 18090 kq, ümumi brutto isə 31820 kq olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, həmin tərəzi qəbzində ümumi kütlə 32010 kq olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Kamaz 53229 Şdə 58146S yük” markalı nəqliyyat vasitəsinin maksimal kütləsinin 33100 kq, yüksüz kütləsinin isə 12950 kq olduğu qeyd edilmişdir. Portaldan çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:51:49-da M-1 129 km, ünvan 1 ünvanında hərəkət edən **-XP-*** dövlət qeydiyyat nişanlı vasitəsinin yükünün 34440 kq olduğu göstərilmişdir (limit 32000 kq). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025ci il tarixli 16/1-183379 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Baş X9 İdarəsinin rəis müavini Pərvin Səfərəliyev tərəfindən «Kamaz» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkəti qayda pozuntusuna görə xüsusi texniki vasitənin Baş X9 idarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş Karimov Vakhid barəsində çıxarılmış EQ 30001410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək inzibati xəta haqqında işə yenidən baxılması ilə bağlı Yasamal Rayon Məhkəməsinin müvafiq qərarı əsasında qeyd olunan işə yenidən baxılaraq müəyyən edildi: xx.xx.2025-ci il tarixdə «Kamaz» markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi faktı üzrə elektron tərəzinin BDYPl-nin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatı əsasında vətəndaş Karimov Vakhid barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsilə EQ 30001410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmışdır. Vətəndaş V.Karimov, barəsində çıxarılmış elektron qərardan Yasamal Rayon Məhkəməsinə şikayət vermiş və xx.xx.2025-ci il tarixdə məhkəmədə işə baxılaraq EQ 30001410 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və həmin inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsi barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında işə yenidən baxılan zaman, vət. V.Karimov tərəfindən Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində təkrar törətməsi aşkar edilmişdir. Qeyd olunanları, habelə Azərbaycan Respublikası İXMnin 122.1 və 134.1.2-ci maddələrinin tələbini rəhbər tutaraq, qərara alındı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş Karimov Vakhid barəsində 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özüboşaldan iriqabaritli və ya ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi çəkisinin 32000 kiloqramdan yuxarı (34440) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən bu halları təkzib edən, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 01:51-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 34440 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr (nəqliyyat vasitəsinin yük vurarkən və yükü boşaldarkən daşıdığı yüklə birlikdə çəkisi) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzinin göstəricilərinin həqiqəti əks etdirmədiyi, həmin vaxt nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 34440 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X6) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X6 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.5-ci maddəsinə əsasən Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çəkisinin 32000 kiloqramdan yuxarı, yəni 344440 kiloqram olduğu aşkar edilsə də, 32 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 1600 kiloqram təşkil edir. Belə olan halda isə “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 33600 kq və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin üzərində olsa da, sonuncu Karimov Vakhid tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 01:51-də, M-1, 129-cu km, Şabran rayonu, Mollakamallı kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş-DƏ 58146S YÜK” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə Karimov Vakhidin əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Karimov Vakhid barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.5-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, Karimov Vakhid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin xx.xx.2025-ci il tarixli 16/1- 183379 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət təmin edilsin. Vakhid Karimov barəsində İXM-in 353.5-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli 16/1-183379 nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rauf Daşdəmirov