Məhkəmə qərarları › İş №3(004)-80/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-80/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-80/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, A.Sultanova küçəsi, ev 1, mənzil 25 ünvanında olan “X2” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Ren Zhamin “X2” MMC tərəfindən 2023-cü ilin iyul ayında xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Qaradağ rayonu Qobustan qəsəbəsində hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da həmin hüquqi şəxs, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan “X2” MMC-nin nümayəndəsi Vəkil bildirdi ki, nümayəndənin izahatında göstərilən xüsusatı təsdiq edən heç bir sübut yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə bildirdi ki, xx.xx.2023-cü il tarixdə təmsil etdiyi qurum tərəfindən Çin Xalq Respublikası vətəndaşı Ren Zhamın ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, lakin əmək müqaviləsi bildirişi altsistemə xx.xx.2023-cü ildə daxil edilmişdir. Bu isə Azərbaycan Respublikası ƏM-nin 49-cu maddəsinin tələblərinin pozularaq əmək müqaviləsi qüvvəyə minmədən işlərin görülməsi deməkdir ki, buna görə də “X2” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta hadisəsi baş vermişdir. Belə ki, aşağıdakılara əsasən müəyyən edilir ki, iş materiallarında olan əmək müqaviləsi bildirişinə əsasən “X2” MMC xx.xx.2023-cü il tarixində Ren Zhamin ilə müqavilə bağlamışdır. Həmçinin iş materiallarında olan “X2” MMC-nin işçilərin iş vaxtının aylıq uçotu cədvəlinə əsasən Ren Zhamin iyul ayının 4-dən elektrik vəzifəsində çalışmışdır, lakin onun əmək müqaviləsi xx.xx.2023-cü il tarixdə hüquqi qüvvəyə minmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Ona görə də “X2” MMC-nin həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, iş materiallarında olan və hazırkı qərarda istinad edilən yuxarıdakı yazılı sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: “X2” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 20000 manat (iyirmi min manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar