Məhkəmə qərarları › İş №3(004)-8/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi ilə, X1 vəkili Vəkil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 12 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 12 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı, 12 oktyabr 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən o Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətdiyinə görə 1200 manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona 28.10.2020-ci il tarixində təqdim edilmişdir. Qərarda göstərilmişdir ki, guya o Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və “xxxx” MMCnin keçmiş işçisi X5 işdən azad olunarkən son haqq-hesabının ödənilməsində əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunan halların heç biri həqiqəti əks etdirmir, tərəfindən bu və ya digər şəkildə heç bir inzibati xəta törədilməmişdir. Belə ki, X8 01.11.2018-ci il tarixindən 01.06.2020-ci il tarixinə qədər “xxxx” MMC-də sürücü vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində həm əmək müqaviləsi üzrə nəzərdə tutulmuş 250 manat məbləğində əmək haqqını, həm də sürücülük etdiyi marşrut xətti üzrə plana dair qazanılmış pul məbləğlərindən əmək haqqına əlavələri də almışdır. İşçinin çalışdığı müddət ərzində onun əmək hüquqları pozulmamış, əksinə onun tərəfindən işəgötürən “xxxx” MMC-yə məxsus nəqliyyat vasitəsi ilə dəfələrlə qəza törətmiş, nəqliyyat vasitəsinə dəyən ziyan hər dəfə “xxxx” MMC tərəfindən ödənilmişdir. Lakin buna baxmayaraq A.Vəliyevin əmək hüquqları hər zaman müdafiə edilmiş və təmin edilmişdir. Əmək haqqı və əmək haqqına əlavələr digər işçilər kimi Vəliyev Azərə də nağd olaraq təqdim olunmuş və təqdim olunarkən A.Vəliyev heç bir sənədə imza etməmişdir. 01.06.2020-ci il tarixində A.Vəliyev öz ərizəsi əsasında işdən azad olunmuşdur. Bununla bağlı məlumat və zəruri sənədlər X7 11.08.2020-ci il tarixli məktubla təqdim edilmişdir. Lakin buna baxmayaraq X11 qərəzli olaraq barəsində inzibati tənbeh haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələbinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin qanunvericiliyin normasında qeyd olunan hallar hazırkı iş üzrə müəyyən edilməmiş, onun tərəfindən qanunvericiliyin hər hansı norması pozulmamış, həmçinin tərəfindən heç bir inzibati xəta törədilməmişdir. Bu isə inzibati xəta hadisəsinin olmamasını sübut edir. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Şərh edilənlərə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı ‘‘inzibati tənbeh vermə haqqında" qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-8/2021 nömrəli 22.02.2021-ci il tarixli qərarından görünür ki, şikayət təmin edilərək X13 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilən MN ******* saylı, 12.10.2020-ci il tarixli qərar ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-967/2021 nömrəli 29.04.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin rəisi Həmid Əhmədov tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 8/2021 nömrəli 22.02.2021-ci il tarixli qərarı ləğv edilmiş inzibati xəta haqqında iş materialları yenidən baxılması üçün Bakı şəhəri Yasamal Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən X10 müdafiəçisi Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək, A.Vəliyevin əmək hüquqları hər zaman müdafiə edildiyini, təmin edildiyini, əmək haqqı və əmək haqqına əlavələr digər işçilər kimi Vəliyev Azərə də nağd olaraq təqdim olunduğunu, A.Vəliyev heç bir sənədə imza etmədiyini, 01.06.2020-ci il tarixində A.Vəliyev öz ərizəsi əsasında işdən azad olunduğunu, həmçinin yenidən işə qayıdaraq hal hazırda həmin “xxxx” MMC-də işlədiyini bildirmiş, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 12 oktyabr 2020-ci il tarixli, MN seriyalı ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, vətandaş X9 əmək haqqının ödənilməməsi barədə nazirliyə müraciət etmişdir. Şikayəti araşdırılan zaman müəyyən edilmişdir ki, X13 tərəfindən X4 əmək müqaviləsinə xitam verilmiş, lakin A.Rzayev tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbləri pozularaq A.Vəliyev ilə son haqq-hesab ödənilməmişdir. Məhkəmədə şahid qismində dindirilərkən Azər Vəliyevin şikayət ərizəsi yazdığı müddətdə əsəbi olduğu, əslində isə əmək haqlarını və son haqq hesabı vaxtında alması barədə verdiyi izahatı, “xxxx” MMC-nin direktoru Akif Rzayevi məsuliyyətdən azad etmir. Belə ki, Azər Vəliyevin şikayətinin olmaması inzibati tənbeh vermə tədbirinin tətbiq edilməsinə mane olmur. Bu səbəbdən X13 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qərar tam qanuni olduğu üçün A.Rzayev tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, İş materiallarında olan MN ******* saylı 30 sentyabr 2020-ci il tarixli protokola əsasən 12 oktyabr 2020-ci il tarixli MN ******* saylı qarar qəbul edilmişdir. Qərara əsasən X13 Azərbaycan Respublikasının İnzibati Xəttalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, 01.06.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “a” bəndinə əsasən “xxxx” MMC ilə X9 arasında 01.11.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azər Vəliyev tərəfindən yazılmış ərizədən gürünür ki, X9 ona son haqq hesabın ödənildiyini, heç bir borc qalmadığını bildirmişdir. Məhkəmə araşdırılması zamanı Akif Rzayev tərəfindən Azər Vəliyevin işdən azad olunarkən son haqq hesabın ödənilməsində əmək qanunvericiliyinin tələblərinin pozulması öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, A.Rzayev barəsində müvafiq qərar qəbul edilərkən həmin inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilməmişdir və belə bir sübutlar iş materiallarında mövcud deyildir. Əksinə iş materiallarında şəxsə son haqq hesabın ödənildiyini təsdiq edən həm lazımı maliyyə sənədləri, həm də A.Vəliyevin belə bir halın olmaması barədə ərizəsi mövcuddur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 12.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. “xxxx” MMC-nin direktoru X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1200 (bir min iki yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər idarəsinin 12.10.2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar