Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-816/2022 15.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X7 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 MMCnın səlahiyyətli nümayəndəsi Şəxs2, X1 və onun vəkili X5 iştirakları ilə, Şəxs1 MMC-nın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515\21 saylı, 30.03.21-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs1 MMC tələbkar X4 məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ak. H. Əliyev küçəsi 1061-ci məhəllədə “X16’ MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin X3 verilməsi öhdəliyi Şəxs1 MMC (Şəxs1 MTK-nın hüquqi varisinin) üzərinə qoyulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal rayon icra şöbəsinin icra məmuru X12 bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515/2021 nömrəli, 30.03.2021-ci i tarixli icra sənədinə əsasən Şəxs1 MMC ilə bağlanmış 14.10.2005-ci il tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən tələbkar X3 məxsus olar Bakı şəhəri Nəsimi rayonu X13 küçəsi 1061-ci məhəllədə “X16’ MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin X3 verilməsi öhdəliyi Şəxs1 MMC (Şəxs1 MTK-nın hüquqi varisinin) üzərinə qoyulmalıdır. X1 hüquqi yardım göstərilməsi üçün 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən vəkil X6 ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manal dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Şəxs1 MMCdən tutularaq X3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu cəmiyyətə 19.05.2021-ci il tarixdə məktub göndərilmiş və icra sənədinin icrasından uzun müddət keçmiş, lakin icra sənədi borclu cəmiyyət tərəfindən icrası təmin edilməmişdir. Daha sonra borclu cəmiyyətə 17.01.2022-ci il tarixdə xəbərdarlıq göndərilmiş və inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunacağı barədə 01.02.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Eyni zamanda bildirmişdir ki, bundan əvvəlki məhkəmə iclasında borclunun nümayəndəsi ilə əldə edilmiş razılığa əsasən tələbkrla birgə borclunun ünvanının olduğu yerə getmişlər lakin borclu yenə də icra vərəqəsində qeyd edilənləri icra etməkdən yayınmaqla imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs1 MMC-nın səlahiyyətli nümayəndəsi Şəxs2 oğlu iştirak etdiyi məhkəmə iclasında bildirmişdir ki, tələbkar icra vərəqəsi ilə əlaqədar onlara müraciət etməmişdir, müraciət edəcəyi təqdirdə qeyd edilən sənədlər onlara verilə bilər. Digə tərəfdən tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, qətnamənin icra vərəqəsində Şəxs1 huqiqi varis kimi göstərilmişdir. Lakin bu belə deyildir. Belə ki, Şəxs1 hazırda aktivdir, fəaliyyət göstərir. Onların icra vərəqəsini icra etməməkdən qəsdən yayınmaq niyyətləri yoxdur. Tələbkar nə vaxt hansı sənədi istəyir onları təqdim etmişdirlər. Hazırda da hansı sənədləri istəyirsə yenidən müraciət edəcəyi təqdirdə, sənədlərin ona verilməsi təmin olunacaqdır. X1 vəkili X8 bildirmişdir ki, Şəxs1 MTK fəaliyyət göstərmir. Onun yerinə başqa MMC yaradılmışdır. Onların verdikləri sənədlər əvvəlki MTK-nın adından olduğundan reyestrdə sənədləşmə işlərini aparmaq mümkün deyildir. Məhkəmə qətnaməsinin icra olunmasını tələb edir. Eyni zamanda bildirmişdir ki, əvvəlki məhkəmə iclasında borclunun nümayəndəsinin sənədlərin təqdim ediləcəyi ilə bağlı söz verməsinə baxmayaraq, onlara lazımı sənədlərin verilməsi təmin edilməmişdir.Baxmayaraq ki, onlar icra məmuru ilə birgə dəfələrlə borclunun yerləşdiyi ünvanda olmuşlar. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs1 MMC Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-515\21 saylı, 30.03.21-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 515/21 saylı, 30.03.21-ci il tarixli icra sənədinə əsasən Şəxs1 MMC ilə bağlanmış 14.10.2005-ci il tarixli mənzi tikintisi haqqında müqaviləyə əsasən tələbkar X3 məxsus olar Bakı şəhəri Nəsimi rayonu X13 küçəsi 1061-ci məhəllədə “X16’ MMC-nin inşa etdiyi yaşayış binalarının Vİİİ korpusundakı ümumi sahəsi 76,0 kv.m, yaşayış sahəsi 40,65 kv.m olan 2 otaqlı 54 nömrəli mənzilin özəlləşdirilməsi üçün tələb olunan zərur sənədlərin X3 verilməsi öhdəliyi Şəxs1 MMC (Şəxs1 MTK-nın hüquqi varisinin) üzərinə qoyulmalıdır. İş materiallarında olan 22.09.2020-ci il tarixli 019438 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən vəkil X6 ödədiyi 500 manat və iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 manal dövlət rüsumu olmaqla, cəmi 530 (beş yüz otuz) manat pul Şəxs1 MMCdən tutularaq X3 ödənilməlidir. İş materiallarında olan bildirişdən görünür ki, 17.01.2022-ci il tarixdə xəbərdarlıq göndərilmiş və inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib olunacağı barədə 01.02.2022-ci il tarixdə xəbərdarlıq edilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə hüquqi şəxs Şəxs1 MMC-yə Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, icra sənədinə əsasən borclu olan tərəfə (özlərinin razılığı ilə) məhkəmə iclası təxirə salınaraq icra üçün vaxt verilməsinə baxmayaraq borclu tərəf məhkəmə qərarının icra olunmasından yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxsin təqsiri üzündən məhkəmənin icra sənədi üzrə icra məmurunun qanuni tələbləri yerinə yetirilməmiş və yerinə yetirilməsi üçün üzürlü səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs1 MMC-nın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs1 MMC-nın törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs1 MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 (üç min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-816/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-816/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver