Məhkəmə qərarları › İş №3(004)-821/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-821/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-821/2021 16.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, X1 iştirakları ilə, Şəxs MMC-nin rəhbəri X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7299/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, İV mərtəbə, sahəsi 116 kv.m. olan 3 otaqlı 5 saylı mənzili təmirli vəziyyətdə X3 təhvil verılməli olduğu halda verməmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru K.S.Quliyev tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-7299/2017 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs MMC-nin üzərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7299/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, İV mərtəbə, sahəsi 116 kv.m. olan 3 otaqlı 5 saylı mənzili təmirli vəziyyətdə X3 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İcra sənədi üzrə icraata xx xxxxxx 2019-cu il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Hazırda borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs MMC-nin rəhbəri X5 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin rəhbəri X7 inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin X9 məhkəməyə gəlməmiş, işə baxılmanın səhhətində yaranmış problemlərlə əlaqədar təxirə salınması haqqında məhkəməyə teleqram göndərilsədə həmin teleqrama heç bir mötəbər sübut əlavə olunmadığından məhkəmə X5 məhkəmədə iştirak etməməsini üzrsüz hesab edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 öz izahatında bildirmişdir ki, o yalnız icra sənədinin icra edilməsində maraqlıdır, Şəxs MMC tərəfindən icra sənədinin tam həcmdə icra olunmasını istəyir. Göstərilən halların nəzərə alınaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)- 7299/2017 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs MMC-nin üzərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7299/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, İV mərtəbə, sahəsi 116 kv.m. olan 3 otaqlı 5 saylı mənzili təmirli vəziyyətdə X3 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. Cavabdeh Şəxs MMC-dən 8000 manat və iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 8030 (səkkiz min otuz) manat alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-7299/2017 nömrəli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlə borclu Şəxs MMC-yə göndərilmişdir; Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli, 168737/2019-53- 19-005 nömrəli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs MMC-yə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-7299/2017 nömrəli icra sənədinin icrasının təmin edilməsi, əks təqdirdə hüquqi şəxsin barəsində inzibati tənbeh ediləcəyi barədə xəbərdarlıq edilmiş, həmin xəbərdarlıq məktubu Əsgərov Qəfər tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan respublikası Vergilər Nazirliyi İnternet Vergi İdarəsi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında şıxarışdan müəyyən edilir ki, Şəxs qanuni təmsilçisi X8r. Beləliklə, müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(004)-7299/2017 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs MMC-nin üzərinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7299/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC ünvan 1 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının B bloku, İV mərtəbə, sahəsi 116 kv.m. olan 3 otaqlı 5 saylı mənzili təmirli vəziyyətdə X3 təhvil verilməsi vəzifəsi qoyulmuşdur. İcra sənədləri üzrə icraata müvafiq olaraq xx.xx.2019-cu il tarixli qərarlarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən olunmuş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildirişlər göndərilmişdir. Borclu təşkilat tərəfindən isə könüllü icra müddəti ərzində heç bir ödəniş edilməmişdir. Buna görə də icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilmiş, borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün ayrı-ayrı təşiklatlara sorğular verilərək müvafiq cavablar alınmışdır. Tələbin icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq aradan keçən uzun müddət ərzində heç bir ödəniş edilməmiş, həmçinin borclu təşkilatın nümayəndəsi icra şöbəsinə gəlməmiş və icra sənədinin icra edilməməsini səbəbləri barədə məlumat verməmişdir. Ona görə də məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, qanuni qüvvədə olan məhkəmə qərarının icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X9 rəhbərlik etdiyi MMC-yə bu günədək qətnamədəki mənzili təhvil verməməsi və heç bir ödəniş etməməsi, icra sənədlərinin icra edilməməsinin hər hansı üzrlü səbəblə bağlı olmasını təsdiq edən heç bir sənəd təqdim etməməsi, bütün bunların nəticəsində icra sənədlərinin uzun müddətdən bəri icrasız qalmasına səbəb olması məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 17-ci maddəsinin qeydini əsas tutaraq hesab edir ki, Şəxs MMC-nin direktoru X9 vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs MMC-nin rəhbəri X9 barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXMnin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs MMC-nin rəhbəri X5 törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar