Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-819/2024 06.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Hüseynova Yağmur Azər qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X3 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin 20 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti BŞİ-nin məsləhətçisi əmək müfəttişi X5 tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X15 İstismarı və Təmiri Xidməti müəssisəsinin rəisi X8 barəsində xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti BŞİ-nin rəis müavini X10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda müəyyən olunmuşdur ki, vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1500 manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X15 İstismarı və Təmiri Xidməti müəssisəsində sürücü vəzifəsində çalışmış X12 işə götürülərkən onunla 1 (bir) illik müddətli əmək müqaviləsi bağlanmışdır. Daha sonra müəssiədə olan dəyişikliyə əsasən, işçilər 3 (üç) aylıq müddətli əmək müqaviləsinə keçirilmişdir. Belə ki, müddətli əmək müqviləsinin müddətinin bitməsi ilə əlaqədar sonuncunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. X7 müddətli əmək müqaviləsinə dəyişiklik zamanı onun şifahi razılığı alınmış, yazılı razılığın alınması üçün ona dəfələrlə müraciət edilmiş, lakin o bu prosesi hər dəfə müxtəlif bəhanələrlə təxirə salmışdır. X7 müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti BŞİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X15 İstismarı və Təmiri Xidməti müəssisəsinə ünvanlanmış sorğuya əsasən, bütün lazımi sənədlər təqdim edilmişdir. Onu da qeyd etmək lazımdır ki, bu hal barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti BŞİ-nə xx.xx.2023-cü il tarixdə 3-52-6-1/2-03/2024 nömrəli məktubla məlumat verilmişdir ki, “Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X15 İstismarı və Təmiri Xidməti müəssisəsində X7 əmək müqaviləsinə xitam verildikdən sonra həmin vəzifəyə yeni işçi qəbul edilmiş, əmək müqaviləsi imzalanmışdır. Gələcəkdə müəssisənin ştatında vakant sürücü vəzifəsi açılarsa X7 işlə təmin olunmasına köməklik göstəriləcəkdir.” Belə olduğu halda göründüyü kimi Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı X15 İstismarı və Təmiri Xidməti müəssisəsi heç bir məsuliyyət daşımır. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən X4 barəsində inzibati tənbeh vermə haqqında qərarın tərtib olunması qanunvericiliyin normalarının ciddi surətdə pozulması deməkdir. Bildirir ki, protokol və inzibati tənbeh vermə haqqında qərar X4 iştirakı olmadan tərtib olunmuşdur və bununla da şəxsin hüquqları ciddi olaraq pozulmuşdur. Protokolun tərtib edilməsi və inzibati cərimənin tətbiq olunması barədə qərarın verilməsindən şəxsin gec xəbəri olmuş buna görə də onun şikayət vermə müddətini ötürmüşdür. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən X8 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq Y.Salahov nöqsanın baş veridyini qəbul etdi və cərimə məbləğinin azalmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X6 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin MN ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X8 İXM-in 192.6-cı maddəsi ilə (əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) təqsirli bilinib 1500 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsinin 20 dekabr 2023-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-819/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-819/2024
06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver