Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7902/2025 12.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, Qərardan şikayət verən şəxs Karimov Vakhidin iştirakı ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Karimov Vakhid tərəfindən verilmiş şikayətə Xızı Rayon Məhkəməsinin inzibati binasına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Karimov Vakhid şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində etibarnamə əsasında KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı 77XP813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xızı rayonu Giləzi kəndi, Bakı istiqamətində yüklə (Atçep) dolu hərəkətdə olarkən SMSRadar vasitəsi ilə telefonuma Azərbaycan Respublikası İXM- nin 353.2. maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində olmaqla cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi guya avtomobildə olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (Atçep) çəkisi də xx.xx.2025-ci il tarixində guya 35010 kq olduğu qeyd edilərək DİNnin Baş X5i İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ28424674 saylı elektron qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili avtonəqliyyat vasitələrinin hərəkət etməsinə görə ödənişlərin dərəcələri Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qərarın 3-cü bəndi X1 X3 (çəkisi) 2 nömrəli cədvəllə müəyyən edilmiş hədləri aşmamalıdır: Belə ki, KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı 77XP813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 4 oxludur, hər oxa 8000 kq yük düşür və həmin nəqliyyat vasitəsinə ümumilikdə 32000 kq çəkiyə qədər yük vurula bilər. (8000x4=32000+5%).(1600 kq). İcazə verilən kütlə 33600 kq-dır. KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı 77XP813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində brutto 32760 kq, tara 13730 kq, netto 19030 kq olmuşdur. - KAMAZ 53229 Ş- DƏ 58146S YÜK markalı 77XP813 dövlət qeydiyyat nişanlı ^ nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli EQ28424674 saylı elektron qərara görə guya 35010 kq yükləndiyi bildirilmişdir. Mən DİN-nin Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28424674 saylı elektron qərarının ləğv olunması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət etmişdir. Şikayəti qismən təmin edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)-4852/2025 №-li qərarı ilə xx.xx.2025-ci il tarixli EQ28424674 saylı inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilmiş və inzibati xəta haqqında işə yenidən baxılması üçün AR DİN-nin BDYPİ-nə göndərilmişdir. DİN-nin BDYPİ-də işə yenidən baxılmış və inzibati xətanın törədilməsinə görə 16/1-169056 saylı xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Mən həmin qərarı xx.xx.2025-ci il tarixində almışdır, (poçt konverti təqdim edilir.) Məhkəmənin qəbul etdiyi xx.xx.2025-ci il tarixli 3(004)-4852/2025 №-li qərarla əlaqədar məhkəməyə təqdim etdiyi şikayətdə tələb olunan bütün sənədləri iş materiallarına əlavə etmişik. Məhkəmənin nəzərə almasını xahiş edir. Əlavə olaraq da bildirir ki, KAMAZ 53229 Ş-DƏ 58146S YÜK markalı 77XP813 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixli etibarnamə ilə idarə edir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs Karimov Vakhid şikayətin məzmununa uyğun izahat verərək, Daxili İşlər Nazirliyi Baş X5i İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibat tənbeh vermə haqqında qərarından şikayət verilmiş orqana məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilsə də, DİN BDYPİ nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə işə DİN BDYPİ nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərdən və elektron tərəzi göstəricilərindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:39-da, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 35010 (Limit 32000 kq) kiloqram təşkil etmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:39-da, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olduğu zaman yəhərli dartıcını icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yolunda idarə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbi ilə Karimov Vakhid barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - BA seriyalı, 294450 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 15350 kiloqram, maksimal kütləsi isə 41000 kiloqram təşkil edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi özüboşaldan iriqabaritli və ya ağırçəkili X1 verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ümumi çəkisinin 33000 kiloqramdan aşağı (32760) olduğu aşkar edilsə də, qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi tərəfindən bu halları təkzib edən, o cümlədən xx.xx.2025-ci il tarixdə, saat 23:39-da, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş- DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisinin 35010 kiloqram təşkil etməsini təsdiq edən hər-hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Kamera vasitəsi ilə çəkilmiş fotoşəkillərə və elektron tərəzi göstəricilərinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlər və qaimələr (nəqliyyat vasitəsinin yük vurarkən və yükü boşaldarkən daşıdığı yüklə birlikdə çəkisi) Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 65.1-ci kilometrində quraşdırılmış hərəkətdə olan nəqliyyat vasitəsinin qabarit, çəki və kütlə parametrlərini ölçən elektron tərəzinin göstəricilərinin həqiqəti əks etdirmədiyi, həmin vaxt nasaz ola biləcəyi və sözü gedən vaxt nəqliyyat vasitəsinin ümumi çəkisinin 33000 kiloqramdan az ola bilməsi qənaətinə gəlməyə kifayət qədər əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi" Qaydasının 3-cü hissəsindəki (X1 X3) 2 nömrəli cədvələ əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə və üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə olan yük avtomobilləri üçün X1 X3 40 tonu aşmamalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qərardan şikayət verən şəxs Karimov Vakhid tərəfindən məhkəməyə təqdim edilmiş qəbz ilə xx.xx.2025-ci il tarixdə onun idarə etdiyi “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi çəkisinin 33000 kiloqramdan aşağı, yəni 32760 kiloqram olduğu aşkar edilsə də, 32 tonluq icazə verilən ümumi kütlənin 05 faizi 16050 kiloqram təşkil edir. Belə olan halda isə “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumi çəkisi 32000 ton və bu çəkidən yuxarı olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə işin faktiki hallarından və Azərbaycan Respublikasının Qanunvericiliyinin yuxarıda qeyd edilmiş müddəalarının tələblərindən də göründüyü kimi, şəxsin təqsirli olaraq inzibati xəta törətməsini sübut etmə vəzifəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin üzərində olsa da, sonuncu Karimov Vakhid tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 22:08:37-də, M-1, 65.1-ci km, Xızı rayonu, Giləzi kəndi Bakı istiqamətində hərəkətdə olan “KAMAZ 53229 Ş-DƏ 58146S yük” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini məhkəmə iclasında sübut edə bilməmiş, bunun əksinə Karimov Vakhidin əməlində inzibati xəta hadisəsinin olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək belə nəticəyə gəlir ki, Karimov Vakhid barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərarda nəzərdə tutulmuş 353.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi halı sübuta yetirilmədiyindən o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən də, Karimov Vakhid Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən həmin qərar ləğv edilməli və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2 və 134.1.3-cü maddələrinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 135.1.5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129, 130, 134 və 135-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara Aldım Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli, 16/1-169056 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və Karimov Vakhid barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №3(004)-7902/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7902/2025
12.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver