Məhkəmə qərarları › İş №3(004)-82/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-82/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-82/2024 25.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi X1, Şikayətçi Hacı-X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Hacı-X2 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X4 oğlu Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində idarə etdiyi “Chevrolet Cruze minik” markalı, ** NH *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsinden sola ikinci ferxri xiyabana (yasamal qebristanlığma) dönən zaman yol hərəkəti qaydalarının 3.1 giriş qadağandır nişanının tələblərinin pozulmasına görə Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə 80 (səksən) manat məbləğində cərimə olunmuşdur. Belə ki, o hərəkətdə olduğu istiqamətdən sola dönüb Yasamal Qəbristanlığına daxil olduğu zaman qarşısında dayanmış X9 əməkdaşı onu saxlamış 3.1 giriş qadağandır nişanının tələbini pozduğunu söyləmişdir. Adına inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə protokolu yazmışdır, bundan əlavə yol polis əməkdaşı ona protokol tərtib edərkən yol hərəkəti qaydalarının yol nişanının tələbini pozan iki avtomobil iştiraşçısının birini hərəkəti davam etdirməyə şərait yaratmış digər avtomobilə isə geriyə dönməsini təmin etmişdir və onlara hec bir cərimə protokolu tərtib etməmiş və şəxsən sürücülərə xəbərdarlıq belə verməmişdir. Eyni zamanda bildirmişdir ki, həmin yolda 3.1 nişanı yolun sol çiynində quraşdırılmışdır. Əlavə olaraq bildirmişdir ki, onun inzibati məsuliyətə cəlb olunduğu ərazidə qayda pozuntusunu özündə ehtiva edən yol nişanı artıq bir aya yaxın müddətdir ki yerindən götürülmüşdür. Bu barədə ərazidə dəfələrlə onun tərəfindən müşahidə aparılmış və bugünki günədək həmin əraziyə yeni bir nişanın əlavə edilmədiyinin şahidi olmuşdur. Bununla yanaşı tərəfindən 902 qaynar xəttinə zəng edilmiş ve həmin nişanin hansı səbəbdən oradan götürüldüyünü bildirdikdə, onlar bildirmişdir ki, həmin nişan yolun tələblərinə uyğun olmadığı üçün oradan götürülmüşdür. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 oğlu şikayəti müdafiə edərək bildirmişdir ki, orada quraşdırılmış “Giriş qadağandır” yol nişanı düzgün quraşdırılmadığından həmin xəbərdaredici nişanı görmək mümkün deyildir. Eyni zamanda qeyd etmişdir ki, onun inzibati məsuliyətə cəlb olunduğu ərazidə qayda pozuntusunu özündə ehtiva edən yol nişanı artıq bir aya yaxın müddətdir ki yerindən götürülmüşdür. Bu barədə ərazidə dəfələrlə onun tərəfindən müşahidə aparılmış və bugünki günədək həmin əraziyə yeni bir nişanın əlavə edilmədiyinin şahidi olmuşdur. Bununla bağlı avtomobili idarə edərkən qeydə aldığı videogörüntüləri özündə əks etdirən diski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin səlahiyyətli nümayəndəsi X3 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 08:17 radələrində idarə etdiyi “Chevrolet Cruze minik” markalı, ** NH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, X7, 13A, GPS: 40.369309,49.8070978 ərazisində nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, şikayətdə göstərilən faktlar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 oğlu xx.xx.2023-cü il tarixdə, saat 08:17 radələrində idarə etdiyi “Chevrolet Cruze minik” markalı, ** NH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Bakı, X7, 13A, GPS: 40.369309,49.8070978 ərazisində nəqliyyat vasitəsini idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X4 oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9i İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Hacı-X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi X9i İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar