Məhkəmə qərarları › İş №3(004)-801/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-801/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-801/2022 23.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati xəta haqqında MN seriyalı ******* saylı 26 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokoluna və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı № ******* saylı inzibati xəta haqqında protokola əsasən, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus binanın həyətindəki yaşıllıqların mühafizəsi qanunamüvafiq qaydada təmin olunmamışdır. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yaşayış binalarının qarşısındakı ümumi istifadədə olan ərazidə ağacların kəsilməsi barədə heç bir məlumatları olmamışdır və onlar kəsilmiş həmin ağaclara görə məsuliyyətə cəlb edilə bilməzlər. Belə ki, həmin ağacların yerləşdiyi ərazinin mühafizəsi onlara təhkim edilməmidir. Şəxs MMC həmin əraziyə yaxın bir yerdə yerləşən köhnə binaların sökülərək yenidən tikilməsini həyata keşirməlidir lakin binalardan sakinlər tam köçürülmədiyindən onlar binaların sökülməsini və yenisinin tikilməsi ilə məşğul ola bilmirlər. Eyni zamanda ticarət və iaşə obyektləri hal-hazırda işlədiyindən onlara ayrılmış tikinti sahəsinin hasara almaq və mühafizəsni təmin etmək mümkün olmur. Digər tərəfdən protokolda qeyd edilən ağaclar bina tikintisi ərazisindən xeyli uzaqda yerləşir və vətəndaşlara aid olan şəxsi qarajların yanında olması, həmin hərəkəti törədən şəxsin polis orqanı tərəfindən müəyyən edilməsi halı da nəzərə alınmamışdır. Göstərilənləri nəzərə alaraq hüquqi şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 25 yanvar 2022-ci il tarixli 66330 nömrəli Aktdan görünür ki, araşdırma zamanı vətəndaş Anar Əskərov tərəfindən ağacların kəsilməsi ilə bağlı eyni zamanda Yasamal RPİ-nin 29-cu polis şöbəsində ərizə ilə müraciət etdiyi və bununla bağlı şöbənin təhqiqatçısı Elçin İskəndərov tərəfindən tədqiqat işlərinin aparıldığı məlum olmuşdur. Tərəflərindən təhqiqatçı ilə birgə əraziyə baxış zamanı ünvan 2 ünvandakı yaşayış binalarının həyətindəki məhəllə daxili yaşıllıq sahəsində dəmir qarajların yaxınlığında 2 ədəd (d=08;24sm) köküstə kök üstə yaş vəziyyətdə bioloji inkişafda olan zeytun ağaclarının kök boğazından kəsilərək məhv olunduğu müəyyən olunur. Eyni zamanda həmin aktdan məlum olur ki, ağacları kəsən şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı işlər aparılır. xx.xx.2021-ci il tarixli ER-22/277 nömrəli “Dövlət ekoloji ekspertiza”sı rəyi ilə təsdiq olunur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 2020-ci il 21 aprel tarixli 80 nömrəli Sərəncamına əsasən Yasamal rayonu, X4 küçəsi, 192 və İsmayıl Talıblı küçəsi, 24A, 26, 28 ünvanlarında, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 1,74 ha olan torpaq sahəsinin yeni yaşayış binaları və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə “Smartdom" MMC-nin istifadəsinə verilmişdir. Tikinti üçün nəzərdə tutulmuş ərazi mühəndisi-geoloji şərait baxımdan uyğun olmaqla, yaxın sahədə həssas ekoloji obyektlər mövcud deyildir. Həmin rəydə qeyri yaşayış binasinin tikintisi altına düşən ağacların sayı dəqiq müəyyən edilmiş, yəni ümümilikdə tikinti altına 56 ədəd ağac və kol bitkisinin (onların sayı, adları, diametrləri və ölçüləri dəqiq göstərilməklə) düşdüyü qeyd edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29-cu PŞ-nin təhqiqatçısıElçin İsgəndərov tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(004)-801/2022 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)- 1042/2022 nömrəli qərarına əsasən Verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4cü maddəsi üzrə başlanılmış inzibati xəta haqında iş üzrə icrata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hərtərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, Şəxs MMC tərəfindən yaşıllıq ərazilərin məhv edilməsinin qarşısının alınması üçün mühafizə tədbirlərinin görülməməsi faktı 25 yanvar 2022-ci il tarixli aktla müəyyən edilmişdir. Yəni Şəxs MMC 25 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı aşkar edilmişdir. Belə olduğu təqdirdə əməl 25 yanvar 2022-ci il tarixdə törədilmiş hesab edilir və həmin tarixdən 03 aydan çox müddət keçmişdir. Bakı Apelyasiya Məhkəməsi tərəfindən Şəxs MMC barəsində 3(004)-801/2022 saylı inzibati xəta haqqında iş materialları 20 may 2022-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar