Məhkəmə qərarları › İş №3(004)-810/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-810/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-810/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlu, "xxxx" MMC-nin direktoru X3 X4 Xidməti Bakı şəhər İdarəsinin 14 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarından verdiyi şikayətə baxaraq MÜƏYYƏN ETDİM: "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xəta haqqında protokola əsasən "xxxx" MMC-nin rəhbərliyi (VÖEN **********) ilə X1 və X6 arasında yaranan əmək münasibətləri xidməti müqavilələr ilə rəsmiləşdirilmiş və nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7ci maddəsinin 2-3.4-cü hissəsinin tələbləri pozulmuşdur. Nəzərə alsaq ki, "xxxx" MMC qeyd olunan inzibati xətanı yəni əmək qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi (əmək müqaviləsi (kontraktı) bağlamaq) hüquqi ünvanında müvafiq tədbir görməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanında baş vermişdir. Belə ki, iş materiallarında olan vergi ödəyiçilərinin məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 17-dir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri "xxxx" MMC-nin hüquqi ünvanının olduğu yerdir. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinin 14 fevral 2023-cü il tarixli, MN ******* saylı qərarı və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar