Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7909/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qəbul etmiş Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi X18, Barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X13 iştirakları ilə, Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanilmasına dair xx.xx.2025-ci il tarixli qərarına və ona əlavə olunmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon prokurorluğu hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş nnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın tərtib olunmasına əsas kimi, hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “X22" MMC-nin Bakı şəhəri, Yasamal rayonu. İsmayıl bəy Qutqaşınlı 50 ünvanında yerləşən “German Hospital” klinikasında X11 xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə X5 barəsində cərrahiyə əməliyyatlarının icra edilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Yasamal rayon prokurorunun böyük köməkçisi X25, İnzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərarın məzmununa uyğun izahat verərək, hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, hazırda hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən “əməkdaşlıq müqaviləsi” inzibati icraat dövründə prokurorluğa təqdim edilməmişdir. Hətta təqdim edilsəydi belə bu hal şəxsin əmək müqaviləsi qanuni qüvvəyə minmədən cərrahiyyə əməliyyatlarının icra edilməsinə haqq qazandırmış olmayacaqdı. Hər bir halda işlərə cəlb edilərkən hər bir işçi ilə mütləq mövcud Əmək qanunverciliyinə uyğun şəkildə əmək müqaviləsi bağlanmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul olunmuş Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X20 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara etiraz edərək bildirmişdir ki, X15 Şəxs MMC və «Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti» İctimai Birliyi arasında X16 Əməkdaşlıq Müqaviləsi əsasında klinikada cərrahiyyə əmaliyyatları həyata keçirmişdir. Həmin müqaviləyə əsasən hər iki tibb müəssisəsi arasında qarşılıqlı yardımlaşma olur və zərurət yarandığı hallarda həkimlər dəvət olunur. Həmin müqaviləni məhkəməyə təqdim edir və buna əsasən də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “X22" MMC-nin Bakı şəhəri, Yasamal rayonu. İsmayıl bəy Qutqaşınlı 50 ünvanında yerləşən “German Hospital” klinikasında X11 xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə X5 barəsində cərrahiyə əməliyyatlarının icra edilməsinə cəlb edilmişdir. İş materiallarında olan X3 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə tanışı həkim-cərrah Vüqar Behbudovun iştirakı ilə German X1 barəsində “yırtığın ləğvi və stomanın ləğv edilməsi” əməliyyatını icra etmişdir. İş materiallarında olan X15 izahatından görünür ki, arada bir həkim-cərrah X10 Hospitalda icra etdiyi əməliyyatlara, şirkətlə arasında əmək müqaviləsinin olmamasına baxmayaraq, assistentlik edir. xx.xx.2025-ci il tarixdə Oqtay İsgəndərovun barəsində icra olunan “yırtığın ləğvi və stomanın ləğv edilməsi” əməliyyatında da iştirak etmişdir. İş materiallarında olan German Hospitalın baş həkimi X6 izahatından görünür ki, 26.09 2025-ci il və xx.xx.2025-ci il tarixlərdə X5 barəsində Qurbanxan Müslümov tərəfindən icra olunan əməliyyatlar Vüqar Behbudovun assistentliyi ilə həyata keçirilmişdir. Vüqar Behbudovun həmin əməliyyatlarda iştirak etməsi barədə ‘X22” MMC-nin direktoruna heç bir məlumat verilməmişdir. İş materiallarında olan X4 izahatından görünür ki, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə atası Oqtay İsgəndərovun barəsində German Hospitalda cərrahi əməliyyatlar icra olunmuşdur. Həkim-cərrah Qurbanxan Müslümov əməliyyatlardan sonra klinikanı tərk etdiyi üçün, mütəmadi olaraq həkim Vüqar Behbudov onu German Hospitalda qəbul edərək atasının vəziyyəti barədə məlumat verirdi. xx.xx.2025-ci il tarixdə isə atası X19 Hospital da vəfat etmişdir. İş materiallarında olan ‘'X22'’ MMC-dan daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə X5 barəsində icra olunan əməliyyatda iştirak edən həkim-cərrah X2 Müslümova köməklik göstərmək məqsədi ilə sonuncunun dəvəti ilə gəlmiş, lakin bu barədə müəssisəyə heç bir məlumat verilməmişdir. İş materiallarında olan X8 barəsində “Elektron Prokurorluq informasiya Sisteminin” elektron sorğu modulundan əmək müqaviləsi məlumatlarının çıxarılmasına dair tərtib edilmiş protokoldan görünür ki, X8 "X22" MMC ilə hər hansı əmək müqaviləsi mövcud olmamışdır. Yuxarıda qeyd edilən iş materiallarından göründüyü kimi hüquqi şəxs Şəxs MMC-nin direktoru X9 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən “X22" MMC-nin Bakı şəhəri, Yasamal rayonu. İsmayıl bəy Qutqaşınlı 50 ünvanında yerləşən “German Hospital” klinikasında X11 xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə X5 barəsində cərrahiyə əməliyyatlarının icra edilməsinə cəlb edilmişdir. Bu da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanıvə ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən tərəflər arasında yaramış münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Əmək Məcəlləsinin qeyd edilən normasının məzmunundan irəli glərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış əməkdaşlıq müqaviləsi MMCnin əsas fəaliyyət sahələrindən birinə aid işlərin yerinə yetirilməsi ilə bağlı olduğundan barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs tərəfidən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur və bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən “İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən “Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.” Şəxs MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən “İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.” Məhkəmə barəsində inzibati icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edilməsi məsələsini müzakirə edərək, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini nəzərə alaraq, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan minimum həddə cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı xətanı törətməkdə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7909/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7909/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver