Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7915/2025 21.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 vəkili Bakı şəhəri 35 saylı vəkil bürosunun vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinin 13 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 551.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin şikayət verilən qərarı aşağıdakılarla “əsaslandırmışdır”: vətəndaş X9 xx.xx.2013-cü il tarixdə "Dəvəli” ASC-də bədbəxt hadisə nəticəsində ölmüş, işəgötürən X6 tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməmiş, fakt gizlədilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati törədilmişdir. X6 və ya onun nümayəndəsi protokolun tərtib olunmasında iştirak etmədi. Belə ki, DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-57853/2025 saylı məkubuna cavab olaraq xx.xx.2025-ci il tarixli 47 №-li müşayiət məktubu ilə məlumat verilərək bildirilmişdir ki, X4 2013-cü il tarixdə "xxxx" ASC-də iş vaxtı özünün səhlənkarlığı nəticəsində xəsarət alaraq ölməsi faktı ilə əlaqədar xx.xx.2013-cü il tarixdə Yasamal Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılmışdır. Bundan əlavə DƏMX Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-57853/2025 saylı məkubuna cavab olaraq bildirilmişdir ki, vətəndaş X9 barəsində tələb olunan sənədlər "xxxx" ASC tərəfindən DƏMX Bakı şəhər İdarəsinin rəis müvaini Sadiq Əliyevə ünvanlanmış xx.xx.2025-ci il taixli, 49 Ne-li müşayiət məktubu xx.xx.2025-ci il tarxdə saat 17:06 radəsində idarənin əməkdaşı Tağızadə tərəfindən qəbul edilmişdi. Daha sonra təkirar olaraq idarənin rəis müavini Sadiq Əliyevə tərəfimizdən ünvanlanmış xx.xx.2025-ci il tarixli, 95 №-li məktubumuzda bizə ünvanlanlmış 15 sentyabr 2025-ci il tarixli, 3-17-5/2- 88897/2025 saylı məktuba cavab olaraq bildiririlmişdir ki, "xxxx" ASC inzibati xəta haqqında işə baxılması ilə bağlı öz nümayəndəsi 3 saylı “Dost” mərkəzində olmuş, lakin DƏMX-nin nümayəndəsi həmin ünvanda nəzərdə tutulmuş vaxtda görüşə gəlməmişdir. İdarədən nümayəndəmizə bildirilmişdir ki, nəzərdə tutulan məsələnin müzakirəsi barədə "xxxx" ASC-yə əlavə məlumat veriləcəkdir. Lakin bizə bundan sonra nə əlavə məlumat verilmiş, nə də ki, bizim iştirakımız təmin edilmişdir. İnzibati xəta haqqında qərar 17 oktyabr 2025-ci il tarixdə ünvanımıza aldıqdan sonra məlum olmuşdur ki, bizim iştirakımız olmadan işə baxılaraq qərar qəbul edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istyirəm ki, xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-də baş vermiş bədbəxt hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğu tərtəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə cinayət işi başlanılmışdır. Bu barədə “Dəvəli" ASC tərəfindən DƏMX-nə məlumat verilmiş və müvafiq sənədlər idarəyə təqdim edilmişdir. İdarənin məsul əməkdaşları da istintaq prosesində iştirak etmişdir. Aparılnış istintaqın yekun nəticəsinə əsasən Cinayət Prosessul Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinə xaitam verilmişdir. Bütün bunlar barədə "xxxx" ASC tərəfindən təkirar olaraq DƏMX Bakı şəhər İdarəsinin rəis müvaini Sadiq Əliyevə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 95 N°-li müşayiət məktubu ilə məlumat verilmişdir. Lakin bürtün bunlara baxmayaraq DƏMX Bakı şəhər İdarəsi qanunları heçə sayaraq baş vermiş istehsalat qəzasında iştirak etməsinə baxmayaraq müəssisənin sədri olaraq barəmdə əsassız olaraq inzibati tənbeh tədbiri barədə protokol tərtib etmişdir. İnzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessul müddətdə, yəni İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Halbuki, baş vermiş hadisədən 12 (on iki) il ötür. Aşağıda qeyd edilənlərlə DƏMX Bakı şəhər MN ******* nömrəli 13 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında qərarının tamamilə əsassız və qanunsuz olması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi sübuta yetirilir və bu səbəbdən həmin qərar ləğv edilməlidir. Məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 vəkili Bakı şəhəri 35 saylı vəkil bürosunun vəkili Vəkil şikayətdə göstərilənlərə uyğun izahat verərək X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən X8 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Ona görə də qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə şikayətə etiraz edərək bildirmişdir ki, qərar əsaslı və qanunidir və ona görə də şikayətin təmin edilməməsini xahiş etmişdir. Belə ki, inzibati xətanın müddətinin axımı faktın müəyyən edildiyi andan hesablanmalıdır. İndiyədək bədbəxt hadisə ilə bağlı fakt gizlədilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunda qeyd olunur ki, vətəndaş X9 xx.xx.2013cü il tarixdə "xxxx" ASC-də bədbəxt hadisə nəticəsində ölmüş, işəgötürən X8 tərəfindən hadisə baş verən gün DƏMX-ə məlumat verilməmiş, fakt gizlədilmişdir. İş materiallarında olan X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə yuxarıda qeyd edilən faktla bağlı X2 Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə təqsirli bilinərək 2200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci məddəsinə əsasən İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi sözügedən inzibati xəta bədbəxt hadisə baş verdiyi gün törədilmiş olur və həmin inzibati xətanın törədilməsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Lakin hazırkı baxılan işin mahiyyətindən görünür ki, inzibati tənbeh verilməsi ilə əlaqədar inzibati orqanın qərarı hadisə baş verdiyi gündən on iki il sonra tətbiq edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olumuşdur ki, "xxxx" ASC-nin işçisi X9 xx.xx.2013-cü tarixində iş vaxtı ölməsi ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir, bununla bağlı Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanmış və CPM-in 39.1.2-ci ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, X4 xx.xx.2013-cü il tarixdə iş vaxtı ölməsi ilə nəticələnmiş bədbəxt hadisə barədə həmin gün məlumat verilmədikdə artıq müddətin axımı başlayır. Beləliklə məhkəmə qeyd edir inzibati xətanın törədiməsindən on iki ildən artıq bir vaxt keçdiyi üçün (inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün) V.Dəvəlinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibatin tənbeh tətbiq edilməsi qanuni və əsaslı hesab oluna bilməz. X7nin qərarında qeyd etdiyi “hadisə baş verən gün ölüm faktı barədə məlumat verməmiş, əmək müəfəttişliyindən gizlədilməsi” ilə əlaqədar gətirilmiş olduğu dəlili ilə əlaqədar məhkəmə qeyd edir ki, birincisi həmin faktla əlaqədar Bakı şəhəri Yasamal rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə cinayət işi başlanmış və araşdırma aparılmışdır, ikincisi zərərçəkmiş şəxs həmin prosesdə iştirak etmişdir, müvafiq ekspertizalar təyin olunmuşdur və sairə. Digər tərəfdən məhkəmə qeyd edir ki, əmək müfəttişiliyin mövqeyi və məntiqilə yanaşılsa belə nəticəyə gəlinir ki, bədbəxt hadisə baş verən gün onların (inzibati orqanın) məlumatsız olmaları, onlara məlumat veriləməməsi səbəbi ilə inzibati orqan hətta iyirmi və ya otuz ildən sonra da həmin xətaya görə inizbati araşdırma apara və inzibati tənbeh vermə barədə qərar qəbul etmək səlahiyyətindədir. Məhkəmə qeyd edir ki, qərarından şikayət verilən orqanın nümayəndəsi tərəfindən məhkəmədə irəli sürülmüş yuxarıda qeyd edilən dəlili tamamilə əsassız olmaqla hazırda qüvvədə olan qanunvericiliyə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinəəsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Yuxarıda sadalananları tətbiq edərək məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsilə müəyyən edilmiş müddət keçdiyindən ləğv olunmalı, X8 barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.6-cı, 115, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7915/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7915/2025
21.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver