Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7910/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X1 və İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 22 oktyabr 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, Z.B.Əhmədbəyov küçəsi ərazisində onun idarə etdiyi **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol nəqliyyat hadisəsi (bundan sonra — "YNH") baş vermişdir. YNH ilə əlaqədar olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) əsas göstərilməklə İXP ******* saylı, 22 oktyabr 2025-ci il tarixli inzibati protokol tərtib edilmişdir. Lakin hadisə ilə bağlı video görüntülərə baxdıqda aydın olur ki, o, hər hansı manevr etməmiş, öz hərəkət zolağında, yolun tələblərinə tam uyğun şəkildə hərəkət etmişdir. Hadisənin digər iştirakçısı isə yüksək sürətlə arxadan gələrək, “X7” Qanunun 51ci maddəsinin İİ hissəsinin tələblərini pozmaqla onu sağ tərəfdən ötərək, 1 -ci hərəkət zolağından 3-cü zolağa dönməyə cəhd etmiş, həmin an öz nəqliyyat vasitəsinin sol hissəsi ilə mənim avtomobilimin sağ tərəfini vurmuşdur. Hadisə ilə bağlı təqdim edilmiş videomateriallar bu halı açıq şəkildə təsdiq edir. Qeyd olunanlardan aydın olur ki, yol-nəqliyyat hadisəsinin baş verməsində onun tərəfindən hər hansı qayda pozuntusu olmayıb, hadisə digər iştirakçının sürət rejiminin və manevr qaydalarının pozulması nəticəsində baş verib. Müvafiq video görüntü ona göstərilsə də, qanunun tələblərinə zidd olaraq elektron kabinetə yerləşdirilməyib. Belə olan halda, İXM-in 327.1 -ci maddəsi üzrə onun barəsində tərtib edilmiş protokolun hüquqi əsası yoxdur və bu protokol qanunsuz hesab edilməlidir. Məhkəmə iclasında barəsində qəbul edilmiş qərardan şikayət vermiş şəxs X3 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 şikayətə etiraz edərək bildirmişdir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır, ona görə də şikayət təmin edilməməlidir. Belə ki, qeyd edilən faktı hadisənin videogörüntüləri bir daha təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, videogörüntülərdən də aydın olur ki, şəxs gedəcəyi istiqamət üzrə hərəkət zolağını düzgün seçməmişdir. Lakin bu cür hallarda sürücü sağdan hərəkət edən nəqliyyat vasitələrini buraxdıqdan sonra təhlükəsiz manevrdən əmin olmaq şərti ilə hərəkətinə davam edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə 19:00-da Zivər bəy Əhmədbəyov küçəsində idarə etdiyi “Chevrolet Cruze” minik markalı **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də, o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin baş vermə anının video görüntülərinin əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət yaradır. “X7” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən “sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır”. Həmin qanunun 37-ci maddəsində mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri kimi - hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etmələri göstərilmişdir. X7 Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V- ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. X7 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 83-cü maddəsinə əsasən yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə əsasən İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar elektron qərarda göstərilir (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə); Qanunun tələblərindən görünür ki, inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (foto və ya video materiallar) elektron qərarada göstərilir. Elektron qərardan və ona əlavə edilmiş sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, inzibati xəta hadisəsinin aşkar edilməsi zamanı çəkilən fotogörüntülər elektron qərara əlavə edilmişdir. X7 Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsaəsn Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Beləliklə, Məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7910/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7910/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver