Məhkəmə qərarları › İş №3(004)-804/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-804/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-804/2023 21.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 11000-04980/22 nömrəli 09 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan huquqı şəxs "xxxx" MMC tərəfindən 27AB162/27ZA168 nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş ərzaqlıq kartof yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Samur" gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan faktla bağlı Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə 28 12.2022-cı ıl tarixdə, 11000-04980/22 saylı inzibatı xəta haqqında iş üzrə inzibati araşdırma başlanmışdır. Araşdırma ərzində Azərbaycan Respublikası ünvan 2 ünvanında qeydiyyatda olan huquqı şəxs "xxxx" MMC - nin ünvanına xx.xx.2022-cı il tarixli, 1600-013/0xx-xx/006662 saylı məktub göndərərək şirkətin səlahiyyətli nümayəndəsi Tovuz gömrük postuna dəvəı edilmişdir, lakın bu gunə kimi şirkətin nümayəndəsi gəlməmiş və ya hər hansı üzürlü səbəb bildirməmişdir Azərbaycan Respublikası Gomruk Məcəlləsinin 113-cü maddəsinin 1-cı bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri uçun nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla mallar gömrük ərazisinə gətırıiməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa ıdxaı bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinın inzibatı məsuliyyətinə səbəb olur.Beləliklə Azərbaycan Respublikası, ünvan 3 ünvanında qeydiyyatda olan hüquqi şəxs "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsinin təqdim olunması təmin olunmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tovuz” Gömrük postunun rəisi Mehti Məhərrəmov tərəfindən verilmiş raportdan görünür ki, Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Şəxs MMC tərəfindən 27AB162/27ZA168 nömrə nişanlı yük nəqliyyat vasitəsində gəlmiş “ərzaqlıq kartof” yükünə dair idxalatçı tərəfindən mövcud qanunvericiliyə əsasən qısa idxal bəyannaməsi təqdim olunmalı olduğu halda qeyd olunan yük “Samur” gömrük postundan ölkə ərazisinə gətirilərkən, gömük orqanına qısa idxal gömrük bəyannaməsi təqdim edilməmiş, bununla da adı çəkilən hüquqi şəxs tərəfindən mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İXM-in 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməsinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində İXM-in 485.2-ci maddəsinin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar