Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-808/2024 20.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən tərtib edilmiş 21 yanvar 2024-cü il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 21 may 2023-cü il tarixdə saat 21:55da “TOYOTA COROLLA” (minik) markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində (həmin Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar (nəqliyyat vasitəsinin sürücü tərəfindən yol hərəkəti qaydalarının pozulması il bağlı) nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olduqda) nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, qeyd olunan xətanın törədilməsində özünü təqsirli bilir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ərizə təqdim edərək izahatında bildirdi ki, hal-hazırda aldığı xəsarətlə bağlı zərər çəkməkdə davam edir. Bundan başqa o, qeyd etmişdir ki, baş vermiş hadisə ilə bağlı Yasamal RPİ-nin TŞ-nin təhqiqatçısı Əli Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunan qərardan tərəfindən şikayət verilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə şikayət təmin edilərək xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Bundan sonra Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Zaur Məmmədov tərəfindən aparılan əlavə araşdırma nəticəsində xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında qeyd edildiyi kimi yol-nəqliyyat hadisələri ilə bağlı məhkəmə ekspertizası təyin edilməmiş, bundan əlavə hadisə yerinin təhlükəsiz şəhər kameralarından videogörüntüləri əldə edilməmiş, hadisə zamanı zərərçəkmiş şəxslərin dəqiq dairəsi müəyyən edilərək onların aldığı xəsarətlər dəqiqləşdirilməmiş, dolayısı ilə işin hərtərəfli, tam və obyektiv araşdırılması təmin edilməmişdir. Buna baxmayaraq rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında qeyd olunanlar ətraflı araşdırılıb qanuni qərar qəbul edilənədək icraatın dayandırılmasını məhkəmədən xahiş edir. Bundan başqa sürücü hadisədən sonra onun səhhəti ilə maraqlanmadığı üçün ondan şikayətçidir və tərtib edilmiş protokolun yenidən araşdırma aparılması üçün Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları, eləcə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsinə dair Yasamal Rayon Məhkəməsinin 6(004)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qərarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 6(004)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan ilkin araşdırma zamanı tibbi ekspertiza təyin edilsə də, yol-nəqliyyat hadisələri ilə bağlı məhkəmə ekspertizası təyin edilmədiyindən, bundan əlavə hadisə yerinin təhlükəsiz şəhər kameralarından videogörüntüləri əldə edilmədiyindən, hadisə zamanı zərərçəkmiş şəxslərin dairəsi dəqiq müəyyən edilərək aldıqları xəsarətlərin dərəcəsi dəqiq müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilib əlavə araşdırma aparılması üçün istintaq orqanına göndərilmişdir. Məhkəmənin qeyd olunan qərarının təsviri hissəsindən həmçinin müəyyən edilir ki, məhkəmə iclasında izahatı alınmış X2 izahatında bildirmişdir ki, hadisə zamanı 3-4 nəfər xəsarət almışdır. İş materiallarında olan Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 6(004)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan hallar istintaq orqanı tərəfindən araşdırılmamış, iş üzrə yol-nəqliyyat hadisələri ilə bağlı məhkəmə ekspertizası təyin edilməmiş, hadisə yerinin təhlükəsiz şəhər kameralarından videogörüntüləri əldə edilməmiş, eləcə də hadisənin şahidi olmuş X1 məhkəmə iclasındakı izahatında göstərdiyi xüsusatlar ətraflı araşdırılmamış, inzibati iş üzrə toplanmış material (izahatlar, hadisə yerinin sxemi, tərəflərin və şahidlərin izahatları, ekspert rəyləri və s) protokola əlavə edilməmişdir. Bundan başqa zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında eyni məzmunlu qərardan görünür ki, qərarın qəbul edilməsi tarixi ümumiyyətlə göstərilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin maddəyə görə inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 yanvar 2024-cü il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialın natamam olması, Zərərçəkmiş şəxs şikayətçi olmasını, eyni zamanda protokolun düzgün tərtib edilməməsini mövcud natamamlıqların isə işə məhkəmə iclasında baxılarkən aradan qaldırılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, 21 yanvar 2024-cü il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal RPİ-nin DYPŞ-nə geri qaytarılmalıdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 109, 110 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tərtib olunmuş 21 yanvar 2024-cü il tarixli, İPX seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-808/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-808/2024
20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver