Məhkəmə qərarları › İş №3(004)-7931/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-7931/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-7931/2025 26.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd qızının sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, xx.xx.1997-ci il tarixdə Kürdəmir rayonu, Ərşəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonu, Ərşəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq barəsində protokol tərtib olunan şəxs, zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın tərkibi olduğu üçün qərarın surəti Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:19 radələrində Yasamal RPİ-nin Növbətçi Hissəsinə daxil olmuş məlumatda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vətəndaş X3 xəsarət almışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 göstərmişdir ki, 29 iyul 2025-ci il saat 17:20 radələrində işlədiyi X4»ından çıxaraq Yasamal rayonu Mətbuat prospektini iş yeri tərəfə keçən zaman ona yol vermək üçün piyada keçidinin qarşısında dayanmış “Toyota Prius” markalı avtomobili arxadan evakuator vurmuş və “Toyota Prius” markalı avtomobil də ona dəymişdir. Məhkəmə-tibbi ekspertizasının Yasamal rayon şöbəsindən alınmış rəydən görünür ki vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Araşdırma zamanı izahatı alınmış vətəndaş Şəxs göstərmişdir ki, "xxxx" MMC-də evakuator sürücü işləyərək «İsuzu» markalı, **-JR-*** dövlət qeydiyyat nişanlı evakuatoru etibarnamə və «BC» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 iyul 2025-ci il saat 17:20 radələrində qeyd etdiyim evakuator avtomobili ilə Yasamal rayonu, Mətbuat prospekti ilə avtomobil yolunun 2-ci zolağı ilə Musabəyov heykəli istiqamətindən Azərbaycan Dövlət Nəşriyyatı istiqamətində hərəkət edən zaman «X4»ının qarşısında yerləşən piyada zolağına yaxınlaşan zaman qarşısında hərəkət edən «Toyota Prius» markalı avtomobil yolu piyada zolağı ilə sağ tərəfdən sol tərəfə yəni «X4» istiqamətindən qarşı tərəfə keçən piyadaya yol vermək üçün qəfil əyləcdən istifadə etmiş və o, da öz növbəsində onu vurmamaq üçün əyləcdən istifadə etsə də idarə etdiyi avtomobil ön hissəsi ilə qarşısında hərəkəti dayandırmış, qeyd etdiyi «Toyota Prius» markalı avtomobilin arxa hissəsinə dəymiş və «Toyota Prius» markalı avtomobil irəli hərəkət edərək sağ yan tərəfi ilə piyada zolağının üzərində olan qadına dəymişdir.Hadisə zamanı piyada qadın yerə yıxılaraq xəsarət almış və hadisə yerinə yaxınlaşan «X4»ın işçiləri ona tibbi yardım göstərilməsi üçün onu Hospitala aparmışlar. Araşdırma zamanı izahatı alınmış vətəndaş X2 göstərmişdir ki, «Toyota Prius» markalı, **- NJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə və «BC» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. 29 iyul 2025-ci il saat 17:20 radələrində qeyd etdiyi avtomobillə Yasamal rayonu, Mətbuat prospekti ilə avtomobil yolunun 2-ci zolağı ilə Musabəyov heykəli istiqamətindən Azərbaycan Dövlət Nəşriyyatı istiqamətində hərəkət edən zaman «X4»ının qarşısında yerləşən piyada zolağına yaxınlaşan zaman sağ tərəfi ilə hərəkət edən avtomobil piyada zolağı ilə sağ tərəfdən sol tərəfə, yəni «X4» istiqamətindən qarşı tərəfə keçən piyadaya yol vermək üçün hərəkəti dayandırmış və həmin zaman əyləcdən istifadə edərək hərəkəti dayandırsa da idarə etdiyi avtomobil ön hissəsi ilə təqribən 1 metr piyada zolağının üstünə daxil olaraq dayanmışdır.Həmin zaman arxa istiqamətdən yəni Musabəyov heykəli istiqamətindən hərəkət edən evakuator idarə etdiyi avtomobilin arxa hissəsinə dəymiş və avtomobil irəli hərəkət edərək sağ yan tərəfi ilə piyada zolağının üzərində olan qadına dəymişdir.Hadisə zamanı piyada qadın yerə yıxılaraq xəsarət almışmış və hadisə yerinə yaxınlaşan «X4»ın işçiləri ilə birlikdə ona tibbi yardım göstərilməsi üçün onu Hospitala aparmışdır. Araşdırma zamanı izahatı alınmış vətəndaş X3 göstərmişdir ki, 29 iyul 2025-ci il saat 17:20 radələrində işlədiyi X4»ından çıxaraq Yasamal rayonu Mətbuat prospektini iş yeri tərəfə keçən zaman ona yol vermək üçün piyada keçidinin qarşısında dayanmış “Toyota Prius” markalı avtomobili arxadan evakuator vurmuş və “Toyota Prius” markalı avtomobil də ona dəymişdir. Materiala əlavə edilmiş videogörüntülərdən görünür ki, «Toyota Prius» markalı, **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 29 iyul 2025-ci il saat 17:20 radələrində Yasamal rayonu, Mətbuat prospekti ilə avtomobil yolunun 2-ci zolağı ilə Musabəyov heykəli istiqamətindən Azərbaycan Dövlət Nəşriyyatı istiqamətində hərəkət edən zaman «X4»ının qarşısında yerləşən piyada zolağına yaxınlaşan zaman sağ tərəfi ilə hərəkət edən avtomobil piyada zolağı ilə sağ tərəfdən sol tərəfə, yəni «X4» istiqamətindən qarşı tərəfə keçən piyadaya yol vermək üçün hərəkəti dayandırmış və həmin zaman əyləcdən istifadə edərək hərəkəti dayandırsa da idarə etdiyi avtomobil ön hissəsi ilə təqribən 1 metr piyada zolağının üstünə daxil olaraq dayanmışdır.Həmin zaman arxa istiqamətdən yəni Musabəyov heykəli istiqamətindən hərəkət edən evakuator idarə etdiyi avtomobilin arxa hissəsinə dəymiş və avtomobil irəli hərəkət edərək sağ yan tərəfi ilə piyada zolağının üzərində olan qadına dəymişdir Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, İsuzu xüsusi təyinatlı yük markalı **-JR- *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci və 2-ci hissəsinin tələblərini pozmuş və yol- nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8ci hissəsində qeyd olunmuşdur ki, nəqliyyat vasitəsinin qapılarının açılması yol hərəkətinin digər iştirakçıkarı üçün maneə yaradarsa, onlar açmaq qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar