Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-822/2024 05.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra şöbəsinin icra məmuru X6, Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X10 Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-7798/2021 saylı, 12 oktyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs işə bərpa edilməli və ona məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməlidir. Borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi icra sənədinin tələbini tam təmin etmir. Əmək haqqı tam şəkildə ödənilmir. Nəticədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli MN ******* saylı protokola əlavədən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyul 2020-ci il tarixli, **********3 nömrəli əmr ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və tələbin könüllü icrası ilə bağlı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraicət olunmuşdur. Bundan sonra icra sənədi üzrə borclu qurum tərəfindən şöbəyə təqdim olunan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublara əsasən Zərərçəkmiş şəxs tutuduğu vəzifədən azad edilməsi haqqında əmr Nazirliyin xx.xx.2022-ci il tarixli **********2 nömrəli əmri ilə ləğv edilmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1076 nömrəli Fərmanının 1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin ləğv edilməsi səbəbindən Qərarın “işə bərpa” hissəsində icrasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs Nazirliyin tabeliyində X7 2 avqust 2022-ci il tarixli **********6 nömrəli əmri ilə Agentliyin X1 filialının İşsiz şəxslərlə iş şöbəsində mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Qeyd edilənlərdən əlavə olaraq məcburi işburaxmaya görə Zərərçəkmiş şəxs xx.xx.2020-ci tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqının (333,08 manat) və Xidmətin ləğvi ilə əlaqədar orta aylıq əmək haqqının 1,7 misli miqadarında işdən çıxarma müavinətin (803,05 manat) ödənilməsi təmin olunmuşdur. Daha sonra iş üzrə tələbkar Zərərçəkmiş şəxs icra şöbəsinə ərizə ilə müraciət edərək məcburi işburaxmaya görə ona ödənilən məbləğin düzgün hesablanmadığım bildirmişdir. Belə ki, iş üzrə tələbkar ərizəsində iyirmi dörd ay işsiz qaldığını qeyd edərək qeyd olunan müddətə görə əmək haqqını tələb etdiyini bildirmişdir. Bununla bağlı qeyd olunan icra sənədinin məcburi işburaxma günlərinə görə ödənilməli əmək haqqı hissəsinin icrasını təmin etməkdə çətinlik yaranması səbəbi ilə icra sənədinə izah verilməsi üçün xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 7798/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən sözügedən qətnaməyə izah verilməsinə dair iddiaçı tərəfindən verilmiş ərizə və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmurunun təqdimatı təmin edilməmişdir. Əlavə olaraq bildirilir ki, qərardadda sözügedən qətnamə üzrə cavabdeh kimi yalnız ƏƏSMN cəlb edildiyi vurğulanmış, habelə əmək haqqının iddiaçının məcburi iş buraxdığı müddət üçün tutulmalı olması qət edilmişdir. Məcburi iş buraxma müddəti isə müəssisənin təqsiri üzündən işçinin öz əmək funksiyalarını yerinə yetirməsinin mümkün olmadığı müddəti əhatə etdiyi qeyd olunmuşdur. Əlavə olaraq qeyd olunur ki, icra sənədi üzrə borclu qurum tərəfindən icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilmiş və məhkəmənin 8(004)-22/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən şikayət ərizəsi geri qaytarılmışdır. Görülmüş tədbirlər nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X12 tərəfindən məcburi işburaxma günlərinə görə 7751.58 manat xx.xx.2023-cü il tarixdə tələbkar Zərərçəkmiş şəxs ödənilmiş, bununla bağlı iş üzrə tələbkar ilə əlaqə saxlanılmış və o, həqiqətən həmin vəsaiti aldığını bildirmişdir. Bu səbəbdən icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Bununla bağlı iş üzrə tələbkar sözügedən qərardan məhkəməyə şikayət vermiş və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-233/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Zərərçəkmiş şəxs nümayəndəsi X3 şikayət ərizəsi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-7798/2021 saylı, xx.xx.2021 -ci il tarixli icra vərəqəsi üzrə icra tədbirləri bərpa edilərək davam etdirilməlidir. Sözügedən qərardad xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş və bununla bağlı icraatın təzələnməsi barədə qərar qəbul olunmuş, habelə borclu quruma icra sənədinin məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi hissəsində tələbi qanuna müvafiq qaydada tam şəkildə təmin edilməsi ilə bağlı müraciət olunmuşdur. Eyni zamanda iş üzrə tələbkara məcburi iş buraxmaya görə ödənilən məbləğin hesablanması ilə bağlı “mütəxəssisin dəvət edilməsi haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubunda mütəxəssisin qarşısında qoyulmuş suallara cavab verilmiş həmçinin qeyd olunmuşdur ki, iş üzrə tələbkara ödənilən məbləğin hesablanması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə uyğun aparılmışdır. Daha sonra borclu quruma müraciət olunaraq Zərərçəkmiş şəxs faktiki işə bərpa olunduğu günə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X9 X2 filialının işsiz şəxslərlə iş şöbəsində mütəxəssis-karyera məsləhətçisi vəzifəsi üzrə ödənilməli əmək haqqının qısa müddət ərzində hesablanıb tam şəkildə Zərərçəkmiş şəxs ödənilməsi xahiş olunmuşdur. Bundan sonra cavabdeh qurum tərəfindən icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi və iş üzrə icraata xitam verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-791/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən ərizə təmin olunmamışdır. Qeyd olunan qərardaddan borclu qurum tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 8(103)- 35/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadına əsasən təmin edilməmişdir. Belə olan halda iş üzrə tələbkarın icra sənədi üzrə tələbi tam şəkildə təmin olunmamış və aparılmış danışıqlara baxmayaraq borclu qurum tərəfindən Zərərçəkmiş şəxs işə bərpa olunarkən ona məcburi işburaxmaya görə ödənilən maaş X9 X2 filialının İşsiz şəxslərlə iş şöbəsində mütəxəssis-karyera məsləhətçisi vəzifəsi üzrə ödənilməsindən imtina olunmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələssinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyul 2020-ci il tarixli, **********3 nömrəli əmr ləğv edilməsi, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmışdır. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Borclu icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs bildirmişdir ki, barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Sözü gedən pensiyasının yenidən hesablanaraq birdəfəlik ödənilməsi funksiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialının səlahiyyətindədir Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında “Mirzəyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs məhkəmə qətnaməsini icra etməli olan subyekt olmaması səbəbindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs nümayəndəsi X5 yekun qərarın məhkəmənin mülahizəsinə buraxdığı bildirdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 07 iyul 2020-ci il tarixli, **********3 nömrəli əmr ləğv edilməsi, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanılmış, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tələbin könüllü icrası haqqında bildirişin təqdim edilərək, izahatı alınmış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7798/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 İdarə Heyətinin 20 sentyabr 2022-ci il tarixli **********0 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 Aparatının Maliyyə Departamenti haqqında əsasnaməyə əsasən müəyyən edilir ki, departamentin vəzifələri fəslinin 3.1.10-cu bəndinə əsasən agentliyin aparatı üzrə işçilərə əmək haqqı, ezamiyyə və sair ödənişlərin ödənilməsini təmin etmək qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X12 İdarə Heyətinin 14 mart 2022-ci il tarixli **********2 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialın haqqında əsasnaməyə əsasən müəyyən edilir ki, filialın fəaliyyət istiqamətləri fəslinin 2.1.5-ci bəndinə əsasən agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumlar üzrə əmək haqqı, məzuniyyət, ezamiyyə, məcburi ayırmalar, habelə bununla bağlı digər ödəişlərin ödənilməsini təmin etmək göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 02 avqust 2022-ci il tarixli **********6 nömrəli əmrinə əsasən Zərərçəkmiş şəxs 2 avqust 2022-ci il tarixindən 3 (üç) ay müddətinə X7 X1 filialının İşsiz şəxslərlə iş şöbəsində mütəxəssis-karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir. Agentliyin Aparatının insan resursları departamenti və Mərkəzi Mühasibatlıq və Təyinat filialı bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 05 mart 2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olan 23 fevral 2024-cü il tarixli 3(004)-822/2024 nömrəli sorğuya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Sorğuda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 7798/2021 nömrəli Qətnaməsindən göründüyü kimi, iddiaçı Zərərçəkmiş şəxs aid Nazirliyin 7 iyul 2020-ci il tarixli **********3 nömrəli əmrin ləğv edilməsi, Z. Muradzadənin əvvəlki vəzifəsinə bərpa olunaraq ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsi Nazirliyin üzərinə öhdəlik kimi qoyulmuşdur. Belə ki, qeyd edilən məhkəmə işi üzrə cavabdeh qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış etmiş və X12 tərəf kimi müəyyən edilməmişdir. Agentlik Nazirliyin tabeliyindəki qurum olaraq müvafiq məhkəmə qərarına əsasən Nazirliyin üzərinə qoyulmuş öhdəliklərlə bağlı Nazirliyin 21 iyul 2022-ci il tarixli **********2 nömrəli və 3 fevral 2023-cü il tarixli 3-17/3-4-129/2023 əmrlərinə uyğun olaraq müvafiq tapşırıqları yerinə yetirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nazirliyin tabeliyində X7 Nizamnaməsinin 4.2-ci bəndinə əsasən Agentliyin idarəetmə orqanı İdarə Heyətidir və həmin Nizamnamənin 4.11.10- cu yarımbəndinə uyğun olaraq işçilərin vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi barədə qərarı Nazirliklə razılaşdırmaqla İdarə Heyətinin sədri verir. Bununla əlaqədar olaraq X7 2 avqust 2022-ci il tarixli **********6 nömrəli əmri ilə Zərərçəkmiş şəxs Agentliyin X1 filialının İşsiz şəxslərlə iş şöbəsində mütəxəssis karyera məsləhətçisi vəzifəsinə təyin edilmişdir. X7 İdarə Heyətinin 14 mart 2022-ci il tarixli **********2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 Mərkəzi Mühasibatlıq və Təyinat filialının Əsasnaməsi”nin 2.1.5-ci yarımbəndinə əsasən Agentliyin strukturuna daxil olan mərkəzi və regional qurumlar üzrə əmək haqqı, məzuniyyət ezamiyyə, məcburi ayırmalar, habelə bununla bağlı digər ödənişlərin ödənilməsini təmin etmək X4 və Təyinat filialının fəaliyyət istiqamələrindəndir. Əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs “X14” X17 Maliyyə Departamentinin Mühasibatlıq Şöbəsinin şöbə müdiri vəzifəsində işləyir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, borclu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs icra vərəqəsi üzrə göstərilən funksiyaları yerinə yetirən qurumun rəhbəri olmadığından hazırda həmin qurumdan öhdəliklərin icrası tələb edilə bilməz. İXM-in 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-in 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X7 Maliyyə Departamentinin Mühasibatlıq şöbəsinin müdiri Şəxs barəsində tərtib edilmiş İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-822/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-822/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver