Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7920/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC (VÖEN: **********, hüquqi ünvanı: AZ1001, ünvan 1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 29 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolun tərtib olunmasına səbəb kimi Şəxs MMC tərəfindən vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-83592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMXnin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Əlavə olar bildirmişdir ki, sorğu məktubu Şəxs MMC-nin hüquqi ünvanına göndərilmiş lakin hüquqi şəxs həmin ünvanda yerləşmədiyi üçün məktub geri qaytarılmışdır. Daha sonra həmin sorğu hüquqi şəxsin elektron şəxsi kabinetinə yerləşdirilmişdirş. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Buna görə də məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 oktyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Pilatessky MMCyə 3-17-5/2-83592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu üzrə qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim olunması tələb olunsada, xx.xx.2025-ci tarixədək təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən Şəxs MMC-yə ünvanlanan 3-17-5/2-83592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubundan görünür ki, X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin şəxsə aid əmək müqaviləsinin sürəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, işçinin son haqq hesabının hesablanmasının və ödənilməsini təsdiq edən sənədlər, işçinin işlədiyi dövr üçün məzuniyyət hüququndan istifadə etməsinə dair aidiyyatı üzrə sənədlər və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirməsinə dair müəssisənin cavab məktubunun Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. İş materiallarında olan poçt məktubu və xəbərnamdədən görünür ki, sorğu məktubu Şəxs MMC-nin hüquqi ünvanı olan ünvan 3in həmin ünvanda olmadığından çatdırılmadan geri qaytarılmışdır. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin elektron şəxsi kabinetinə yerləşdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən maddə üzrə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə – vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi Şəxs MMC-yə 3-17-5/2-83592/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğu məktubu ilə müraciət edilərək X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin şəxsə aid əmək müqaviləsinin sürəti, əmək müqaviləsinə xitam verilməsinə dair müvafiq sənədlər, işçinin son haqq hesabının hesablanmasının və ödənilməsini təsdiq edən sənədlər, işçinin işlədiyi dövr üçün məzuniyyət hüququndan istifadə etməsinə dair aidiyyatı üzrə sənədlər və vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirməsinə dair müəssisənin cavab məktubunun Bakı şəhər İdarəsinə təqdim edilməsi xahiş olunmuşdur. Lakin Şəxs MMC tərəfindən qeyd edilən sənədlər 7 (yeddi) iş günü ərzində DƏMX-nin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. İş materiallarında olan elektron sistemdən çıxarışdan görünür ki, sorğu məktubu xx.xx.2025-ci il tarixdə Şəxs MMC-nin elektron şəxsi kabinetinə yerləşdirilmişdir. Buna baxmayaraq məktubda qeyd edilən sənədlərin siyahısı Şəxs MMC tərəfindən inzibati orqana vaxtında təqdim edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-7920/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7920/2025
18.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver