Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-814/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X5 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətdə göstərmişdir ki, ona 02.07.2021-ci il tarixdə gecə saat 01:17 radələrində Yasamal rayonu Akim Abbasov küçəsində 158 nömrəli məktəblə üzbəüz 22:00 radələrində park etdiyi özünə məxsus Toyota Land-Cruiser-Prado markalı, **-NC-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yaxınlaşın, qabq sağ qapısını açıb, maşının qabaq sərnişin (sağ) oturacağında oturub, salonun içərisində yerləşən bardaçokdan şəxsi əşyalarını götürərkən, maşının qarşısında DYP patrul maşını peyda olmuşdur. Maşının içərisindən düşən DYP inspektoru baş serjant X9 onu yaxınlaşıb sənədlərini tələb etmişdir. Tələbin səbəbini soruşanda aralarında söz mübahisəsi olmuş və mübahisə davam etməsin deyə o, inspektor polis baş serjantı X7 maşının sənədlərini təqdim etmişdir. Maşının mühərriki işə salınmamışdır, maşın 3 saat əvvəl park edilmişdir və DYP əməkdaşı yaxınlaşanda o, maşının qabaq sağ sərnişin oturacağında olmuşdur. Aralarında yaranmış söz mübahisəsinə görə ondan acıqlı olan inspektor Ruslan Cəfərov onun sənədlərini aldıqdan sonra əlində olan naməlum cihaza, uşaqlar üçün olan üfürcəkli oyuncağa üfürməyini tələb etmişdir. O, həmin cihaza üfürdükdə inspektor onun içkili olduğunu ona bildirib maşının açarlarını onun əlindən almışdır. Onun icazəsi olmadan, hal şahidlərinin iştirakı olmadan maşınına axtarış keçirmiş və maşını sürüb cərimə meydançasına salaraq səhər idarəyə yaxınlaşmalı olduğunu ona bildirərək getmişdir. Onun razılığı olmadan, hal şahidlərinin iştirakı olmadan və videoçəkiliş həyata keçirilmədən, əmlaka baxış keçirilməsi haqqında protokol tərtib edilmədən maşınına baxış keçirməyə polisin səlahiyyətləri yoxdur. Bu hal özbaşınalıqdır. Bununla, qanun keşikçisi olan polis özü AR İXM-in müvafiq maddələrinin tələbini kobud pozmuşdur. Digər tərəfdən alkotestin aparılması da iki nəfər hal şahidinin iştirakı ilə və aidiyyəti üzrə tibb müəssisəsində həyata keçirilməli idi. Ən əsası da odur ki, maşının cərimə meydançasına aparılması barədə protokol tərtib edilməmiş və o, protokolu imzalamamışdır. Polis serjantı 2021-ci il iyul ayının 2-si ona yaxınlaşıb maşınını qanunsuz və əsassız olaraq cərimə meydanşasına aparsa da, nədənsə protokol 2021-ci il iyul ayının 7-si tərtib edilmişdir. Tarixlərdə də ziddiyyətin olması polisin ittihamını şübhə altına alır. Maşının cərimə meydançasına salınması ilə bağlı heç bir hüquqmüəyyənedici akt bu günə qədər də mövcud deyildir. Hadisənin səhəri günü o, BPİnin DYP idarəsinə yaxınlaşmışdır ki, sürücülük vəsiqəsini geri alıb maşını cərimə meydançasından çıxarsın. Ona 9-cu otaqda əyləşən Elçin Ələkbərov adlı polis mayoru bildirdi ki, 400 (dörd yüz) manat cərimə olunmuşdur və barəsində AR İXM-in 327.1 və 333.1-ci maddələri ilə protokol tərtib edilmişdir və işi məhkəməyə göndərirlər. O, polis mayoruna nəqliyyat vasitəsini idarə etmədiyini və qeyd edilən maddələrə etirazını bildirmişdir. Buna baxmayaraq, formal tərtib edilən, şərlənmə və böhtanla dolu iş məhkəməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)-1636/2021 nömrəli, 16.07.2021-ci il tarixli ədalətli qərardadı ilə sübutlar olmadığı üün, edilən ittihamlar quru sözdən ibarət olduğu üçün, polis serjantı tərəfindən İXM-in tələblərinə riayət edilmədiyi və material natamam olduğu üçün məhkəmə işi BPİ DYP-yə geri qaytarmışdır. Həmin qərardadla tam olaraq sübut edilir ki, ona qarşı irəli sürülən inzibati ittiham əsassızdır. Göründüyü kimi, barəsində qəbuldilən TP ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Şikayət verən şəxs məhkəmə iclasında şikayətini müdafiə etmiş, həmçinin əlavə olaraq göstərmişdir ki, polis patrul maşının üzərində quraşdırılan sayrışan işıqları olan xüsusi texniki vasitənin dörd tərəfində müşahidə kamerası quraşdırılıb və həmin kamera fasiləsiz çəkiliş aparır və hadisəni qeydə alır. Əgər cavabdeh qəbul etdiyi qərarda AR İXMin 327.1-ci maddəsinə istinad edibsə, belə çıxır ki, o, maşını idarə etmiş, hərəkətdə olan zaman isə polisin “saxla” əminə görə maşını sağa çəkib saxlayıb, qabaq sol qapını açıb düşmüşdür və ya polis özü sürücü olan qapıya yaxınlaşmışdır. Odur ki, həmin kamera görüntüsü məhkəməyə təqdim olunmalıdır ki, onun həqiqətən sükan arxasında oturub avtomobili idarə etməsi sübut edilsin. Əgər elə bir videogörüntü məhkəməyə təqdim edilməzsə, deməli, məhkəmə AR MPM-in 14.2-ci maddəsinin tələbi ilə qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Çünki məhkəmə sözə əsasən yox, tərəfin təqdim etidyi sübutları araşdırıb qərar qəbul etməlidir. Məhkəmə nəzərə almalıdır ki, mübahisə predmeti içmək yox, içkili halda nəqliyyat vasitəsini idarə etməkdir. Qeyd edir ki, o, isti yay aylarında işkili olun maşında əyləşə ilər, mühərriki işə salıb kondisionerdən iştifadə edi sərinlənə bilər, musiqiyə qulaq asa bilər. Qanun bunu qadağan etmir. Qanun yalnız içkili halda nəqliyyat vasitəsini idarə etməyi qadağan edir ki, o da onu etməmişdir. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 02.07.2021-ci il tarixdə saat 01:17 radələrində “Toyota Land-Cruiser-Prado minik” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə hərəkəti edərək, nəticədə İXM-in 3331.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinib 400 manat cərimə edilmişdir. Həmin qərar İXP ******* saylı, 06.07.2021-ci il tarixli protokol əsasında çıxarılmışdır. İş materiallarında olan “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istinfadə etmək haqqında” protokola əsasən 02.07.2021-ci il tarixdə, saat 01:16da “Prado” markalı. **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 içki qəbul etməsini aşkar şəkildə biruzə verdiyindən AR İXM-in 96-cı maddəsinə əsasən, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-641942 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsinə X2 içki qəbul etməsi müəyyən olunmuşdur. X8 özü həmin Protokolda qeyd verərək bildirmişdir ki, həkim müayinəsinə ehtiyac yoxdur, spirtli içki olaraq az miqdarda pivə qəbul etmişdir və ALKTSTR göstəricisi ilə razıdır. Bundan başqa, iş materiallarına əlavə edilmiş”Avtonəqliyyat saxlanılma qəbulu barədə” 0240 nömrəli AKT dan görünür ki, “Toyota Land-Cruiser-Prado minik” markalı, **- NC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İdarənin növbətçisi tərəfindən saxlanılması üçün qəbul edilmişdir. Göründüyü kimi, işdə olan sənədlərlə X6 inzibati xətanı törətməsi öz təsdiqini tapır və şkayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, şikayətçi şiakyətində və məhkəməyə təqdim etdiyi çıxışında sərxoş vəziyyətdə avtomobili idarə etmədiyini, yəni spirtli içki içsə də, avtomobili idarə etmədiyini bildirsə, sükan arxasında oturmadığını, hərəkətsiz olduğunu qeyd etsə də, hadisənin baş verməsi zamanı tərtib edilən “sərxoşluq vəziyyətinin m“Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istinfadə etmək haqqında” protokolda, həmçinin inzibati xəta haqqında protokolda bu barədə heç bir qeyd verməmiş, əksinə sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə cihazın göstəriciləri ilə razılaşdığını özü təsdiq etmişdir. Bununla da görünür ki, protokol tərtib edilən anda şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmışdır. Odur ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokol və qərara əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da həmin protokolla müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsinin X14 İsarəsinin TP ******* nömrəli, 16.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-814/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-814/2022
01.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver