Məhkəmə qərarları › İş №3(004)-8097/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-8097/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-8097/2025 20.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhər BPİ DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində xx.xx.2025-ci il tarixdə saat 12:00-da Bakı şəhəri Tblisi prospekti ilə İzmir küçəsi kəsişməsində SKODA **-GD-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə etdiyi zaman İXM-nin 327.2 ci maddəsinin tələblərinin pozmağı (Sfetoforun və ya Nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam edilməsi) ilə bağlı yol polis əməkdaşı tərəfindən 100 AZN cərimə edilərək (3 bal) İXP7445313 saylı, xx.xx.2025 protokol tərtib edilmişdir. Elektron kabinetinə fotoşəkil video yazı göndərilməmişdir. Qərarın surətindən görünür ki, tərtib edilmiş protokol inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib edilib. Vətəndaş qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir. xx.xx.2025-ci il telefona göndərilmiş İXP7445313 saylı, xx.xx.2025 qərardan görünür ki, inzibati xətanın aşkar edilməsi ilə bağlı hər hansı foto və video təqdim edilməmiş istifadə edilən xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer qeyd edilməyib və bu hal qanunvericiliyin tələblərinə ziddir. Onun barəsində tərtib edilmiş qərarı hələ də rəsmi surətdə əldə edə bilməmişdir. Belə ki şikayətinə baxılması ilə bağlı 050 *** ** ** nömrədən zəng edib Bakı Şəhər DYP dən olduqlarını bildirmiş və müraciətim baxılmasının həmin şəxsə həvalə olunması barədə məlumat vermişdir. Sonradan isə dəfələrlə zəng həmin nömrə ilə əlaqə saxlamağa çalışmışdır. DİNin 102 zəng mərkəzi sisteminə dəfələrlə zəng edib şikaytinin nəticəsi haqqında ona heç bir məlumat bildirilməməsini müraciətinin nəticəsi haqqında ona hər hansı bilgi verilməsini tələb etmişdir. Bütün bunlardan sonra yalnız filan tarixdə xx.xx.2025-ci il tarixdə nömrədən ona məlumat vermişlər ki, guya onun elektron ünvanına şikayətimin baxılması nəticəsi haqqında məlumat verilmişdir. Mən təkidlə bildirdim ki mənə heç bir məlumat daxil olmayıb. Heç olmasa votsapa göndərin. 22 tarixdə bu telefondan ona 7/2-N-15749 nömrəli xx.xx.2025-ci il tarixli məktubu Whatsap üzərindən göndərmişlər. Məhkəmə iclasında iştirak edən şikayətçi X2, şikayətin dəlillərinə uyğun izahat verərək, təqsirsiz olmasını və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Bakı şəhər BPİ DYPİ-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi şikayətə etiraz edərək bildirmişdir ki, vətəndaş tərəfindən mübahisələndirilən qərarla bağlı orqana bir dəfə şikayət ünvanlanmış və araşdırma zamanı inzibati xəta hadisəsi öz təsdiqini tapdığından şikayəti təmin edilməmişdir. Belə ki, hadisənin videogörüntülərindən açıq-aşkar görünür ki, şəxs idarə etdiyi avtomobillə yolun kəsişməsində işıqforun qadağanedici siqnalı verilərkən hərəkətinə davam etmişdir. Qeyd edilənləri nəzərə alaraq, qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi "Skoda Rapid" minik markalı **- GD-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində ərazisində nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirilməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini özündə əks etdirən diskə (inzibati orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) məhkəmə iclasında baxış keçirilən zaman Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin İ və İİ hissələrində imperativ qaydada qeyd edilmişdir ki, svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stopxətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında — kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) başqa yerlərdə — hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin V hissəsinə imperativ qaydada qeyd edilmişdir ki, “svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir”. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 75-ci maddəsinin 4-cü bəndinə əsasən, yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin maddənin 2-ci bəndinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Həmin qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə, saat 12:00 radələrində idarə etdiyi "Skoda Rapid" minik markalı **-GD-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində ərazisində nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirmişdir. Həmin inzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd edilən fakt hadisənin baş vermə anını özündə əks etdirən videogörüntülərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla və digər iş materialları ilə müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXMin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin İXP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar