Məhkəmə qərarları › İş №3(004)-795/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-795/2025

12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-795/2025 12.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Bakı Şəhər X9 İdarəsinin TP ******* saylı xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Şəhər X9 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, xx.xx.2025-ci ildə, idarə etdiyim 10DY350 nömrəli avtomobillə Bakı şəhəri, Yasamal rayonu, M.Müşviq küçəsi ilə hərəkət edərkən yolda sıxlıq (tıxac) olduğundan avtomobillər dayanmışlar. O da tıxacda dayanıb hərəkətin bərpa olunmasını gözləmişdir. Avtomobili hərəkətdə olmamışdır. Belə vəziyyətdə mobil telefonuna gələn səs mesajına qulaq asmışdır. Bu zaman, yolun ortasında, tıxacda DYP avtomobili yaxınlaşıb protokol yazacağını bildirmişdir. O, şikayət edəcəyini, qərar qəbul edilərkən iştirakının təmin edilməsini, ona videogörüntü təqdim edilməsini xahiş etmişdir. Lakin qərar qəbul ediləndə iştirakı təmin edilmədi, yalnız telefondakı mobil tətbiq vasitəsilə protokol üzrə qərar verildiyini bilib. Həmin gün Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinə onlayn şikayət edib. Ona şikayətinin qeydə alındığı, əməkdaşların onunla əlaqə saxlayacaqları barədə sms gəlib. Amma hələ də əlaqə saxlanılmamış, qərarın tam mətnli, nömrə və tarixli surətini ala bilməmişdir. Ona görə də, ona məlum olan məlumatlar əsasında şikayətini tərtib edib. Bir daha bildirir ki, nəqliyyat vasitəsinin hərəkəti zamanı telefonu əlində tutmamışdır, ondan istifadə etməmişdir. Tıxacda, hamı kimi o da dayanıb yolun açılmasını gözləmişdir. Tıxacda avtomobilin dayanmasının hərəkətdə olma kimi şərh edilməsi barədə nə hüquq ədəbiyyatında, nə İXM-də, nə də digər Qanun və qərarlarda heç nə tapa bilməyib. Bununla bağlı təcrübədə fərqli mövqelər varsa Konstitusiya Məhkəməsinə müraciət edilsə yaxşı olardı. Amma tanıdığı hüquqşünaslar bununla bağlı hansısa ziddiyyət və ya fikir ayrılığının şahidi olmamışlar. DYP əməkdaşları tıxacın aradan qaldırılmasını təmin etmək əvəzinə əsassız protokol yazmaqla məşğul olmuşlar. DYP avtomobilləri müasir komeralarla və digər texniki avadanlıqlarla təchiz edilmişlər. Amma bu inzibati xəta ilə bağlı sistemə videogörüntü yüklənməmişdir. Onun haqlı olmağı təhlükəsizlik kameralarındakı görüntülərlə də təsdiq edilə bilər. Hələ ki, həmin görüntülər saxlanılır, bir ay keçdikdən sonra silinməsi barədə məlumat veriləcəkdir. Həmin görüntülərin götürülməsini xahiş edir. Beləliklə, hesab edir ki, inzibati xəta hadisəsi baş verməmiş, hərəkətlərində inzibati xəta tərkibi yoxdur, səlahiyyətli orqan onun inzibati xəta törətməyini sübuta yetirməmiş, qərar qəbul edilməsində iştirakını təmin etməmiş, qanunsuz və əsassız qərar qəbul etmişdir. Barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokolla bağlı qəbul edilmiş qərarı yuxarıda qeyd etdiyi əsaslarla ləğv edilməsini və iş üzrə icraata inzibati xəta hadisəsi baş verməməsi, hərəkətlərində inzibati xəta tərkibi olmaması, inzibati xəta törətməyinin sübuta yetirilməməsi əsası ilə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Bakı Şəhər X9 İdarəsinin TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X5 xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq küçəsində “CHEVROLET CRUZE minik” markalı, “**- DY-***” dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 342.6-cı maddəsi ilə təqsirli bilinib 50 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Şikayətçi şikayətində bildirir ki, tıxacda qalıb və bu zaman telefonunda səsli mesaja qulaq asıb, yəni telefondan istifadə edib, əlində olub, daha sonra isə bildirir ki, o telefondan istifadə etməmişdir. Həmçinin bildirir ki, tıxacda olub, hərəkət dayanıb, amma məhkəməyə təqdim olunan videogörüntüdən də aydın görünür ki, həmin vaxt avtomobillər az surətdə olsa da hərəkətdə olub. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəməyə təqdim edilmiş videogörüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Şəhər X9 İdarəsinin TP ******* saylı xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar