Məhkəmə qərarları › İş №3(004)-806/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-806/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-806/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx xxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Dərnəgül prospektində hərəkət edərək quraşdırılmış plasmas maneələrin üzərindən qəsdən sürərək xuliqanlıq etmişdir. Bundan əlavə xx xxxx 2021-ci il tarixdə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində hay-küy salaraq törətdiyi qayda pozuntusunu bilərəkdən etdiyini və gələcəkdə belə hallara yol verəcəyini bildirmişdir. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx xxxx 2021-ci il tarixdə Ziya Bünyadov prospektində özünə məxsus olan “Saipa” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən saat 12:49 radələrində Çermet yol qovşağının ətrafında quraşdırılmış plasmas maneələrin üzərinə qəsdən sürərək dövlətin əmlakına xeyli ziyan vurması barədə videogörüntü çəkərək sosial şəbəkəyə yerləşdirərək ictimailəşdirmişdir. xx xxxx 2021-ci il tarixdə yuxarıda qeyd olunan avtomobili Yasamal rayonu Mətbuat prospektində saxlanılaraq müvafiq araşdırmanın aparılması üçün vətəndaş Şəxs Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin 103 nömrəli otağına dəvət edilmişdir. Vətəndaş Şəxs törətdiyi qayda pozuntusu ilə bağlı araşdırma aparılarkən ona hüquq və vəzifələrini izah edilməyinə baxmayaraq sonuncu səs-küy salaraq törətdiyi qayda pozuntusunda özünü təqsirli bilməyərək DYP-nin iş rejimini pozmuşdur. Polis əməkdaşları tərəfindən dərhal vətəndaş Şəxs müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunması üçün 28-ci PB-nə gətirilmişdir. Yekun olaraq X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx xxxx 2021-ci il tarixdə saat 12:49 radələrində Çermet yol qovşağının ətrafında quraşdırılmış plasmas maneələrin üzərindən keçməsinin səbəbi orada yük avtomobilinin dayanaraq hərəkətə maneə olması və bu səbəbdən də ərazidə tıxac yaranması olmuşdur. O bu hərəkəti ilə ictimai qaydanı pozmaq istəməmiş, həmin videomaterial onun özü tərəfindən sosial şəbəkələrə yerləşdirilməmiş və bu videomaterial insanlar tərəfindən yanlış anlaşılmışdır. Bundan əlavə Baş Dövlət Yol Polisi İdarəsində ictimai əsayişi pozmamış, heç bir nəlayiq və qeyrietik ifadələr işlətməmişdir. Avtomobil ilə törətdiyi inzibati əməlindən peşmandır və polis əməkdaşlarından bu səbəbdən dəfələrlə üzr istəmişdir. Göstərilənləri nəzəzrə alaraq ona inzibati həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs müdafiəçisi Vəkil Şəxs yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, xx xxxx 2021-ci il tarixdə Ziya Bünyadov prospektində özünə məxsus olan “Saipa” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən saat 12:49 radələrində Çermet yol qovşağının ətrafında quraşdırılmış plasmas maneələrin üzərinə qəsdən sürərək dövlətin əmlakına xeyli ziyan vurması barədə videogörüntü çəkərək sosial şəbəkəyə yerləşdirərək ictimailəşdirmişdir. xx xxxx 2021-ci il tarixdə yuxarıda qeyd olunan avtomobili Yasamal rayonu Mətbuat prospektində saxlanılaraq müvafiq araşdırmanın aparılması üçün vətəndaş Şəxs Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin 103 nömrəli otağına dəvət edilmişdir. Vətəndaş Şəxs törətdiyi qayda pozuntusu ilə bağlı araşdırma aparılarkən ona hüquq və vəzifələrini izah edilməyinə baxmayaraq sonuncu hay-küy salaraq törətdiyi qayda pozuntusunu bilərəkdən etdiyini və gələcəkdə belə hallara yol verəcəyini bildirərək nalayiq ifadələr işlədərək DYPnin iş rejimini təxminən 20-25 dəqiqə pozarmuşdur. Bu səbəbdən inzibati binanın digər otaqlanda olan polis əməkdaşları Şəxs olduğu otağa gəlmişlər, lakin onu sakitləşdirmək mümkün olmamışdır. İş üzrə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində xidməti otağından çıxaraq sanitar qovşağa tərəf hərəkət etdiyi zaman 103 nömrəli otağından qarşısından keçdiyində orada səs-küyün olduğunu və nəlayiq ifadələrin işlədildiyinin şahidi olmuşdur. Bundan sonra həmin otağa daxil olmuş vətəndaş Şəxs ictimai qaydanı pozaraq səs-küy salmaqda davam etdiyini və öz əməllərinə haqq qazandırdığını görmüşdür. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt dəhlizdə xeyli sayda vətəndaş olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti X8 Xidməti baş inspektoru X4 tərəfindən tərtib edilmiş 28-ci Polis Bölməsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2021-ci il tarixdə Ziya Bünyadov prospektində özünə məxsus olan “Saipa” markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən saat 12:49 radələrində Çermet yol qovşağının ətrafında quraşdırılmış plasmas maneələrin üzərinə qəsdən sürərək dövlətin əmlakına xeyli ziyan vurması barədə videogörüntü çəkərək sosial şəbəkəyə yerləşdirərək ictimailəşdirmişdir. xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd olunan avtomobili Yasamal rayonu Mətbuat prospektində saxlanılaraq müvafiq araşdırmanın aparılması üçün vətəndaş Şəxs Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin 103 nömrəli otağına dəvət edilmişdir. Vətəndaş Şəxs törətdiyi qayda pozuntusu ilə bağlı araşdırma aparılarkən ona hüquq və vəzifələrini izah edilməyinə baxmayaraq sonuncu hay-küy salaraq törətdiyi qayda pozuntusunu bilərəkdən etdiyini və gələcəkdə belə hallara yol verəcəyim bildirərək nalayiq ifadələr işlədərək DYP-nin iş rejimini təxminən 20-25 dəqiqə pozaraq polisin qanuni tələblərinə qəsdən tabe olmadı Tərəfimizdən dərhal vətəndaş Şəxs müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunması üçün 28-ci PB-nə gətirilərək təmin edilmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan CD diskə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs Çermet yol qovşağının ətrafında quraşdırılmış plasmas maneələrin üzərinə qəsdən sürərək “Qardaşlar baxın bunu kim edə bilər” ifadəsini istifadə etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o həmin maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli qismən etiraf edərək Baş Dövlət Yol Polisi İdarəsində ictimai əsayişi pozmadığı, heç bir nəlayiq və qeyri-etik ifadələr işlətməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatı inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi nəticəsinə gəlir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-cü maddəsinə əsasən İXM-in Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Cəlilov Hicran Qəribulla oğlu İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs tətbiq edilən inzibati həbs tənbeh tədbirinin əvvəli onun inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci tarixdən saat 18:15-dan hesablanmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işinə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır. 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 202 saylı xx xxx 2018-ci il tarixli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 5 (beş) saata görə 30 (otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci tarixdən saat 18:15-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsinə həvalə edilsin. Şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 5 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Vəkil göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesablaşma hesabı - “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar